HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
İstanbulun “Atatürk” beynəlxalq hava limanında ardıcıl iki güclü partlayış baş verib.
Partlayışdan sonra hava limanı ərazisində atəş səsləri eşidilib. Partlayış zamanı ən azı bir nəfərin öldüyü bildirilir.
Məlumata görə, hadisə yerinə çoxsaylı polis və təcili yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılır.
Aeroporta giriş-çıxış məhdudlaşdırılıb.
Atatürk Hava Limanında meydana gələn partlayışda 6-sı ağır olmaqla, ümumilikdə 60 yaralı var. Yaralılar partlayışdan sonra 49 təcili yardım və 5 xüsusi qrup vasitəsilə xəstəxanalara köçürülüb.
Hadisə ilə əlaqədar məlumat verən İstanbul valisi Vasip Şahin, ölü sayının 28-ə yüksəldiyini bildirib. Vali hücumun 3 ayrı canlı bomba tərəfindən reallaşdırıldığnı deyib.