Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Məmmədovların tifaqının dağıdılmasının sifarişini kim verib?

IMG_0850Sistemin tifaqını dağıtdığı ailələrdən biri. Məmmədovlar ailəsi əsrimizin əvvəllərində Azərbaycanın ən nümunəvi ailələrindən biri idi. Ailə dörd nəfərdən ibarət idi: ata, ana, iki oğul.

Valideynlərin hər ikisi alim idi, Azərbaycan elmlər akademiyasında halalca zəhmətlərilə, min bir əziyyətə qatlaşaraq namizədlik disertasiyaları müdafiə etmişdilər. Pis yaşamırdılar. Novruzəli müəllim gündüzlər akademiyada işləyir, işdən sonra isə evində fərdi şəkildə arzu edənlərə ingilis dili öyrədirdi. Belə arzu edənlərdən biri də mən idim. İngilis dilini öyrənmək arzusu məni bu ailəyə bağlamışdı, evlərində tez-tez olur, ingilis dililə yanaşı ayrı-ayrı mövzularda, xüsusən evlərinin dop-dolu olduğu müxtəlif kitablar barədə münasibətimizi ifadə edirdik.

2007-ci ilin fevralından Məmmədovlar ailəsi Əliyev rejimin hədəfinə gəldi. Bununla bağlı olaraq düz 6 ay Eldar Mahmudovun MTN-inə mən də ayaq döymüşəm. Bütün fikir və zikirləri məndən Novruzəli müəllimin əleyhinə ifadə almağa yönəlmişdi. Hər dəfə bəyan edən də ki, İran mövzusu heç bir vaxt danışığımızın predmeti olmayıb, sanki başlarına bir qaynar qazan su tökürdüm. Özlərindən çıxır, ağla gəlməyən cinayətlərdə ittiham etdici hədələr yağdırır, onlara Novruzəli müəllimin İranın agenti olmağın subut edilməsinin lap yuxarıdan tapşırıldığını və bunu hansı yola olursa-olsun subuta yetrilməli olmalarını dilə gətirirdilər. Prosesdə ən çox adı hallanan şəxslərdən biri də Ramiz Mehdiyev idi. İşi aparan müstəntiq tez-tez ona istinad edir, özlərindən heç nə asılı olmadığını deyirdi.

Novruzəli müəllim bir psixoloji problemi olan və əvvəllər dəlixanada yatan birinin ifadəsilə uzun müddətə həbs edildi və həbsxanada öldürüldü. O, heç bir cinayət törətmədiyini son nəfəsinə qədər dilə gətirdi. Onu sındırmaq üçün iki övladını öldürdülər. Ailə tarı-mar edildi.

Təəssüf ki, Azərbaycan cəmiyyəti o vaxt bir-iki hüquq müdafiəçisi istisna olmaqla azacıq da olsa, Novruzəli Məmmədovun müdafiəsinə qalxmadı. Etiraf edirəm ki, ittihamlar çox ağır idi, irtica isə özünün kulminasiya dövrünü yaşayırdı.

Azərbaycan özünün nümunəvi bir ailəsini, qohum əqraba isə özlərindən çox istədikləri alim oğlunu və onun iki övladını itirdi.

Allah Novruzəli Məmmədova və onun övladlarına rəhmət eləsin. Allah bu qanı yerdə qoymasın!

Ataxan Abilov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 04.03.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: