Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Cinayətkarlar yuvası olan Bandotdel yenidən gündəmdə…

1448723202_58c8e64c1544a29ff651930db70836a8Son vaxtlar Bandotdel (BMCMİ) qanunsuz əməlləri ilə mətbuatların gündəmindən düşmür.   “Bandotdel” kimi tanınan əvəllərdə qeyd etdiyim kimi  əsas fəaliyyət istiqaməti mütəşəkkil cinayətkarlarla mübarizə deyil,  Hacı Məmmədovun (Ramil Usubovun) əvvəl həyata keçirdiyi fəaliyyəti “qanun” çərçivəsində həyata keçirdən bir cinayətkarlar yuvasıdır. Belə ki, əvvəl adamı oğurlayıb pul alırdılarsa, indi evə basqın edib, oğurlayıb, həbs təhlükəsi ilə pul alırlar.

Onuda qeyd edim ki, ölkədə bütün şərəfsiz hərəkətlərin yəni qanunsuz həbslərin, siyasi məhbusların, hakimiyyətə qarşı olan şəxslərin ailə üzvlərinin həbsinin və incidilməsinin başında bu idarə durur. Əlavə olaraq onuda qeyd etmək istəyirəm ki, 2015-ci bu idarənin başına gətirilən Seyfulla Əzimov Quba hadisələrində yalandan insanlara vədlər verərək, onlarla Quba sakinini etirazlara görə həbs etdirən şərəfsizlərdən biridir.

Nardaranda həbs edilən dindarların əməliyyatını da bu idarə həyata keçirmişdir. Həmin hadisədə 2 əməliyyat müvəkkili məhz bu idarənin əməkdaşları qətləyetirilmişdilər. Əlavə onuda qeyd edim ki, həmin hadisədə vəfat edən 2  polis əməkdaşı öz yoldaşları tərəfindən güllələnməsi də iddia olunur.

Taleh Bağırzadə Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə zamanı Nardarana polislərin qanunsuz hücumunu belə təsvir etdi: Biz namaz üstündə idik. Küçədən silah səsləri gəldi. Qara maskalılar güllə ata-ata içəri hücum elədilər. İki polisin ölümünə gəlincə, onlar polislərin özlərinin nizamsız atəş açmasının qurbanı olub.

Fərahim adlı fəalında ölməsini Taleh Bağırzadə belə ifadə verib ki, o tam sağlam idi, onu maşında döyə-döyə öldürdülər.

0-02-01-c4d454184d9f6c17fff709bca4cd266716e013ce4324c2b3a19df670245cdf02_fullBundan başqa o ifadəsində ona necə işgəncələr verilməsinidə qeyd edib: Məni maşına atandan sonra əllərindəki silahların qundağı ilə başıma, üz-gözümə vururdular, elə orada burnumu sındırdılar. Aparıb bizi “bandotdel”də yerə atıb təpikləyirdilər. Üç gün özümdə olmadım. Hətta prokurorluğun müstəntiqi gəlib məni görəndə onlara dedi ki, “daha bu qədər də eləməyin də”. Bundan sonra o ifadəsində qeyd edib ki,26 noyabrda məni o qədər döymüşdülər ki, üç gün özümdə olmadım. “Bandotdel”də “Şrek” ləqəbli biri var, vahiməli biridi, bundan sonra o, otağa girdi, başladı döyməyə. Üç gün ağlasığmaz işgəncələr verdilər. Elə mənəvi işgəncələr verirdilər ki, sonra özümə bir şey eləyəcəyimdən qorxub yanıma adam salırdılar.

Bundan başqa Jam.az saytının redaktoru, həbsdə olan Fikrət Fərəməzoğlunun həyat yoldaşı Faiqə Nosrəti qeyd edir ki, Fikrət Fərəməzoğlu  34 gün Bandotdeldə saxlanılıb. 12 gün qandal onun qolundan açılmayıb. Baş redaktor bildirib ki, onun başına yumruq və təpik zərbələri endirilib. İndi isə bunu mətbuatda işıqlandıran Fikrət Fərəməzoğlunun həyat yoldaşına hədə-qorxular gəlirlər ki, susmasa onu həbs və ya onu İran İslam Respublikasına deportasiya edəcəklər.

Adı çəkilən bu cinayətkar yuvasında o qədər ləyaqətini itirmiş, insaniyyətliyi unutmuş şərəfsizlər işləyirlər ki, İlham Əliyevin qulduru rolunu oynayan Ramil Usubov bütün alçaq əməllərini bu idarənin əli ilə həyata keçirdir. Mənə maraqlı olan budur ki, Ramil Usubov belə bir alçaqlıqlar etdirməklə, vicdan əzabı çəkirmi?  İlk öncə mən hər zaman insana özümdə olan xüsusiyyətlə qiymət verirəm: özüm hansısa yanlış hərəkət etmiş olsam, xüsusəndə kiminsə həyatı ilə oynasam, vicdan əzabını qoyaq qırağa, özümə onu bağışlamaram. Ramil Usubovun etdikləri cinayətləri xatırladıqda düşündüm ki, bu insanın əlində yüzlərlə günahsız  insanların qanları damcılayır, belə insanda hansı vicdan əzabı olmalıdır?!

Tural Məhərrəmov

 

 

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 23.09.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: