Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Cəmiyyətimizdə şəxsiyyət qıtlığıdır…

690Mən hüquqşünas olduğum üçün mənəviyyat və əxlaqa qısa bir anlayışla başlamaq istərdim. Əxlaq- cəmiyyətdə insanın davranışını normativ tənzimləyən əsas üsullardan biri kimi mənəvi baxışları və hissləri, həyat motivasiyalarını, istiqamətlərini və prinsiplərini əhatə edərək xeyir və şər, vicdan və vicdansızlıq, şərəf və şərəfsizlik, ədalət və haqsızlıq, normal və qeyri-normallıq, mərhəmət və qəddarlıq və sair arasındakı qeyri-səlis sərhədləri göstərir.

Bugün cəmiyyətimizdə şəxsiyyət qıtlığıdır. Şəxsiyyət dedikdə mən içərisində qorxunu dəfn etmiş, milli maraqları, ümumxalq maraqlarını şəxsi marağından üstün tutmağı bacaran, muzdlu yaradıcılıqdan uzaq olan, ölkəsinin, dövlətinin, xalqının gələcəyini düşünən insanları nəzərdə tuturam.

Hüquq, mənəviyyat və əxlaq.

Hüquq dövlət tərəfindən formalaşır, əxlaq cəmiyyət tərəfindən, mənəviyyat isə əsasən  insanın və cəmiyyətin mənəvi dəyərləri və ənənələri, dini baxışları, vətənpərvərliyi və qeyri-maddi mədəniyyətə münasibəti başa düşülür. Hüquq- normalarının pozulması dövlət sanksiyalarının yerinə yetirilməsini tələb edir, əxlaq- normalarının pozulması isə ictimai qınağa və tənqidə məruz qalır.  Onu qeyd edim ki, bugün cəmiyyətimizdə mənəviyyat əxlaqdan daha çox sürətlənib.

Əxlaqsız siyasət – siyasətçini məqsədə çatdıran və hərəkətini istiqamətləndirən kompasdan, eləcə də məsuliyyətdən məhrum edir. Əxlaqsız siyasətin məqsədi həmişə və hər yerdə varlanma və ya diktat məqsədi güdən hakimiyyət xatirinə hakimiyyət olur, əxlaqi siyasətin məqsədi demokratiyanın təntənəsi, milli konfliktlərin aradan qaldırılması, iqtisadi inkişafın təminatı, ölkə əhalisinin rifahının yaxşılaşdırılması və tərəqqisi olur.

Baxın, bugün biz çox qəribə bir ölkədə yaşayırıq. Bu ölkədə adam öldürmək, mandat alveri, dələduzluq, insan alveri, vətəndaşı qul kimi istismar etmək, vətəndaşa işgəncə vermək cinayət deyil. Belə olduğu halda dövlət büdcəsini talama, oğurluq, korrupsiya, rüşvət zatən cinayət ola bilməz, belə ki, sistem bunun üzərində qurulub.

Bu ölkədə tək bircə cinayət var o da hakimiyyəti tənqid etməkdir… Haqqı demək, hüquqlarını tələb etmək, ədalətsizliyə etiraz etmək, bu etiraz, hətta ən sivil və dinc formada etsən belə, bu ölkədə cinayət tərkibi yaradır. Bircə bu cinayətin ağır cəzası var, istəyirsən adam öldür, büdcəni tala, fərq etməz, əsas odur ki, cinayətkar əliyevçiliyi dəstəkləyə, hakmiyyətin “analoqu olmayan daxili və xarici siyasətini” bəyən! Belədirsə, sənə zaval yoxdur, get öldür, as, kəs, tala, əlinə sağlıq!

Bu gün hakimiyyətdə oturanların, parlamentdə baş girləyənlərin əksəriyyəti millətin haqqını yeyənlərdir.   Söhbət kimin 85%, kiminsə o, 66% səs toplamasından getmir. Cari ilin sonunda prezident seçkiləri gözlənilir. Ağlı başında olan hər bir kəs bilir ki, olacaq  prezident seçkiləri də digərlərindən fərqlənmiyəcək,  yenədə qeyri demokratik, saxtakarlıq yolu ilə keçiriləcək.

Bu şərəfsizlər beynəlxalq müşahidəçilərin gözü qarşısında açıqca saxtakarlıq etmələrinə, təlimatlanmış qulbeçələrin minlərlə insanın əvəzinə səs vermələrinə, bir şəxsin qutulara topayla bülletenlərin atmalarına, karusel əməliyyatını həyata keçirmələrinə bilə utanmırlar.

Mənhesab edirəm ki, öz ağasını müdafiəyə qalxan kölələrin halı heç vaxt dəyişməz. Köləlikdən qurtarmağın ən yaxşı yolu kölənin bir gün kölə olduğunu dərk etməsi və köləliyə qarşı mübarizəyə başlamasıdır.

Advertisements

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma

Məlumat

This entry was posted on 14.01.2018 by .

Naviqasiya

Bizimlə əlaqə

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 117 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: