Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Birləşib, cinayətkar rejimin getməsinə nail olmalıyıq.

11035263_824877850917795_813275371_o
Bütün qohum-əqrəbəm deyir qurtar bu mübarizəni, onsuzda boş şeydi, bunlar kök salıblar, gedəsi deyillər… Deyirlər: daha sənə nə lazımdır, oturumun var, evin var, maşının var, gözəl ölkədə yaşayırsan. Başını sal, yaşada özün üçün, başına oyun açırsan, camaatın dərdi sənə qalıb?!

Bunu mənə deyənlər anlamır ki, bu hakimiyyət elə bizim başımızı aşağı saldığımız üçün bizi minib!

Yuxarıda qeyd etdiyim, mənə bu cür ağıl verən qohumlarıma səslənirəm: Haqqınızı, hüquqnuzu, ümidinizi, varınızı yoxunuzu əlinizdən alan, ölkəmizi mənimsəyən bu rejim geci-tezi getməlidir…

Biz bir millət, xalq və ölkə olaraq öz kreslolarını saxlamaq üçün bütün şərəfsizliyə əl ata biləcək cinayətkar hakimiyyətin girovuyuq. Bizlər bir olub, bunlara yox deməyənə kimi bunlar öz şərəfsizliklərini davam edəcəklər. Bu hakimiyyət ölkəni elə idarə edirlər ki, mümkün deyil ki, sadə vətəndaş bunların haqqsızlığına (teroruna) rast gəlməsin. Ona görədə nə qədər ki, həmin haqqsızlıq sizin qapınızı döyməyib, birləşəyin, bu kriminal terorçu rejimin getməsinə nail olağın…

Gördüyünüz kimi artıq nəinki yerli, hətta xarici KİV-lər Azərbaycanın cinayətkar rejiminin korrupsiya faktlarından, xalqın cibindən oğurlanmış milyardlardan, Ofşor zonalarından, Panama papers milyardlarından, qeyri-qanuni tikintilərdən, insan ölümlərindən, adam oğurluqlarından və rejimin çoxsaylı digər cinayətlərdən yazır.

Cinayətkar rejim isə son illərdə ancaq müdafiə mövqeyi tutub bütün özünə təhlükə gördüyü ictimai fəalları, müxalif siyasi xadimləri, qondarma vasitələrlə şantaj etdirir, təqiblərə məruz qoyur, əgər bu metodlarla heçnə əldə edə bilmirsə xuliqanlıq, ictimai qaydanı pozma, polisə müqavimət və narkotika ittihamları ilə həbs etdirir.

Bu alçaqların isə bunu etməkdə məqsədləri birdir: kreslolarını qorumaq!

Bunlara yox deməyin bir yolu var, o da bizim birləşməyimiz və bu alçaqların getməsi nail olmağımızdır…

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 17.05.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: