Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ataxan Əbilov: “TMR”-in ideya müəllifi Heydər Əliyev olmuşdur.

479748_10151350220826803_289097395_nFeysbuk fəalı, Niderland Krallığında siyasi mühacir həyatı yaşayan, hüquqşünas Ataxan Əbilov son günlər onunla bağlı gedən yazılara cavab verdi. Verdiyi cavabı olduğu kimi nəzərinizə çatdırıram:

Azərbaycan ictimaiyyətinin nəzərinə aşağıdakıları çatdırmağı vacib hesab edirəm:

1) Mən professor deyiləm. Heç bir vaxt heç bir yerdə özümü professor kimi təqdim etməmişəm.

2) “TMR”-in ideya müəllifi Heydər Əliyev olmuşdur. Əlikram Hümmətov bu lahiyəyə korrektələr etmiş və buna görə də Heydər Əliyevin qəzəbinə tuş gəlmişdir. Belə korrektələrdən biri də qrumun adıyla bağlıdır. Heydər Əliyevin layihəsində qurumun adı başqa formada olmuşdur.

3) Mən “TMR” adlanan bir qrumda heç bir yer almamışam.

4) Əlikram Hümmətovun talış xalqının Azərbaycandan kənar statusu ilə bağlı söylədiyi hər hansı ideyanı dəstəkləməmişəm, bölüşməmişəm və dəstəkləmək fikrim də yoxdur. Talışlar Azərbaycanın köklü xalqlarından biridir, Azərbaycan dövlətinin və dövlətçiliyinin fundamentində durur. Talışlarsız Azərbaycan təsəvvür edilməzdir. Beynəlxalq təcrübə diqtə edir ki, Azərbaycan xalqlarının xoşbəxt və firavan yaşamaları və həmrəyliyi üçün Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu kifayət edir.

5) 23 il bundan əvvəl, 1993-cü ilin yayında tətil günlərimi doğulduğum rayonda keçirərkən regionda baş verən hadisələrlə maraqlanmışam. Bununla bağlı olaraq Azərbaycan Konstitusiyası və qüvvədə olan qanunları çərçivəsində hansısa tədbirdə iştirak etməyi özümün fəal vətəndaşlıq borcu hesab etmişəm.

Bir daha hamının nəzərinə çatdırmaq istəyirəm ki, talış və türk olmasından asılı olmayaraq heç bir ultra-millətçi qruplaşma şər və böhtan kampaniyası ilə məni hədəflərimdən döndərmək gücünə malik deyil.

Məqsədimiz Azərbaycanda azad, demokratik, hüquqi dövlət quruculuğudur.

edaletsizlik.com

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 23.04.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: