Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ramil Usubov bu alçaqlıqlarla nəyə nail olmaq istəyir? (3 fotofakt və 5 səs yazısı)

1418645552_viBildiyiniz kimi ailə üzvlərin ötən ilin may ayında Bandotdel (Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi) tərəfindən oğurlanaraq, 3 gün təziqlərə məruz qalmışdılar. Eyni zamanda Ramil Usubovun göstərişi ilə həmin idarənin  şərəfsiz, ailə qədri bilməyən bir əməkdaşı mənimlə telefon vasitəsi ilə danışığa çıxaraq, ailə üzvlərim onların əlində girov olmasını və onları məhv etməklə, əxlaqsız vəziyyətdə şəkillərini yaymaqla, məni hədə-qorxu etmişdir. Məndə onun bu danışıqlarını yazaraq, ictimailəşdirdim və hər bir səs yazısının bir nüsxəsinidə Daxili İşlər Nazirliyinin email poçt ünvanına (info@mia.gov.az) göndərdim.

Lakin həmin ictimailəşdirdiyim səs yazısına nazirlik heç bir reaksiya verməməsi məndə tamami ilə əminlik yaratdı ki, şəxsən nazirin özü mənimlə belə bir alçaqcasına danışığın tərəfdarı olmuşdur. Nazirlikdən reaksiya olunmaması dursun bir qırağa, həmin əməkdaş və idarənin rəis müavini tərəfindən dəfələrlə mənə həmin videoların silinməsi ilə bağlı hədə qorxular göndərildi, hətta bir dəfə anamla, bacımı həmin idarayə yenidən apazdıraraq, hədə-qorxu edib, nəticədə ailəmin məndən imtina etməsinə qədər nail oldular.

Mənə maraqlı olan budur ki, Ramil Usubov belə bir alçaqlıqlar etdirməklə, vicdan əzabı çəkirmi?  İlk öncə mən hər zaman insana özümdə olan xüsusiyyətlə qiymət verirəm: özüm hansısa yanlış hərəkət etmiş olsam, xüsusəndə kiminsə həyatı ilə oynasam, vicdan əzabını qoyaq qırağa, özümə onu bağışlamaram. Ramil Usubovun etdikləri cinayətləri xatırladıqda düşündüm ki, bu insanın əlində onlarla günahsız  insanların qanları damcılayır, belə insanda hansı vicdan əzabı ola bilər…?

Belə bir insanın özünə uyğun Bandotdel adı altında cinayətkarlar yuvası və özünə uyğunda Rüstəm kimi mənəviyyatsız işçiləri olması təsadüfi deyildir.

Bandotdelin əməkdaşı olan Rüstəm adlı şərəfsizin səs yazılarına hər qulaq asdıqda, bunların hansı şərəfsizliklərə qadir olmalarını xatırlayır, bunlarla çiyin-çiyinə xidmət etdiyim günlərə lənət diləyirəm. Sanki bunların damarlarında erməni qanı axır və bizləri düşmanları görərək, ancaq bizi əzməyə, qanımızı belə içməyə hazır olduqlarını görürəm.

Bu şərəfsizin hədələrinə diqqətlə qulaq asdıqda insanın bircə sualı yaranır: Görən bu danışan şərəfsiz polis əməkdaşıdır yoxsa qanqster?

Tural Məhərrəmov

Ramil Usubov bu alçaqlıqlarla nəyə nail olmaq istəyir? (3 fotofakt və 5 səs yazısı)” üzərində bir şərh

  1. Serkan
    19.04.2016

    Şerefsizlik yegin bu cür olur bundan o yanası da yegin üze çıxmayanlardır

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 18.04.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: