Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Britaniya mətbuatı əliyevlərin ofşor zonasındaki yeni milyardlarını ifşa etdi

20141226112145-40993-7Britaniya qəzetləri Panama sənədlərində Azərbaycan prezidenti və onun ailəsinin biznes fəaliyyətləri  əks olundunan materiallar yayıb.

Videoya bax…

The Guardian” qəzeti dünya mətbuatında artıq “Panama Papers” (Panama Sənədləri) kimi tanınan sənədlərdən bəzilərinə istinadən yazır ki, Azərbaycanın birinci ailəsinin gizli ofşor şirkətlərini qurmasında ona Londondakı hüquq firmalarından biri kömək edib.

Məqalədə deyilir ki, Azərbaycan prezidentinin qızları üçün Britaniyanın Vircin adalarında yaradılmış məxfi ofşor şirkəti Birləşmiş Krallıqda milyonlarla funt sterlinq dəyəri olan mülklərin alınmasını təşkil edib.

Əlavə olaraq bu da qeyd olunur ki, sızmış sənədlərə görə, ölkədə və ölkə xaricində geniş reklam olunan Leyla və Arzu Əliyevalar Exaltation Limited adlı şirkətin səhmdarlarıdırlar.

2015-ci ilin aprelində qeydiyyatdan keçmiş bu şirkətin məqsədi olaraq “Britaniya mülklərinə sahiblik” göstərilib. Şirkətin yaradılmasında köməkçi olan Child & Child hüquq firması yanlış olaraq “bu iki qadının siyasi əlaqələrə malik olmadıqlarını” bəyan edib.

“The Guardian” yazır ki, bundan əvvəl Leyla Əliyevanın Londonun şimalındakı Hampstead Lane küçəsində 17 milyon funt sterlinqlik malikanəyə sahib olduğu bilinirdi.

Sızmış sənədlərdən bəlli olur ki, o yeni ofşor şirkətini 2015-ci ildə əri Emin Ağalarovdan boşanma prosesində olduğu vaxtlarda açıb. Ər-arvad Londonda olduqları vaxtlarda şəhərin məşhur Hyde Park parkına baxan dəbdəbəli çardax mənzilində yaşayırdılar.

Londonun lüks məhəlləsində mənzillənən Child & Child firması, “Exaltation Ltd” şirkətini Əliyeva bacılarının adından PanamanınMossack Fonseca şirkətindən alıb.

Başqa bir londonlu vəkil – Derrick French Azərbaycanın birinci ailəsinə məxsus gizli fond yaradılmasında iştirak edib. Onun Derrick French & Co şirkəti Azərbaycanın ən böyük biznes şəbəkələrindən biri olan Ata Holdinqdə əsas səhm payına nəzarət edən Panama tresti UF Universe Foundation adlı şirkətin yaradılmasını təşkil edib.

Sənədlərə əsasən ehtimal etmək olur ki, 2003-cü ildə yaradılmış Ata Holding-in birinci sahibi Azərbaycanın vergilər naziri Fazil Məmmədov olub. Onun nəzarət səhm paketinin qiyməti 600 milyon dollar təşkil edir.

2005-ci ilə aid sənədlər, Məmmədovun iki böyük bank, tikinti şirkətləri və Bakıdakı beşulduzlu Excelsior otelinin də daxil olduğu Ata holding-ini prezident Əliyevin üç övladı ilə bölüşməyi planlaşdırdığını göstərir.

Qəzet yazır ki, “baş vergiyığan” Məmmədovun hakim ailə ilə hansı bağlara malik olduğu indiyədək bilinmirdi.

Bu da qeyd edilir ki, Məmmədov Ata Holding-də marağa malik olduğunu heç vaxt bəyan etməyib.

Məqalədə deyilir ki, bütün bu əməliyyat İngiltərədə qeydiyyatdan keçmiş FM (Fazil Məmmədov) Financial Management Holding (UK) Ltd tərəfindən həyata keçirilməli idi. Bu şirkətin 75 faiz səhmlərinə Ata Holding-in sahib olduğu bəlli idi.

Vəkil French qəzetin sorğusuna cavab olaraq yalnız bunu bildirib ki, FM azərbaycanlıdır.

“The Guardian” yazır ki, 2005-ci ildə Mossack Fonseca-ya göndərilmiş sənədlərdən FM-in Fazil Məmmədov olduğunu da söyləmək mümkündür.

Vəkil French Londondakı ofisində UF Universe Foundation şirkətində nəzarətin dəyişdiyinə dair sənədləri hazırlayıb. Yeni mənfəətdarlar Leyla və Arzu və onların o vaxt 7 yaşında olan qardaşları Heydər olmalı idilər. Onların bu şirkətdəki marağı 50 faiz olmalıydı. Onların anası Mehribana məxfi “hami” funksiyası verilirdi. Digər “hami” Məmmədov olmalı idi.

Sənədlərə görə, bu şirkətdə Məmmədovun özü şəxsən 30 faizlik mənfəətdar kimi yazılmışdı. Ata-nın sədri Ahmet Erentok-un cəmi 15 faizlik payı vardı. Yerdə qalan 5 faiz daha kiçik mənfəətdarlara gedəcəkdi.

Müqavilələrə görə mənfəətdarların öldüyü halda onların hüquqları 18 uşağa və başqa qohumlara keçməli idi. Bu şəxslərin adları sənədlərdə səliqəli şəkildə təvəllüdləri, ünvanları və onlara çatacaq faizlərlə birlikdə göstərilir. Məmmədovun şəxsən 10 varisi vardı. “The Guardian” bunların bəzilərinin körpə uşaqlar olduğunu yazır.

“The Guardian” qəzetinin dərc etdiyi qrafik pulun iki başqa ofşor şirkəti vasitəsilə Ata-dan prezidentin üç övladına necə ötürülməli olduğunu göstərir. Onlar sənədlərdə “anonim mənfəətdarlar” kimi keçirdilər. Onlara çatan ödənişlər vergidən azad olmalı idi.

UF Universe Foundation 2007-ci ildə yaradılıb, lakin hazırda Leyla və Arzu başqa bir Panama firması Hughson Management Inc. vasitəsilə Ata holdingin əsas sahibləri kimi göstərilirlər.

2007-ci ildə vəkillərin intizam tribunalı French-i “mühüm tənzimləmə tələblərini” yerinə yetirmədiyinə görə səlahiyyətlərindən məhrum edib.

O vaxt özünü müdafiə edən French deyirmiş ki, o “ciddi xəstə” olub və “rəsmi məktubları açmaq fobiyası”ndan iztirab çəkir.

Məqalədə deyilir ki, French sonralar Panama Sənədlərində artıq vəkil yox, “məsləhətçi” kimi peyda olur.

“The Guardian” yazır ki, Əliyevin qızları, Məmmədov və French onun sorğularına cavab verməyiblər.

Azadlıq qazeti

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 06.04.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: