Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ilqar Fərəməzoğlunun həbsinin əsas səbəbləri.

Fikret-300x226Jurnalist, jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu həbs edilib

İyunun 30-u, günorta saatlarında 3 nəfər mülki geyimli naməlum şəxs jurnalistin evinə daxil olaraq, Fikrət Fərəməzoğlunu və ona məxsus bilgisayarı götürərək, onu  evindən oğurlayıblar. Sonradan məlum olub ki, Fikrət Fərəməzoğlunu BMCMİ (Bandotdel) həbs edib və Nərimanov Rayon Məhkəməsinin 4 iyul 2015-ci il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilibdir.

Fikrət Fərəməzoğlunu niyə həbs edildi?

İlk öncə onu qeyd edim ki, bu şəxs çoxdandır Bandotdelin hədəfində idi. Hədəfə isə düşməsinə səbəb Təvəkkül Universitetinin Kiyev filialının rektoru ilə dostluq münasibətində olması və onun barəsində dəfələrlə məqalələr jam.az saytında yerləşdirməsi idi.

Sonradan Fikrət Fərəməzoğlunun Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla Ramil Usubovun böyük oğlu Emil Usubovla birlikdə Gürcüstanda 5 milyon ABŞ dollarına  yaxın pul uduzmaları barədə məlumatı mətbuata ötürməsi onu hədəfə almışdır. Onu da qeyd edim ki, Emil Usubov polis polkovniki olmaqla, İstintaq və Təhqiqat Baş İdarəsinin rəis müavinidir və eyni zamanda Təhqiqat İdarəsinin rəisidir.

Bundan başqa Dövlət Təhlükəsizlik xidmətinin rəisi Mədət Quliyevlə bağlı məqalənin edaletsizlik.com saytına göndərilməsində onun əli olmasını şübhə doğurduğundan, o DTX-nə çağrılmışdır və hədə-qorxu edilmişdir.

Yuxarıda qeyd etdiyim kimi onun dostluq münasibətdə olduğu şəxs, son zamanlar DİN-nin ünvanına təhqiramiz məqalələr yağdırdığından, Fikrət Fərəməzoğlu yenidən hədəfə gəldi və həmin məqalələrin qurban oldu.

Bildiyiniz kimi, Daxili işlər naziri Ramil Usubov ona qarşı ediləni, cavabsız qoymur. Bunu isə hal-hazırda Hacı Məmmədov rolunu həyata keçirdən BMCMİ-nin əli ilə edir.

Ramil Usubov harda şərəfsiz işçi var Baş Mütəşəkkillərlə Mübarizə İdarəsinə (Bandotdelə) təyin edir. Əvəllərdə qeyd etdiyim kimi, həmin idarənin əsas fəaliyyət istiqaməti, mütəşəkkil cinayətkarlarla mübarizə deyil, Hacı Məmmədovun fəaliyyətini davam etdirməkdir. Bu idarə Hacı Məmmədovun (Ramil Usubovun) əvvəl həyata keçirdiyi fəaliyyəti “qanun” çərçivəsində həyata keçirdir. Belə ki, əvvəl adamı oğurlayıb pul alırdılarsa, indi evə basqın edib, oğurlayıb, həbs təhlükəsi ilə pul alırlar. Onuda qeyd edim ki, ölkədə bütün şərəfsiz hərəkətlərin yəni qanunsuz həbslərin, siyasi məhbusların, hakimiyyətə qarşı olan şəxslərin ailə üzvlərinin həbsinin və incidilməsinin başında bu idarə durur. Bu idarənin əsas vəzifəsin mütəşəkkil cinayətlərlə mübarizə olmasına baxmayaraq, hakimiyyətin bütün çirkin əməllərini məhz bu idarə həyata keçirdir.

2003-cü ildən bu idarə Vilayət Eyvazovun kurasiyasındadır. Hakimiyyətdən və xüsusəndə Ramil Usubovdan gələn bütün çirkin əmrlərində icraasının başında bu şəxs durur.

Tural Məhərrəmov

05.07.2016

Xahiş olunur sayta istinad edəsiz.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 05.07.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: