Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Yetər artıq: Qarabağı siyasi alətə çevirdiyiniz!

Qarabag-xerite-map-karabakhİlk öncə onu bildirim ki, “torpaqları qaytardıq” adı altında əliyev rejiminin yalançı oynu sadəcə 100 nəfərə yaxın gənc zabit və əsgərlərimizin həyatını itirməklə yaddaşlarımızda qalacaq.

 Azərbaycanın cinayətkar hakimiyyəti həmişə Qarabağ problemində siyasi alver kimi yararlanıb.  Bu hakimiyyət ölkədə baş verən qlobal yoxsulluq və böhranın fərqindədir. Xalqın başını nəyəsə qatmaq lazım olduğunuda bilirlər. Ona görədə əliyev rejimi Rusiyayla razılığa gəlib belə bir oyuna baş vurdu. Ərazi azad edilməsi və ya hər hansı mövqeylərin bombalanması sadəcə xalqın başını qatmaq məqsədi daşıyır.

Nəyə görə adını Ali Baş Komandan qoyan şəxsdən soruşmur ki, müharibə adı altında sənin bu oynunda niyə bir məmur oğlu həyatını itirmədi? 100 nəfərə yaxın şəhid verdik bu şəhidlərin siyahısında nəyə görə bir məmur övladının adı hallanmır?

Hər kəs bilir ki, İlham Əliyevin bu oyununun əsas məqsədlərindən biri də Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mövqeyini bərkitmək idi. Belə ki, Putin dünyaya göstərmək istəyir ki, bütün post sovet ölkələrində baş verən hadisələrin qızışdırılmasıda, sakitləşdirilməsidə bu şəxsin əlindədir. Eyni zamanda Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabaq ərazisinə Rusiyanın sülhməramlı adı altında qoşun yeritmək istəməsi bir başa onu göstərir ki, bu ərazi tam şəkildə Rusiya Federasiyasının növbəti əyalətlərindən birinə çevriləcəkdir. Eyni vəziyyət Krım, Abxaziya, Osetiya, Dombasda olduğu kimi Qarabağıda bu siyahıya əlavə edəcəklər. Yəni İlham Əliyevin yürütdüyü yarıtmaz siyasət nəticəsində tam şəkildə Qarabağı Rusiyanın nəzarətinə çevrilməsinə şərait yaratmış olacaqdır.

Rusiya Suriyada, Ukrainada keçirdiyi hərbi əməliyyatlarla qərbə açıq mesaj verdi ki, yaxın şərqdə güclü hələ mənəm. Qarabağ məsələsində təxirəsalınmaz görüşlər keçirdərək Cənubi Qafqazdada hökm sürməsini qərbə bir daha xatırlatdı.

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 07.04.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: