Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Xədicə İsmayıl azadlıqda

360049F1-DA16-45AD-B858-1C312B60FA55_w640_r1_sXədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlayıb. Apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verilib.

Ali Məhkəmə kassasiya şikayətini təmin edib, ona verilmiş  3 il 6 ay həbs cəzasını Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsini tətbiq edərək, həmin cəzanı şərti çəkməsini münasib görüb.

Məhkəmə ona itttiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.

Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. daha sonra 70-ci maddəni tədbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.

Xədicə İsmayıl yaşayış yeri üzrə qeydiyyatına əsasən Binəqədi rayon İcra şöbəsinə hər ay gedərək qeydiyyatdan keçəcəkdir.

Bu həm də o deməkdir ki, Xədicə dövlət orqanlarının icazəsi olmadan 5 il ərzində ölkəni tərk edə bilməz. Yaşayış yerini dəyişə bilməz.

 

 Xədicə İsmayılın azad olunmasına Beynəlxalq reaksiyalarda olub:

AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Ali Məhkəməsinin jurnalist Xədicə İsmayılın vaxtından əvvəl azadlığa buraxılması haqqında qərarını alqışlayıb.

“Xədicə İsmayıl Avropa Şurasının çoxdankı tərəfdaşı və ölkəsində fəal hüquq müdafiəçisidir. Bu gün onun azad edilməsi, habelə bu yaxınlarda məşhur hüquq müdafiəçilərinin və jurnalistlərin azad edilməsi mənim Azərbaycanın dönüş nöqtəsi yaşadığından əminliyimi artırır. Mən ölkəni bu müsbət yolda irəliləməkdə davam etməyə çağırıram”, deyə bəyanatda bildirilir.

İnsan hüquqları üzrə Avropa komissarı Nils Mujnieks jurnalist Xədicə İsmayılovanın azad edilməsini alqışlayır.

O, bununla bağlı öz tvitter mikrobloqunda yazır.

“Şadam ki, araşdırmaçı jurnalist və hüquq müdafiəçisi Xədicə İsmayıl nəhayət ki, onun həbs müddətini azaldan Azərbaycan Ali Məhkəməsinin qərarından sonra azadlıqdadır”.

Nils Mujnieks X.İsmayılovanın ədalətsiz olaraq həbs olunduğunu vurğulayır.

“O, çoxdan azad edilməli idi. Mən Azərbaycan hakimiyyətini İsmayılın məhdudiyyətsiz olaraq öz fəaliyyətini davam etdirməsini təmin etməyə və öz baxışlarını ifadə etdiklərinə görə, həbs olunmuş bütün digər şəxsləri azad etməyə çağırıram”.

Öz növbəsində, ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç qısa və emosional şərh verib.

“Günəş yenidən doğdu! Xədicə azadlıqda! Ümid edirəm ki, ona qarşı bütün ittihamlar ləğv olunacaq”.

“Jurnalist Xədicə İsmayılın azadlığa buraxılması Azərbaycan hökumətinin insan hüquqlarına hörmətlə yanaşmasıdır ”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan BMT-nin İşçi qrupunun baş məruzəçisi Setondci Roland Adcovi deyib.

O jurnalistin azadlığa buraxılmasını müsbət hal kimi dəyərləndirib.

“Jurnalist azadlığa buraxıldı və fəaliyyətini davam etdirəcək. Amma biz hələ ki, məhkəmənin qərarı ilə tanış deyilik. Qərarla tanış olandan sonra bu barədə müzakirələr aparacağıq və bunu hesabatımızda qeyd edəcəyik” – deyə Adcovi bildirib.

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.05.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: