Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Əliyev rejiminin sifarişi ilə kimlər qətlə yetirildi?… SİYAHI

Bütün aşağıda adı çəkilən tanınmış simaların öldürülmələrini Hakimiyyət nümayəndələri başqa istiqamətlərə yönəltməsinə baxmayaraq, bu cinayətlərin başında hakim ailənin durması şübhə deyildir…

Etibar_Elkin

Son 23 ildə Əliyev rejimi tərəfindən çox sayda ictimai-siyasi xadimlər, dövlət adamları və jurnalistlər sui-qəsd edilib və çoxunun qətli üzrə açılan cinayət işləri hələdə bağlı olaraq qalır.

Bildiyimiz kimi, Azərbaycanın müstəqillik tarixində xeyli sayda səs-küylü, sifarişli qətllər, sui-qəsdlər olub. Son 23 ildə ölkənin xeyli tanınmış adamı, dövlət və ictimai xadimləri öldürülüb.

1. Eduard Hüseynov Bakı Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş rəisi, kontr-admiral. 1993-cü il aprelin 23-də baş yaşadığı binanın önündə qətlə yetirilib. Heydər Əliyevin sifarişi ilə öldürülməsi deyilir.

      2. Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilov 1994-cü il, sentyabrın 29-da yaşadığı binanın blokunda qətlə yetirilib. Hakimiyyət bunun “OMUN”-çular tərəfindən öldürüldüyü iddia edir. Bu qətllə bağlı təqsirli bilinərək, ömürlük məhkum edilmiş Dəyanət Kərimov isə günahsız olaraq həbsə atılmışdır.

     3. Prezident Yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov A.Cəlilovla eyni gündə, yaşadığı binaya girərkən öldürülüb. Bu cinayətdə Hakimiyyət tərəfindən “OMON”-un üzərinə atılır.

     4. Daxili İşlər Nazirinin müavini, OMON komandiri Rövşən Cavadov 1995-ci ildə Heydər Əliyevlə danışıqlar zamanı hökumət qüvvələri tərəfindən yaralanmışdır və Azərbaycan Respublikası DİN qospitalında tibbi yardımdan imtina etdiyinə görə qan itirməsi səbəbi ilə vəfat etmişdir. Sirr deyil ki, Rövşən Cavadovun öldürülməsi bir başa Heydər Əliyevin sifarişi əsasında edilibdir. Sonradan 19 dekabr 2003-cü ildə Rövşən Cavadovun yeganə oğlu – 20 yaşlı Laçın Cavadov Moskvada Əliyevlərin sifarişi ilə qətlə yetirildi.

     5. Deputat Şahmərdan Cəfərov 1995-ci il, iyunun 17-də Culfa rayonu, Əbrəqunis kəndi yaxınlığında güllələnərək öldürülüb. Lakin sifarişçisi hələdə müəyyən edilməyib.

    6. Deputat Əli Ansuxski 1996-cı ildə yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Deputatın qatili olduğu deyilən şəxs həbsdədir. Lakin sifarişçisi hələdə müəyyən edilməyib. Heydər Əliyevin xüsusi tapşırığı ilə öldürüldüyü deyilir.

     7. Akademik Ziya Bünyadov 1997-ci ilin fevralında yaşadığı binanın blokunda öldürülüb. Alimin “Hizbullah” üzvləri tərəfindən öldürüldüyü və bununla bağlı bir neçə nəfərin həbs edildiyi deyilir. Lakin o şəxslər günahsız tutulduqlarını deyirlər. Sonradan Heydər Əliyevin sifarişi ilə Z.Bünyadov nəvəsidə ABŞ-da öldürülmüşdür.

     8. Ekstrasens Etibar Elkin 1999-cu ilin yanvarında Bayıldakı evində iki oğlu ilə birgə qətlə yetirilib. Qətlin “Ceyşullah” adlı təşkilatın üzvlərinin törətdiyi iddia olunur, lakin mərhumun yaxınları bunu rədd edir.

     9. DİN Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Azər İsmayılov 2000-ci il, iyunun 21-də günorta “Ramstore” ticarət mərkəzinin yaxınlığında yoxa çıxıb. 2005-ci ildə isə onun qətlinin üstü açılıb. Cinayəti Hacı Məmmədovun törətdiyi sübut olunub. Hacı Məmmədova isə kim “krışalıq” etməsi hələdə açıqlanmır. Lakin etdiyi əməllərdən bəllidir ki, bu Hakimiyyətin xüsusəndə hakim ailənin qanqsteri olubdur.

10. Əbülfəz Elçibəy Azərbaycan Respublikasının 2-ci Prezidenti (1992-1993)Heydər Əliyevin sifarişi ilə zəhərləndirilərək öldürüldüyü deyilir.

      11. 2001-ci ilin aprelində AMEA-nın sabiq prezidenti Fərəməz Maqsudovun evinə silahlı basqın olub, mərhum akademikin həyat yoldaşı Yevgeniya və qızı Elmira öldürülüb, böyük qızı Tamilla yaralanıb. Cinayətin üstü hələ də açılmayıb.

     12. Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi, kriminalist Rövşən Əliyev 2002-ci il, martın 12-də Nizami küçəsində binanın girişində güllələnərək öldürülüb. Cinayəti Hacı Məmmədovun törətdiyi 2005-ci ildə bəlli olub. Hacı Məmmədov isə Heydər Əliyevin xüsusi tapşırıqlarını yerinə yetirməsi heç kəsə sirr deyil.

     13. AFFA-nın vitse-prezidenti, “Qara polkovnik” ləqəbli Fətulla Hüseynov 2004-cü ilin iyununda yaşadığı binanın qarşısında öldürülüb. H.Məmmədovun dəstəsi ifşa olunandan sonra qətlin üstü açılıb. H.Məmmədov məhkəmədə sifarişçinin kimliyini deməyib.

     14. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci ilin martında yaşadığı binanın blokunda qətlə yetirilib. Qətlin üstü açılmayıb.

15. Abşeron rayon icra hakimiyyətinin sabiq başçısı, Prezident Aparatında baş məsləhətçi vəzifəsində çalışan Mirzə Novruzov Ramiz Mehdiyevlə torpaq alqı-satqısı iə əlaqəli 4 milyon manat söhbəti ilə bağlı 31 mart 2007-ci ildə zəhərləyərək öldürmüşlər, yol qəzası kimi fabrikovat edib cəmiyyətə sıramışdılar. Qeyd edim ki, M.Novruzov xalq şairi Cabir Novruzun oğludur.

16. “Tolışe sədo” (Talış səsi) qazetinin baş redaktoru Novruzəli Məmmədov 2007-ci ildə saxta ittihamla həbs edilib sonrada 17 avqust 2009-cu ildə Cəzaçəkmə Müəssəsinin xəstəxanasında müəmmalı şəkildə vəfat etmişdir. Oğlu Kamran Məmmədov 8 sentyab 2007-ci il tarixdə atasının həbsindən sonra infakt nəticəsində dünyasını dəyişmişdir. Digər oğlu Emil Məmmədov 2008-ci ildə saxta ittihamla həbs edilmiş, sonradan məhkəmə zalından azad edilmişdir, o da 16 aprel 2011-ci il tarixdə müəmmalı şəkildə vəfat etmişdir. Ailədə bir tək Novruzəli Məmmədovun həyat yoldaşı Məryam Məmmədova sağdır və hal hazırda Avropada mühacirlik həyatı yaşayır. Bir sözlə İlham Əliyev daha bir ailənin məhvinə imza atıb…

     17. Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev 2009-cü il, fevralın 11-də qətlə yetirilib. Cinayət bağlı qalır.

     18. Zahid Dünyamalıyev – Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini (1993-2005) 2009-cu ildə evində özü öz əcəli ilə ölməsi iddia olunur. Lakin etibarlı mənbələrin sözünə görə Zahid Dünyamalıyev Daxili İşlər Nazirliyinin inzibati binasında hazırki nazir müavini Vilayət Eyvazov tərəfindən öldürüldüyü iddia olunur.

Vilayet_Eyvazov_290710

   19. Deputat Anar Məmmədxanov- Bakı Şən və Hazırcavablar Klubunun prezidenti,“Bakılı oğlanlar” komandasının kapitanı olmuşdur, İlham Əliyevlə şəxsi mübahisə ilə əlaqədar onun sifarişi ilə 23 Aprel 2011-ci ildə həyatına son qoyulmuşdur.

   20. Yazıçı Rafiq Tağı 2011-ci il, noyabrın 19-da bıçaqlanıb, üç gün sonra müəmmalı şəkildə öldürülüb. Məlumat üçün bildirim ki, İlham Əliyevin intim həyatı barədə mətbuata açıqlama vermişdir.

  21. Sirus Təbrizli filologiya elmlər namizədi, Yeni Azərbaycan Partiyasının sədr müavini işləyib. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2005-ci ildə Bakı Dövlət Universitetində iclas zamanı Hacı Məmmdovla bağlı çıxışı zamanı əlini Ramiz Mehdiyevə və Ramil Usubova uzadaraq ” gör nə günə qalmışıq ki, DİN-nin CAİ-nin əməkdaşının belində bir qəbirsanlıq insan var və onun arxasında olanlar burada oturublar. Eyni zamanda çıxışı zamanı YAP-nı isə “Simasız quldurlar partiyası” adlandırmışdır. Ondan sonra Nabranda ev dustağı kimi saxladılar, sonra isə 7 sentyabr 2013 ildə zəhərlədilər öldürdülər.

Əliyevlərin Hakimiyyəti dövründə oğurlanmış şəxslərində siyahısı hazırlanır. Kimin bu barədə məlumatları varsa əlaqə ünvanımıza göndərə bilər.

Tural Məhərrəmov

Əliyev rejiminin sifarişi ilə kimlər qətlə yetirildi?… SİYAHI” üzərində bir şərh

  1. MİRSAHİB
    22.05.2016

    Bəs həbsdə olan şərlənmiş günahsız insanlar necə olsun onları kimin ayaqına yazaq bəs o günahsızlar necə olsun

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 19.05.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: