Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ İNSANLARA VERİLƏN İŞGƏNCƏLƏRİN NÖVLƏRİ (5 üslub)

241708Azərbaycanda Daxili İşlər Nazirliyinin əsas fəaliyyət istiqaməti, insanları qorxu və vahimə içərisində saxlamaqdır. Ona görə də “Bandotdel” (Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi) kimi adlandırılan rəsmi orqan yaradaraq, bütün cinayətlərini bu orqan vasitəsi ilə həyata keçirdirlər.

Bu orqan Daxili İşlər Nazirliyinin və eyni zamanda cinayətkar hakimiyyətin “cəza maşınıdır”, bütün qanunsuz əməlləri yəni cinayət addımlarını Ramil Usubov və bu idarəni əsas kuratoru olan Vilayət Eyvazov bu idarənin əli ilə həyata keçirir.

Bandotdeldə insanlara verilən işgəncələrdən və onların növlərindən danışmaq istəyirəm…

Bandotdel tərəfindən işi aparılan yoldaşlardan bir neçəsi mənə elə faktlar danışırlar ki, şoka düşürəm. Məndə bir sual yaranıb: insana qarşı bu cür qansızlıq etmək olarmı? Gərək nə qədər qansız olasan ki, insanı belə bir işgəncələrlə yalan dolu izahat verməsinə məcbur edəsən. Mən 6 il məhkəmə orqanlarında, 4 il isə polisdə işləmişəm, ancaq belə qansızlığı, vəhşiliyi ilk dəfədir ancaq bu idarə tərəfindən edildiyini daim duymuşam. 

Məlumat üçün qeyd edim ki, 2015-ci il ərzində 2 dəfə mənim ailəm vasitəsi ilə mənə psixoloji işgəngə metodundan istifadə edərək bloqumda yazmış olduğum məqaləni sildirdilər. Həmin psixoloji işgəncənin səs yazısını ictimailəşdirdikdən sonra bu şərəfsizlərin nəyə qadir olmalarını ifşa etdiyim üçün 2-ci dəfə ailə üzvlərim həmin idarəyə aparılaraq nəticədə məndən imtina etmələri və məni dövlətin düşmanı kimi izahatlar alaraq azad etmişdilər.

Adının çəkilməsini istəməyən yoldaşlardan biri deyir ki, Bandotdelin zirzəmisində işgəncə üçün ayrıca kamera var, orada işgəncə üçün bütün alətlər mövcuddur. Bundan başqa hər bir müstəntiqin və ya əməliyyat müvəkkilinin otağında şokerlər və dəyənəklər var. Əgər bu vasitələr azlıq etdikdə insanı həmin otağa aparıb “pressliyirlər”. Bu insanlar mənə çox əcayib döymə üsullarından danışdı. Siz bəlkədə bu işgəncələri heç filmlərdə belə görməmisiniz…

1-ci üsul

Ayağın altına döymə

Bu üsul ən çox istifadə edilən işgəncə üsullarından birisidir. Stulun ayaq hissəsində insanın ayaqlarını bağlamaq üçün yeri var, insanın ayaqlarını stulun ayaqlarına bağlayırlar ki, tərpədə bilməsin, arxadanda qolun naruşniklə bağlı şəkildə yıxırlar beli üstə , ayaqların qalır yuxarıda və rahatlıqla dəyənəklə ayaqların altına başlayırlar vurmağa.

Bandotdel tərəfindən həbs edilən Riyad Əliyev qeyd edir ki, məni heç stula zada bağlamadılar, zirzəmidə press otağı deyilən yer var, çirkin bir otaqdır, məni həmin otağa 2 dəfə apardılar “pressləməyə” otaqda 4 nəfər maskalı şəxslər var idi, əlim arxadan naruşniklə bağlı şəkildə yıxdılar yerə 2-si ayağımı tutdu, biri qapının ağzında dururdu, o birisi isə ayağımın altına, dizimə və dirsəklərimə rezin dəyənəklə vururdu.

Bunu qeyd edim ki, ayağın altına ona görə vururlar ki, həmin nayihədə dəri çox qalındır ona görədə həmin hissədə qançır yaranmır. Ayağın dərisi sümüyə yaxın olduğundan zərbənin təsiri asanlıqla dəridən sümüyə keçir. Sümüyün ağrısı isə dözümsüz olduğundan insan eləmədiyi cinayətləri belə boynuna almağa məcbur olur.

2-ci üsul

Əlehqaz əməliyyatı
Hərbi əleyhqazı insanın başına geyindirib, nəfəs borusunu bağlayıb insanı döyməyə başlayırlar, tam insan huşunu itirənə qədər. Sonra insanın üzünü açıb vedra ilə su tökürlər ki ayılsın.

İnsanın döyüldükdə heç halı qalmır, qaldı ki, insanın başına əlehqaz taxıb və nəfəs borusunuda bağlayıb bunu edələr. Belə halda hər an insanın ürəyi partlayıb ölə bilər, hətta ölürdə.

Bununla əlehqaz əməliyyatı bitmir. Təsəvvür edin bu şərəfsizlər əleyhqazı insanın başına keçirdikdən sonra pambıq yandırıb, tüstüsünü nəfəsgahdan içəri buraxıblar ki insan tüstüdən boğulsun.

3-cü üslub
Elektroşok – bədənə elektrik cərəyanı verilməsi

Adının çəkilməsini istəməyən şəxslərdən biri də qeyd edir ki, məni apardıqlar podvalda bir otağa orada stul var idi, əllərimi stula bağladılar. Maska taxmış 3 nəfər qara paltarlı adamdan biri soruşdu ki, müstəntiq dediklərini yazasan ya yox, yoxsa başlayaq? Mənhalsız idim yenicə döyülmüşdüm başımı yellədim dedim mən heçnə etməmişəm o zamansiqaretini əlimdə söndürüb məni stola bağladılar birinci cərəyanda özümü itirdim, ayıldım ki, məni yerə səriblər və boş bir otaqdayam…

Daha birisi qeyd edir ki, başıma nauşnikə bənzər bir əşya taxıb «musiqidən həzz al» dedilər və cərəyan buraxdılar. Cərəyanı bədənimə buraxılan kimi qoyma dişlərim yerindən qopub sındı. Dilim ağzımdan çıxdı, burnumdan qan gəlməyə başladı…

Almaniyada mühacir olan Riyad Əliyev deyir ki, istintaq şöbəsinin rəisi Emin Məmmədovun otağında, mən ona söydüm və o özü məni boynumun arxasından əl elektroşokeri ilə cərəyan verdi, yerə yıxılıb 2-3 dəqiqə çabaladım, sonra huşumu itirdim. Bunu mənə bir neçə dəfə etdilər amma birincinin effekti hələdə yadımdan çıxmır…
4-cü üslub
Psixoloji işgəncələr

Ən çox yayılan hədələrdən birisi tutulan şəxsləri «butulkaya» otuzdurmaqdır…

Daha bir üslublardanda birisi sənədə imza atıb filan cinayəti etiraf eləməlisən və yaxud biz deyəni təsdiqləməsən, arvadını, bacını, ananı zorlayacağıq vəya qohumlarını öldürəcəyik deyirlər.

Adını çəkilməsini istəməyən yoldaşlardan birisi qeyd edir ki, məni qaldırıb dedilər ki, səni soyundurub başına min oyun açacağıq.

Onu da qeyd edim ki, cari ilin may ayında mənim ailə üzvlərimi bandotdelə aparıb mənim özümədə bu şəkildə hədə-qorxular yağdırılmışdır. Rüstəm adında bir şərəfsiz Ramil Usubovun sifarişi əsasında mənim ailə üzvlərimi 3 gün qanunsuz saxlayıb, mənimlə telefon əlaqəsi saxlayaraq yazmış olduğum məqalə ilə bağlı anamın, bacımın, keçmiş həyat yoldaşımın zorlanması barədə videolar yayacağını və lazım gəldikdə ailə üzvlərimin öldürüləcəyi barədə üzərimə hədə-qorxular yağdırırdı. Bu barədə səs yazıları da var.

5-ci üslub

Döymə
İlk öncə həbs edilən şəxsi bandotdelin əməkdaşları qara şüşəli avtomaşında üzərində oturaraq aparırlar. Döyülmə ən geniş yayılan işgəncə növüdür. Bu haqda yuxarıda da kifayət qədər misallar gətirilib.

TURAL MƏHƏRRƏMOV

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 24.06.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: