Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

HƏBSDƏKİ GENERAL DİRƏNİŞ GÖSTƏRİR! – Vəli Ələsgərovun istintaqından yeni şok məlumatlar

Sabiq MTN rəhbəri “yaddaş kartının” yerini demir; qardaşının obyektindən silah tapılıb.

veli-nax-mtn-sedr-e1458503066346

Ləğv olunmuş Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri, hazırda həbsdə olan general-leytenant Vəli Ələsgərovun istintaq işindən yeni məlumatlar var.

“AzPolitika.info” əldə etdiyi məlumata görə, keçmiş nazirin istintaqçıları və Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları keçmiş nazirin əlində olan kompromat materialları əldə etmək üçün bütün güclərini səfərbər etsələr də, hələ ki, bir nəticə yoxdur. V.Ələsgərov Naxçıvan MR rəhbərliyinin izlənilməsi, gizli dinləmə və çəkilişlər, həmçinin digər vasitələrlə topladığı kompromat materialların, telefon danışıqları və videoçəkilişlərin saxlandığı “yaddaş kartı”nın yerini deməkdən imtina edir. Bu materialların bir nüsxəsinin Bakıya – Eldar Mahmudova ötürüldüyü istintaq yolu ilə sübut olunsa da, V.Ələsgərov belə bir fəaliyyətlə məşğul olduğunu və əlində Naxçıvan rəhbərliyinin əleyhinə kompromatlar olduğunu israrla danmaqda davam edir. Lakin istintaqçılar əmindirlər ki, V.Ələsgərov illərlə topladığı materialları “yaddaş kartı”na köçürüb və hardasa saxlayır.

Xatırladaq ki, V.Ələsgərov MR rəhbərini və onun ailə üzvlərini dinləməkdə, mütəmadi olaraq onlarla bağlı Bakıya – Eldar Mahmudova dosyelər ötürməkdə şübhəli bilinir. Bu məsələlər Eldar Mahmudovun MTN-dən uzaqlaşdırılmasından sonra üzə çıxıb. E.Mahmudovdan sonra V.Ələsgərov da işindən uzaqlaşdırılaraq nəzarət altına alınıb, bugünlərdə isə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Sabiq nazirə qarşı rəsmi hansı ittihamların irəli sürüldüyü barədə ictimaiyyətə məlumat verilməyib.

V.Ələsgərov vəzifəsindən uzaqlaşdırılandan sonra onun biznes fəaliyyəti ilə məşğul olan qardaşı Əli Ələsgərova da cinayət işi açılıb. Son məlumatlara görə DTX əməkdaşlarının apardıqları axtarış zamanı Ə.Ələsgərova məxsus obyektdə seyfdən “Makarov” tipli silah tapılıb.

“AzPolitika”

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 16.04.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: