HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Uzun müddətli ayrılıqdan sonra bütün oxuyucularımı salamlayıram!
Bugünki gün Azərbaycanda baş verən hadisələrlə bağlı şərhimi bildirmək istəyirəm…
2 gün əvvəl Lachin Mamishov la Gəncə hadisələrini muzakirə edərkən orda qeyd etdim ki, əcaibdir, cinayət törədənin biri Samir İbrahimov tutularkən niyə öldürülməyib? Bugün oxudum ki, digər axtarışda olan Rəşad Böyükkişiyev əməliyyat keçirilərkən öldürülüb. Açıq aşkar görünür ki, Gəncə hadisələri qurrama bir hadisə idi və bu hakimiyyətin öz oyunudur…
Gəncə hadisələrinin müəmmalı məqamlarını sizə sadalamaq istəyirəm:
1-ci müəmma:
Daxili İşlər Nazirliyinin yaydığı məlumat güluncdür, belə ki, bir şəxs 1 il əvvəl bankı mühafizə edən polis işçisinin odlu silahını əlindən alır və həmin polis işçisi orqanda işləməyə davam edir… Sonradan həmin şəxs (Yunus Səfərov) əli qolunu sallayaraq Rusiyadan Azərbaycana gəlir və İcra Başçısına həmin odlu silahdan atəş açır.
2-ci müəmma:
Gəncə şəhəri Gəncə qarnizonu olaraq Daxili Qoşun və Regional Narkomaniyayla Mübarizə İdarəsinin şəxsi heyəti ilə birlikdə təxminən 1200-1300 nəfər Daxili İslər Nazirliyinin şəxsi heyəti xidmət edir. Bu qədər polisin xidmət etdiyi ərazidə 200 insan etiraz aksiyasi keçirdir və buna maneçilik törədən cəmi 10-15 polis nəfəri aktivlik göstərir.
3-cü müəmma:
Gəncə şəhər Baş Polis İdarəsinin Xidmət üzrə rəis muavini şəhərdə etiraz aksiyası keçirilərkən kəsici alətlə qətlə yetirilir. Bunu adi vətəndaşa desələr bəlkədə inanar, lakin mən uzun müddət hüquq mühafizə orqanlarinda xidmət etdiyimdən bilirəm ki, Xidmət üzrə rəis müavini bütün xidmətə nəzarat edən şəxs kimi etiraz aksiyasının dağıdılmasının təşkilatçısı və şəxsi heyətə istiqamət verən şəxs olur. Ərafında həmişə 10-15 polis zabiti olur, ən azından PPX-nin komandiri və İctimai İdarənin rəisi və rayon polislərinin xidmət üzrə rəis müavinləri onun yanında olmalıdılar. Necə olur ki, bu qədər polisin yanında xidmət üzrə rəis müavininə hücum olunur və kəsici alətlə ona xəsarət yetirilir?
Bu sadaladıqlarımdan belə nəticəyə gəlmək olar ki, bu cinayətkar hakimiyyətin öz təxribatıdır və bu qurbanlarda hakimiyyət tərəfindən xüsusi seçilmiş qurbanlardır. Gözləyin qısa zamanda bunların niyyətləri məlum olacaq…
Tural Məhərrəmov
13.07.2018