HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Çoxları deyirlər ki, yeni liderlər gərəkdir… Lakin buda çıxış yolu deyil. Haradan yaranasıdır axı lider? Hərəkət olsun ki, liderlər də ortaya çıxsın da.
Konstitusiyada prezidentlik müddətinin məhdudiyyətini götürülməsini qanunsuz hesab edən müxalifət liderləri, özləri faktiki olaraq artıq dördüncü müddətdir ki, partiya sədrləridirlər.
Bundan başqa onuda qeyd edim ki, elə bil millətimiz də əvvəlki millət deyil. Dünən tankın, güllənin üstünə gedən millətdən əsar-əlamət yoxdur. Millət yalanlar içərisində yatıb. Nə edirsən et, amma bu milləti aldad və yalandan vədlər ver.
Hamımızın söydüyü sovet vaxtı camaat oğurluq etsə də, həqiqət də vardı, azda olsa hakimiyyətə güvənc var idi.
İndi evinin içindən arvadını, qızını dartıb aparırlar, nəsə edə bilmirsən. Şikayətə baxan yoxdur ölkə tam dərəbəylik üslubu ilə idarə olunur.
Ana bacılarımızı gözümüzün qabağında saçından sürüyürlər, bunu xalq görməməzliyə vurur, əzilən insanlar isə bunu məcburən həzm edir.
Mənə maraqlı olan odur ki, nə vaxta kimi bu alçaqların hərəkətlərinə xalqımız YOX deməyəcək?!
Mən hesab edirəm ki, nə qədər ki məmləkətdə yalançılar ucaldırılacaq , doğru yolda olanlara isə şərəfsizliklə cavab veriləcək, o zamana qədərdə bizləri bundanda ağır günlər gözləyir!
Tural Məhərrəmov