HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Azərbaycan bütün tarixi boyu ancaq itirə-itirə gəlib. Biz ərazilərimizi, azadlığımızı, milliyətçiliyimizi itirmişik. Bu əsrlər boyu davam edib. Ancaq 20-ci əsrdə bir xalq kimi bütün itirmə limitlərini keçmişik. Belə ki, 20-ci əsrin əvəlləri Zəngəzur və Borçalımızı itirdik, əsrin sonunda isə Qarabağımızı. Bunlarla bərabər inamımızı da!
Sonra köhnə Bakımızı itirdik, çünki parlaq və klassik avropa şəhərindən indi tarixi silinmiş, süni gözəlliklə bəzənmiş Bakımız var qarşımızda.
İmkansızlıq ucbatından xalqımızın 50%-dan çoxu ana yurdundan uzaqlaşıb başqa-başqa yerlərdə məkan salıblar.
Bunlardan başqa xalqımız 20-ci əsrin sonunda Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ilk öncə xalqı seçki hüququnu itirdi, sonra isə xalqlığını.
Hər bir ölkədə 3 təbəqə insanlar mövcuddur: varlılar, orta səviyyədə yaşayanlar və kasıblar. Əliyev rejimi represiya maşınını işə saldıqdan sonra Azərbaycanda orta təbəqənin məhv olunmasına nail oldu.
Bu günki kriminal hakimiyyət Heydər Əliyevi Azərbaycan dövlətini yaradıcısı kimi təqdim edirlər. Ancaq sual verən yoxdur ki, hansı dövlətin? Dövlət mövcuddurmu? Azərbaycanda bir kriminal hakimiyyət mövcuddur.
Azərbaycan dövləti isə ancaq xəritədə mövcuddur. Hüquqi baxımdan isə o mövcud deyil. Biz dövlətimizidə itirmişik, lakin bunu fərqində deyilik. Çünki dövlət- atributlarla və saxta yolla seçilmiş hakimiyyətlə “Dövlət” olmasını ortaya qoymur.
Hər bir dövlətin hüququ və öhdəlikləri var. Dövlətin dövlət olması üçün 4 əsas amilləri yerinə yetirməlidir:
İndi baxın görün bizim dövlət bunlardan hansını həyata keçirdir?
Hal-hazırda ki, vəziyyətə göz yetirdikdə Azərbaycan bir dövlət kimi görünmür. Ölkə əliyevlərin bir komersiya strukturuna bənzəyir. Əliyev hakimiyyətinin 22 il əməyi nəticəsində biz xəritədə Azərbaycan dövləti kimi deyil, sahəsi kimi yer almışıq.
Tural Məhərrəmov