HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Sonuncu əfv fərmanı ilə bağlı qısa bir açıqlama vermək istəyirəm. Hakimiyyət atdığı bu addımı humanizm prisipi kimi gözə soxmasına çalışsada hər birimizə məlumdur ki, bu addımın atılmasına məcbur idi. Lakin yenədə bunlara təqdim edilən əfv siyahısını yarımçıq edilməsi nüfuzlu beynəlxalq təşkilatların gözündən yayınmadı əfvi dərhal yarımçıq əfv kimi dəyərləndirirlər.
Onu da qeyd edim ki, əfv fərmanının Əliyevin ABŞ-a səfəri ərəfəsində verilməsi də təsadüfi deyildir. Çünki Azərbaycanın cinayətkar hakimiyyəti həmişə siyasi məhbus problemindən siyasi alver kimi yararlanıb.
Bunuda xüsusən qeyd etmək lazımdır ki, bu hakimiyyət heç zaman humanist olmayıb! Əgər humanist olsaydı ilk öncə Azərbaycanda bu qədər siyasi məhbus olmazdı, haqqını tələb edənlər represiya yolu ilə ölkədən didərgin düşməzdi, söz azadlığı və sərbəst toplaşmaq azadlığına riayyət olunardı. Xüsusəndə ölkədə azad və ədalətli seçkilər keçirilərdi! Belə bir əfvin verilməsində məqsəd başqadır, cinayətkar hakimiyyət böhran içərisindədir və ölkəni böhran vəziyyətinə salmasının fərqindədir. Bunlar ölkəni böhrandan çıxarmaq üçün yenidən Qərbə üz tutmağa çalışırlar. Intiqam Əliyevin də sonradan məhkəmə yolu ilə həbsdən buraxılması bunun birbaşa nümunəsi idir.
Bunlar nə qədər özlərini tolerant və humanist göstərsələr də bütün dünya bilir ki, Azərbaycanda repressiya maşını hələ dayanmayıb. Bir tərəfdən siyasi məhbuslar o boyda əziyyət verildikdən sonra azadlığa buraxılır digər tərəfdəndə həbslər davam edir. Bu represiya maşınını idarə edən anlamır ki, belə bir siyasətin davamı mənasızdır. Artıq bu üslubla ölkəni idarə etmək dünya tarixindən silinir və bir gün silinənlərin içərisində səndə olacaqsan.
Onu da xüsusən qeyd etmək lazımdır ki, əliyevlərin repressiya dalğası əsasən 2011-15-cü illərdə daha güclü oldu. Əsas səbəb isə dünyada və xüsusəndə ərəb ölkələrində gedən məxməri inqlab buna bais oldu. Ona görə də hakimiyyət belə bir inqilabın qarşısını almaq üçün vətəndaş cəmiyyətinin aktiv olan şəxslərini zərərsizləşdirmək yolunu tutdu. Hakimiyyət bununla məxməri inqilabın qarşısını alacağını düşünür. Lakin anlamır ki, bunula əks-prosesə nail oldu. Ölkə böhran içərisindədir. Hakimiyyət özü yanlış yürütdüyü siyasət nəticəsində ölkədə inqilabi şərait yaratdı.
Tural Məhərrəmov