Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ölkədə represiyalar davam edir…

628x414x7d46264976.png.pagespeed.ic.cLja2VJ7zCSonuncu əfv fərmanını humanizm prisipi kimi gözə soxmaları çox çəkmədi. Hakimiyyət siyasi məhbusların sayının 100-dən aşağı olmasını qəbul edə bilmir. İndidə “Meydan tv”–nin 15 nəfər əməkdaşına qarşı bir neçə maddə ilə cinayət işi açılması barədə xəbər yayıldı.

Məqalə yazmaq, videoreportajlar hazırlamaq cinayət hesab edilməsində məqsəd bütün müstəqil media qurumlarının tamami ilə iflic vəzziyyətə salmaqdır.

Hakimiyyət çoxdandır internet resurslarına qarşı total nəzarət və təqib kampaniyasına start verib.

“Meydan tv”-nin susdurulması üçün “Meydan tv” –nin qurucusu Emin Millinin qaynının həbs edilməsinə, qayınatasının öz yeznəsindən imtinaya məcbur edilməsi, “Meydan tv”-nin redaktoru Günel Mövludun qardaşlarının həbs edilməsi, anasının qızından imtinaya məcbur edilməsi heç təsadüfi deyildir.  Bu hakimiyyətdən o qədər şərəfsizliklər görürük ki, artıq bu əməllərin qarşısında ŞƏRƏFSİZ onları adlandırmağa bilə dilim gəlmir.

Bunlar 1937-ci illərdə istifadə edilən metodlardan istifadə edərək repressiyalara üz tutublar… Bu repressiyanın içərisində ən alçaq hərəkət isə yaxın qohumları bir-birinin üzünə qoymaqdır. Hətta elə bir vəziyyətə gətirib çıxardıllar ki, ailə üzvləri, yaxın qohumlar bir-birindən imtina etməyə məcbur olur. Bundan alçaq və eyni zamanda şərəfsiz hərəkət ola bilməz. Bu alçaqlar olan-qalan adət ənələrimizidə artıq məhv etməyə çalışırlar.

İnsanı ailə ilə sınamaq kimi hərəkətdən, ağır bir zərbə yoxdur. Bu cür tendensiyalara ancaq postsovet məkanında rast gəlmək mümkündür.

Bir sözlə, sıfırdan başlayıb, mənfiyə doğru irəlləyirik. Bu hakimiyyətin dövründə itirdiklərimizin sayını-hesabını artıq itirmişik.

Bildiyiniz kimi yaxın qohumlara hörmət və sayğı adət-ənənəsinin böyük hissəsi ölkəmizə müsəlman dini ilə gəlib. Qurani-Kərimdə dünyanın sonunu təsəvvür yaratdıqda, belə bir kəlmə var qeyd olunub: “O qorxu, dəhşət, titrəmə, yalqızlıq və çaşqınlıq üzündən övlad, qardaş, bacı, ər, yoldaş və qohumlarının səndən qaçdıqları, sənin də onların hamısından qaçdığın o anı düşün! Gör bir o gün nücə olacaq ki, bir-birinizi üzüstə və yardımsız buraxacaqsınız! Əgər o günün böyük qorxusu olmasaydı, anandan, atandan, yoldaşından, uşaqlarından qaçmağın mərdlik və fədakarlıq salılmazdı.”

Əliyev rejiminin apardığı siyasət nə dinimizə sığır, nə adət-ənənəmizə, nədə qanunlarımıza!

Hörmətli xalqım!

Sizi bu cür idarəetmə sisteminə etiraz etməyə, susmamağa çağırıram!

 

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 21.04.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: