Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Rusiya öz ətrafını avtoritar rejimlərlə bürüməkdə maraqlıdır

Snimok7-696x593Azərbaycan Saatı televiziya proqramının baş redaktorunun müavini, rus bürosunu rəhbəri Emin Əhmədbəyov və Russkiy Monitorun əməkdaşı Azərbaycanda insan haqları, qarabağ münaqişəsinin həlli və niyə Rusiyadakı Azərbaycan diasporunun müxalifəti deyil, hakimiyyəti dəstəklədiyi haqqında söhbət ediblər. Azərbaycan Saatı indi Azərbaycanın yeganə müstəqil televiziya proqramıdır, proqramın əsas redaksiyası Fransadadır və Türksat üzərindən, eləcə də mobil telefonlarda, youtube kanalında azərbaycan və rus dillərində TV və radio proqramları yayır.

– Bakıda azərbaycan prezidenti İlham Əliyevin və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşü keçirildi. Lavrov Putinin tapşırığına əsasən Bakıya və Yeravana gəlmişdi. Bu görüşün Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa yeniliklər gətirəcəyini gözləyirsinizmi?

– Bir yenilik gözləməyə dəyməz. Doğrudur, bu səviyyədə olan görüşlər zamanı bir qayda olaraq, müzakirələrin detalları barədə məlumat verilmir, buna görə də, bilmək olmaz, onlar ümumiyyətlə, Qarabağ məsələsini, yoxsa hansısa başqa məsələni müzakirə ediblər. Ümumiyyətlə isə Rusiya indiki ərəfədə Qarabağ məsələsinin həll olunmasında maraqlı deyil. Ümumiyyətlə isə Rusiyanın keçmiş SSRİ coğrafiyasında yaratdığı etnik münaqişələr var və onların heç biri Rusiyanın, ən azından indiki Rusiyanın iştirakı ilə həll olunmayacaq.
– Bir çox şərhçilər hesab edirlər ki, Moskva Qarabağ münaqişəsinin katalizatoru olaraq bu münaqişənin həllində yox, mümkün qədər uzun müddətə dondurulmasında maraqlıdır ki, Rusiyanın Cənubi Qafqaza bu təsir mexanizmini əlində saxlasın. Siz belə bir yanaşma ilə razısınızmı?

– Rusiyaya bu münqaişənin “ölü fazada” uzanması lazımdır, çünki bu halda o, Qafqazda öz hərbi- strateji mövcudluğunu saxlayır. Qarabağ məsələsi Cənubi Qafqazı Rusiyanın təsir dairəsində saxlayan əsas arqumentdir. Həm də, hər iki ölkədəki hakimiyyətlərin Rusiyanın iradəsi (və ya tabeliyində) altında qalması üçün vasitədir. İndi hər iki ölkədə Rusiyaya bağlı qüvvələr hakimiyyətdədir və Rusiya bu ölkələrin xalqlarını da nəzarətdə saxlamaq üçün Qarabağ münaqişəsindən yararlanır.

– Beynəlxalq hüquq müdafiə təşkilatları bildirirlər ki, Bakıda ə Yerevanda insan haqlarını sistemli olaraq pozan rejimlər mövcuddur. Demək olarmı ki, Rusiya da regionda demokratik prosesləri ləngidən faktorlardan biridir?

– Tamamilə doğrudur. Mən buraya hətta Orta Asiya rejimlərini və Belarusu da əlavə edərdim. Rusiya özünün nəzarətində olan bu rejimlərin vasitəsilə böyük bir coğrafiyada antidemokratik düşərgə yaradıb onu demokratik dünyaya qarşı “müttəfiqlər bloku” kimi tətbiq etməkdədir. Bu böyük məkanda həm də korrupsiya qohumluqları var. Doğrudur, oğurluqların məntiqi eynidir, amma köhnə SSRİ məkanında oğurluq və korrupsiya həm də eyni metodlarla həyata keçirilir. Adama elə gəlir ki, sanki bütün bu ölkələrdə hakimiyyət elitası “necə oğurlamaq” məsələsinə həsr edilən treninqlərdən keçirlər. Açığı, deyəsən, elə belədir.

– İlham Əliyevi tənqid edən jurnalistlərin və hüquq müdafiçəlirinin təqib edilməsifaktları çox sayıla bilərmi?

– İndi Azərbaycanda 85 nəfər siyasi məhbus var. Onıarın 20 nəfəri Amnesty İnternationalın “vicdan məhbusu” kimi tanıdığı insanlardır. Bunlardan 10 nəfərdən artığı jurnalistlər, bolqerlərdir. Hətta hansısa facebook statuslarına görə həbs edilənlər də var. İki ay bundan əvvəl siyasi dustaqların sayı 100 nəfərdən çox idi. Sadəcə təzyiqlər o qədər çox oldu ki, onlardan bəzilərini azad etmək zərurəti yarandı. Təzyiqlər isə hətta bir qədər hədə tonuna keçmişdi: birinci xanımın “YUNESKO-nun xoşməramlı səfiri” statusunun geri alınmasına qədər.

– 2012- ci ilin noyabr ayının 21- də Rusiyadaxarici agentlərhaqqında qanunqəbul edildi. Bu, Putinin üçüncü dəfə hakimiyyətə qayıdışından sonra repressiyaların güclənməsi üçün əsas mexanizmlərdən biri oldu. Onlarla hüquq müdafiə təşkilatı dağıdıldı, bir çox fəallar təqiblərə məruz qaldılar. Mətbuatda dərc edilən məlumatlardan belə görünür ki, təqribən eyni zamanlardan başlayaraq Azərbaycanda da vətəndaş cəmiyyətinə basqılar intensivləşir. Bunu iki rejimin öz fəaliyyətlərini koordinasiyası kimi dəyərləndirmək olarmı?

– Şübhəsiz, koordinasiyaya bənzər bir məsləhətləşmələr var. SSRİ coğrafiyasına Qərb demokratiyasının yaxın buraxılmaması Rusiyanın indiki hakimiyyətinni strateji maraqları daxilindədir. Onlar hesab edirlər ki, bu gün mümkün olmasa da, sabah Rusiya imperiyasının bərpası mümkün ola bilər. Buna görə də, həmin ehtimal edilən günə qədər köhnə bağları nə qədər mümkündüsə o qədər qoruyub saxlamaq lazımdır. Bu isə bu coğrafiyada Qərb demokratiyasının inkarı üzərində mümkün sayılır.

– Bilirsiniz ki, Rusiyada böyük Azərbaycan diasporu var. Bu diaspora Rusiya- Azərbaycan münasibətlərinə necə təsir edir? Eləcə də, Azərbaycanın daxili siyasi həyatında onun rolu nədən ibarətdir?

Rusiyadakı Azərbaycan diasporu iqtisadi cəhətdən çox güclü, siyasi cəhətdən isə çoxgücsüz bir zümrədir. Bu diaspora Rusiyanın və Azərbaycanın xüsusi xidmət orqanlarının sərt nəzarəti altındadır. İri Azərbaycanlı biznesmenlər, hətta ictimai faktor da deyillər. Onlar sadəcə olaraq, pul kisəsidirlər. Eyni zamanda, onların iki dövlət arasında münasibətlərdə də heç bir rolu yoxdur. Azərbaycanda isə rejim onları nə ictimai, nə də siyasi həyata yaxın buraxmaq istəmir. Sadəcə olaraq, “pullu adamlar”dırlar, vəssəlam. Mən hesab edirəm ki, onlar bir sosial kateqoriya olaraq ictimai-siyasi mənada yararsız, itirilmiş və heç bir zaman heç bir zəruri milli layihə üçün faydası olmayacaq adamlardır…

Amma bu diasporanın (eləcə də başqa diasporaların) ən görkəmli nümyəndələriyorulmadan Putini mdafiə etdiklərini söyləyirlər. Putinin üçüncü dəfə seçilməsində də bu qurumların əhəmiyyətli rolunun olduğu söylənilir…

– Mən hesab edirəm ki, bu çağırışların Putin üçün heç bir ictimai əhəmiyyəti yoxdur. Onlar sadəcə olaraq,yaltaqlanırlar. Onlar özləri də bilirlər ki, Putinin onların siyasi dəstəyinə jeç bir ehtiyacı yoxdur. Amma bütün bunlara baxmayaraq, onları bütün kampaniyalarda , hətta buna ehtiyac olmasa da, bir daha sındırırlar ki, heç zaman özləri haqqında yüksək fikirə düşə bilməsinlər. Onların, həm də yalnız azərbaycanlıların deyil, Rusiyadakı bütün iri biznes imperatorlarının imperiyaları dəhşətli cinayətlər üzərində qurulub, bu cinayətlərin hamısı sənədləşdirilib və kompramat kimi saxlanılır. Hakimiyyətin bu davranışının başqa adı ola bilər, amma bu şəxslərin özünə münasibətdə onu deyə bilərəm ki, onlar böyük pul sahibinə çevrilən cinayətkarlardır, onlardan heç zaman faydalı layihələr gözləməyə dəyməz.

– Təsəvvür etmək olarmı ki, Rusiyadakı Azərbaycan diasporunun müəyyən bir biznes elitası Putinə qarşı demokratik müxalifəti dəstəkləyə bilsin?

– Əvvəlki cavabdan görə bildiniz ki, mən bunu istisna edirəm.

ErmənistanAzərbaycan məsələsinə qayıdıram. Siz bu iki xalqın sülh şəraitində yaşaya biləcəyini hansı şərtlərlə təsəvvür edirsiniz?

– Mən bunu təsəvvür edirəm. Təsəvvür edirəm ki, əgər bizim coğrafiyaya demokratiya daxil olsa, bu bölgənin xalqları indiki ziddiyətlərin bir çoxuna ironiya ilə baxacaqlar. Avropada millətlər arasında daha qanlı müharibələr olub, amma onlar demokratiyanı sənədləşdirməklə, həyat tərzinə çevirməklə bu münaqişələri arxa plana ata bildilər.

– Əgər bu mümkündürsə, nə qədər zaman sonra mümkün ola bilər?

– Əgər dünya demokratiyası Zaqafqazıyada yaranmağa başlansaydı, bu, çox zaman alardı.Amma biz dünyada mövcud olan şərtləri tətbiq etməliyik, başqalarının təcrübəsindən faydalanmalıyıq. “Qarabağ bizimdir” yaxud, “Qarabağ onlarındır” hökmü münaqişənin həllinin arxa planına atılmalıdır. İndiki halda Azərbaycan azərbaycanlıların, Ermənistan isə ermənilərin deyilsə “Qarabağın kimindir” sualının cavabını indiki situasiyada axtarmağın nə qədər zəruri olduğunu kimlərsə hesablaya bilər…Mən bunu hesablaya bilmirəm.

Hər iki tərəfi qane edən hansı şərtlər mümkün ola bilər?

Hər iki ölkədə demokratiya qurulmalıdır. Mən demokratiyanın rolunu ideallaşdırmıram, amma onu bilirəm ki, demokratiya ziddiyətlərin inkişafa çevrilmə imkanlarını verir. Totalitar rejimlər ziddiyətlərdən konservləşməyə, geriliyə, cəhalətə açar kimi istifadə edirlər ki, öz hakimiyyətlərinin aktuallığını qoruyub saxlasınlar. Demokratiya isə, qeyd etdiyim kimi, bunun əksini edir.

– Rusiyanın demokratikləşdməsi də bu şərtlərdən biri ola bilərmi?

– Rusiyanın demokratikləşməsi, ilk növbədə rus xalqına lazımdır. Bu xalq böyük mədəniyyət yarada bilmiş xalqdır və indiki həyata layiq deyil. Ruslar çox yaxşı həyata layiqdirlər. Əgər onlar öz ölkələrinin demokratikləşdirilməsinə nail olsalar, başqalarının işinə bu qədər kobudluqla müdaxilə edən imperiya təfəkkürünün onları nə qədər geruyə atdığını görəcəklər. Rusiya imperialist təfəkküründən əziyyət çəkən başqa xalqlar da, təbii ki, bunu hiss edəcəklər… Rusiyanın demokratikləşməsi, yalnız Qarabağ münaqişəsinin, yaxud, postsovet məkanında yaradılan, yaradılmaqda olan münaqişələrin həlli demək deyil, həm də Yer kürəsindəki sivilizasiyanın tamam başqa, daha üstün fazaya inamlı keçidi üçün bir mərhələnin əsasını qoya bilər. İndi totalitar Rusiya bəşəriyyətin daha yüksək sivilizasiyaya keçidini əngəlləyir; energi, iqtisadi, hərbi, elmi, humanitar israfçılıq mənbəyi kimi.

Azərbaycan saatı

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 17.07.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: