Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Bakının 6 kilomertlik hekayəsi

Formula 1 yarışları Bakının Azadlıq Meydanında başlayıb, orda da sona çatacaq. Turistlər və şəhərin bir sıra varlı sakinləri yarışı Abşeron Tribunasından (biletlər: 1002 AZN) izləyə biləcəklər.

Lakin bir çox azərbaycanlı hesab edir ki, indi bu meydan adına uyğun deyil. İndiyədək böyük siyasi etirazlara qucaq açan Azadlıq Meydanı sonuncu dəfə 2003-cü ildə – Heydər Əliyevin ölümündən sonra onun oğlu İlham Əliyevin prezident seçkiləri ilə bağlı etirazlara şahid olub. Orada siyasi repressiyaların, polis zorakılığının, dəyişikliklərə olan qırıq ümidlərin izi qalıb.

Mahirə Muradova sağ gözünü və sol gözünün görmə qabiliyyətinin çoxunu itirib. O, baş verənləri Azərbaycanın İnsan Haqları üzrə Ombustmanı Elmira Süleymanovaya çatdırmağa çalışsa da, onu heç kim ofisə buraxmayıb. Bu, həmin Süleymanovadır ki, vəzifəsində keçirdiyi on dörd il ərzində bir dəfə də polis zorakılığının, işgəncə və qəddarlığın olmasını etiraf etməyib və son zamanlar adı gənc NİDA-çılar Bayram Məmmədov və Qiyas İbrahimova edilən polis zorakılığı zəminində mübahisələrdə çəkilir.

“Mən bu ölkəyə, dövlətə, hökumətə necə etibar edə bilərəm ki, insan haqları ilə məşğul olan əsas şəxs pəncərəsindən sakitcə polis işgəncəsinə baxır?” – deyə Mahirə xanım sual edir. Avropa Şurasınıntələblərinə baxmayaraq, 15-16 oktyabr 2003-cü il tarixlərində zorakılıq göstərən bir polis əməkdaşı da cəzalanmayıb, hətta Azərbaycan prezidenti İlham Əliyevin dediyinə görə, heç vaxt da cəzalanmayacaq.

2003-cü ilin seçki etirazları Azadlıq Meydanındakı sonuncu hadisələr oldu. O vaxtdan orada hərbi paradlar keçirilir. 2013-cü ildə isə burada avtodayanacaq tikildi. İndi Azadlıq Meydanına 1760 avtomobil yerləşir, hakimiyyəti dəstəkləməyən siyasi nümayişlər isə getməkçün çətin olan şəhərətrafı yerlərə köçürülüb.

İlham Əliyevi o vaxt bağışlayaram ki…
“JW Marriot Absheron Baku” qapılarını 2012-ci ilin may ayında Bakı şəhərində təşkil olunan “Eurovision” mahnı müsabiqəsindən bir neçə  gün əvvəl açıb.

Otelin rəsmi saytı müştərilərinə “ömrüboyu unutmayacaqları möhtəşəm səyahət” vəd edir. Oteldə dəbdəbəli nömrələr,  idman zalı, spa,  Bakının ən böyük bal zallarından biri və bir çox başqa şeylər var.  Pəncərəsindən Formula 1-in finiş xətti görünən nömrələrin hamısı artıq sifariş olunub – gecəsi 555 avrodan başlayır.

“Marriot” Formula 1-in qonaqlarını və azarkeşlərini qəbul etməyə məmnuniyyətlə hazır olsa da, onun müharibə,  sülh, demokratiya və insan hüquqları sahəsində fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarına qarşı münasibəti o qədər də yaxşı deyil.

Azadlıq Radiosunun məlumatlarına görə, “Marriot” 2015-ci ildə “Qadınlar Rassional İnkişaf  Uğrunda”  Assosiasiyasının tədbirini ləğv edib, baxmayaraq ki,  tədbirin orada keçirilməsinə öncədən icazə verilmişdi.

“Bu, (otelin qərarı) çox gözlənilməz oldu. Çünki biz bundan əvvəl Marriottda problemsiz olaraq 3 tədbir keçirmişdik” – QHT-nin rəhbəri Şəhla İsmayıl Azadlıq Radiosuna verdiyi açıqlamada bildirib: “Ən pisi bu idi iki, onlar tədbiri iş gününün qurtarmasına bir saat qalmış ləğv etdilər və biz təzə yer tapa bilməzdik. Belə görünür ki, onlar işimizi pozmaq üçün bunu bilərəkdən etmişdilər. Mən bilirəm ki, Bakının otellərində son 2 həftədə ən azı 4 belə hadisə baş verib. Bu, çirkin oyunun bir hissəsidir”.

OCCRP-nin apardığı araşdırma nəticəsində məlum olub ki, “Marriott” oteli  “Pasha Holding” – şirkətinə məxsusdur.

“Pasha Holding”in sahibləri isə Azərbaycan prezidentinin qızları  Leyla və Arzu Əliyevalardır.

Əliyevalar Azərbaycan ərazisindəki 10 beşulduzlu otelin ya sahibidirlər, ya da onlarla  sıx əlaqələri var. Onların sırasında “Marriott”, “Four Seasons”, “Sheraton” və “İnturist” də var.

Adətən, otellər Formula 1, Avropa oyunları, “Eurovision” kimi  beynəlxalq tədbirlər zamanı ağzına qədər dolu olur və bütün xərclər azərbaycanlı vergiödəyicilərinin  cibindən ödənilir.

“Ailəyə məxsus otellərdə standart otaqların qiymətləri AZN 300 (US $286)-dan başlayır” deyə OCCRP 2015-ci ildə məlumat verir: “Orta statistik azərbaycanlının aylıq əmək haqqısının AZN 452  (US $ 430) olduğunu nəzərə alsaq, qiymətlər bir az yüksəkdir. Bəzi otaqların bir gecəlik qiyməti AZN 1,500 (US $ 1,430) qədər bahalıdır. Birinci ailənin nəzarəti altında 2400 otaq var. Avropa Oyunları zamanı onların tam dolu olduğunu nəzərə alsaq, otel biznesinin 10 milyon ABŞ dollarından artıq gəlir gətirəcəyi gözlənilir.”

Bakının beşulduzlu otelləri əcnəbi idman həvəskarlarını məmnuniyyətlə qəbul eləsə də, “Marriott”, QHT və müxalif siyasi partıyalar tərəfindən təşkil olunan tədbirlərin keçirilməsinə mane olan yeganə otel deyil.

BBC-nin Azərbaycan şöbəsinin məlumatına görə, NİDA QHT təşkilatı 2012-ci otel rəhbərlərinin diqqətini bu məsələyə cəlb etmək məqsədilə facebook-da  kampaniya təşkil edib. Amma Azadlıq Radiosu xəbər verir ki, 2013-2015-ci illərdə müxtəlif tədbirlər analoji şəkildə “Radisson”, “Park İnn”, “Hilton” və “Hyatt” tərəfindən ləgv olunub.

Bakının bahalı otelləri hələ ki, yerli vətəndaş cəmiyyətini dəstəkləməkdən imtina edərək, ondan uğurla aralı dayana bilib, lakin onların hazırki iqtisadi böhrana  dözüb-dözməyəcəklərini hələ aydınlaşdırmaq lazımdır.

2015-ci ildə Azərbaycan valyutası – manat – dəyərini iki dəfə itirərək,  1,27 dollardan 0,64 dollara düşüb.

İqtisadi böhran bahalı otellərə yaxşı heç nə vəd etmir.  Meydan TV-nin xəbər verdiyi kimi, Donald Tramp “Trump Towers”i  planlaşdırılmış tarixdə aça bilmədi və o, Trump Hotels-in saytından silinib.

Yerli əhalinin cibinə uyğun olmayan, yerli təşəbbüslərə qarşı qonaqpərvərlik etməyən biznes-planlar son nəticədə yanlışlığın qurbanı ola bilər.

14435__2-5-star-baku-intro-az

Azərbaycan Respublikası Konstitusiyasının “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman)” Azərbaycan Respublikası Qanununun 1.1 maddəsində deyilir ki: “Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir”.

Elmira Süleymanova ombudsman vəzifəsini bu vəzifə yaranan gündən icra edir. Bu müddət ərzində Ombudsman Aparatı bir dəfə də olsun, Azərbaycandakı həbsxana və təcridxanalarda işgəncə faktını təsdiqləməyib.

Bu yaxınlarda gənc siyasi fəal Bayram Məmmədov vəkilinə həbsxanada işgəncələrə məruz qaldığını demişdi. Məmmədov və onun dostu Qiyas İbrahimov mayın 10-da, eks-prezident Heydər Əliyevin doğum günündə, onun heykəlinin üzərinə qraffiti yazandan və şəklini çəkəndən sonra həbs olunmuşdular. Məmmədov daha sonra polisdə necə dindirilməsi ilə bağlı detalları təsvir edərək, vəkilinə ötürmüşdü:

“Qandalların ayağımda və əlimdə işgəncə izi buraxdığını görüb əllərimi və ayaqlarımı kürəyimə yığıb “skoç”la bağladılar. Ağzı üstə yerə uzatdılar, bir nəfər kürəyimdə oturub ayaqlarımı saxlayırdı, digəri isə falaqqa üsulu ilə ayaqlarımın altına işgəncə verirdi. Sonra onlar məni əl-ayağım bağlı vəziyyətdə qaldırıb göydən yerə çırpdılar. 4-5 dəfə yerə çırpdıqdan sonra “skoç” cırıldı və yenidən yerə uzadıb ağzıüstə əllərimi ayaqlarıyla əzməyə başladılar. Digəri isə yenə də falaqqa üsuluyla ayaqlarımın altına döyməyə başladı. Sonra ayaq üstə qaldırıb dubinkanın arxasıyla sinəmə və dizimə zərbələr endirməyə başladılar. Ağrılardan və zədələrdən tam halsızlaşanda və onlar məni döyməkdən yorulanda kürəyi üstə uzadıb üzümü tam örtən kağız qoydular ki, yerə düşsə, yenə də vuracaqlar. Kağız tərpəndikcə, zərbələrə davam edirdilər”.

Ombudsman Məmmədov və İbrahimova baş çəkəndən sonra onların üzərində heç bir işgəncə əlamətlərini tapmadığını söyləmişdi.

Məmmədov və İbrahimov Azərbaycandakı həbsxana və təcridxanalardakı işgəncələrin ilk qurbanları deyil. Ombudsmanın da polisin verdiyi işgəncəni ört-basdır etməyi də birinci dəfə deyil. Meydan TV həbsxanada işgəncə görən qurbanlarla və bu işgəncə hallarını dayandırmağa çalışan fəallarla danışıb.

Ombudsmanın hesaba almadığı işgəncə
Bir vaxtlar, yəni Azərbaycan bahalı idman və mədəniyyət tədbirlərinin ev sahibliyini öz üzərinə götürməzdən əvvəl, Bakıda yemək üçün gözəl yerlər vardı. Restoranlar təkcə neft sektorundan yüksək gəlir götürənlərin deyil, sadə vətəndaşların da cibinə uyğun idi.  Amma 2012-ci ildə, “Eurovision” yarışması ərəfəsində hökumət Bakının simasını dəyişmək üçün dövlət büdcəsindən milyonlar xərcləməyə başladı.

Paytaxt elit mülklərin, ticarət mərkəzlərinin, nəhəng şüşə binaların və bahalı restoranların şəhərinə çevrildi. İşçi sinfinə məxsus olan Bakı sakinlərinin şəxsi evlərinin sökülməsi təkcə şəhəri tarixi görünüşündən məhrum etmədi, həm də bir çox sakini şəhərin mərkəzini tərk etməyə məcbur elədi. İndi bu yerlərdə sadə vətəndaşın büdcəsinə uyğun ev tapmaq çətin olduğu kimi, cibinə uyğun restoran tapmaq da asan deyil.

“Bakı o şəhərlərdəndir ki, restoran, kafe, çayxana qiymətləri ərazidən asılı olaraq dəyişir”, turizm üzrə ekspert Xəyyam Əliyev deyir. Onun sözlərinə görə, suya əlavə vergi qoya bilərlər: “Məsələn, bir çaynik çayı Novxanıda, dəniz kənarında 2 manata, Bakı bulvarında isə 2, 3, 5 hətta 20 manata ala bilərsən. Şəhərin mərkəzindəki iki yan-yana restoranda kəskin qiymət fərqi ilə rastlaşmaq olur”.

Qiymət müəyyənetmə və bu qiymətləri artırmaqda davam etmə azadlığı Azərbaycanda sərhədsizdir. Bakıdakı ən bahalı restoranlardan biri olan “Çinar” düz Formula 1 zolağında yerləşir. Öz saytında restoran barədə onun “Bakının məşhur görməli yerlərindən biri və neçə onilliklər boyu görüş yeri ” olduğu qeyd olunur. Restoranın baha qiymətlərlə məşhur olduğuna baxmayaraq, hətta paytaxtda gid kimi fəaliyyət göstərən adamların çoxu, onun girişini tanımır.

Xəyyam Əliyev deyir ki, bu restoranda o bircə dəfə, onda da Bakı ilə tanış etdiyi bir turist onu dəvət elədiyi üçün olub. Yüngül qəlyanaltının qiyməti 29 manat ola bilər, aşpazın şəxsən seçib təqdim elədiyi suşi dəsgahı isə 240 manatdır. Buna görə də ancaq yüksək gəliri olanlar bura gəlməyə cəsarət edə bilər. Orta əməkhaqqının 485,5 manat olduğu bir ölkədə bu tipli restoranlar sadə vətəndaşlar üçün əlçatmazdır.

Xəyyam Əliyev kədərqarışıq zarafatla deyir: “Restoranda qiymətlər cib yandırır. Maaşı al, 2 dəfə “Çinar”da ye, iç, 28 gün ac yaşa”.

Şəhərin bahalı restoranlarında daha bir tendensiya var: bulvar boyu yerləşən çoxsaylı restoranlardan birində bir fincan çay içmək istəyirsinizsə, müxtəlif çeşidli mürəbbələrə, bala, çərəzə də pul ödəməlisiniz. “Məsələn, Bakı bulvarındakı əksər kafelərdə sadə çay verilmir. Mütləq ətrafında mürəbbə, şokolad, ləbləbi gətirirlər. Adına da “çay dəsgahı” deyirlər. Bu da sənə 15-20 manata başa gəlir. İstəsən də, istəməsən də çayın yanında gətirilən bir məcməyi təamı almalısan. Avropa Oyunları öncəsi qonaqlar bu məcburiyyətə təəccüb etməsinlər deyə, Dənizkənarı Milli Park ərazisində yerləşən iaşə obyektlərində bir müddət müştərinin sadə çay sifarişinə əməl olundu. Avropa oyunları hesabına Bakı sakinləri çayı 2 manatdan aldılar. Oyunlarla bərabər 2 manatlıq çay da bitdi”  – Əliyev gülərək,deyir.

Ekstravaqantlıqdan uzaq, sadə ənənəvi dadların arzusunda olan Bakı sakinləri şəhər kənarına üz tutmalı olurlar. Şəhər mərkəzindəki qlamur restoranların cəmi otuz kilometrliyində yerləşən restoranlarda orta aylıq gəlirləri olan insanlar 20 manata dadlı yeməklər yeyə və nəzakətli heyətin xidmətindən istifadə edə bilərlər. Xidmət demişkən, bu da başqa bir dərddir: Bakı sakinləri bahalı restoranlarda sifariş yetərincə zəngin olmayanda heyətin olduqca qeyri-qonaqpərvər davrandığından şikayətlənirlər. Azərbaycan qonaqpərvər ölkə kimi tanınsa da, nədənsə bahalı restoranlarda bu qədim ənənə indi ancaq varlı qonaqlara şamil olunur. Buna görə də, Bakı sakinləri öz şəhərlərində özlərini ögey hiss edirlər – belə dəyişikliyi həzm eləmək, sözsüz, çətindir.

Ardı var…
Meydan TV

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 18.06.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: