Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İnterpol barəmdə olan axtarışı dayandırdı…

 

img_20130403_164203Hörmətli həmvətənlərim, sevimli oxucularım!
Nəzərinizə çatdırıram ki, uzun müddətdir apardığım qarışılıqlı yazışmaların nəticəsində mərkəzi Fransanın Leon şəhərində yerləşən İnterpol aprel ayından mənim haqqımda axtarışı öz rəsmi web səhifəsindən çıxarmışdır.

Belə bir mühüm fakt mənim günahsız olduğumu bir daha təsdiq etdi. Bir daha subut olundu ki, Azərbaycanda mövcud olan cinayətkar hakimiyyət  mənə qarşı yönəltdikləri saxta ittihamları tamamilə qərəzli və sübutsuzdur.

Məlumat üçün qeyd edim ki, İsveç Krallığının Ali Məhkəməsinin 16.04.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Hökümətinin İsveç Krallığından mənim ekstradiya olunmağımla bağlı tələbi də rədd edilmişdir (burada oxuya bilərsiz).

Bir sözlə bu hakimiyyət özünü gülünc vəziyyətə qoyub. Bunlar anlamırlar ki, insanı axtarışa verməklə subut edirlər ki, bu insan hakimiyyət tərəfindən təqib olunur.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyanın 1-ci maddəsinə əsasən “qaçqın” terminin ümumi məzmununa görə irqi, dini, vətəndaşlıq əlamətlərinə, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunmasına tamamilə əsaslandırılmış təhlükə yarandığı üçün vətəndaşı olduğu ölkədən kənara çıxan və bu ölkənin müdafiəsindən istifadə edə bilməyən və ya bu təhlükələr səbəbindən belə müdafiədən istifadə etmək istəməyən; və yaxud müəyyən bir ölkənin vətəndaşlığına malik olmayan və belə hadisələr nəticsində özünün ilkin adi yaşayış yerinin mənsub olduğu ölkədən kənara çıxan, bu cür təhlükələrin qorxusundan ora qayıda bilməyən və ya qayıtmaq istəməyən” hər bir şəxsə şamil edilir.

Dəyərli dostlarıma və oxucularıma  bir məlumatı da çatdırıram ki, mən bundan sonra öz doğma diyarım Azərbaycandan başqa dünyanın digər dövlətlərinin ərazisinə sərbəst gedib- gələ biləcəyəm. Niyə məhz Azərbaycandan başqa? Çünki Azərbaycanın cinayətkar hökuməti hələ də, mənə qarşı açdıqları uydurma cinayət işi ilə bağlı axtarış dayandırılmamışdır.

 

Tural Məhərrəmov

 

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 17.04.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: