Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Tanınmış hüquqşünasdan Azərbaycan hakimiyyətinə təklif…

IMG_0850Azərbaycanın indiki ağır iqtisadi durumunda təklif edərdim ki, Milli Məclis adlandırılan Parlament dərhal buraxılsın və onun bir qanunverici orqan olaraq bütün səlahiyyətləri bunları faktiki olaraq daşıyan prezident aparatına həm də hüquqi cəhətdən tapşırılsın.

Məlumdur ki, Milli Məclis sözün düzünə mənasında Azərbaycan dövlət orqanaları sistemində dekarasiya xarakteri daşıyır. Yəni o, faktaloji olaraq dünya ictimaiyyətində “Azərbaycanda da qanunverici orqan vardır” təəssuratının yaradılması üçün mövcüddür.

Əvvəla, Milli Məclis AR Konstitusiyasında yazıldığı kimi seçilmir, faktiki olaraq icra hakimiyyəti tərəfindən təşkil edilir. Təcrübə göstərir ki, prezidentin razılığı olmadan kimsənin parlamentə düşməsi mümkün olmamışdır. Məncə bunun xüsusi olaraq heç bir subuta ehtiyacı yoxdur. Hətta prezident İlham Əliyev 29 yanvar 2016-cı ildə keçirilən bir qrup gənc ilə görüşündə də, bəlkə də mənasına varmadan, birbaşa etiraf etdi ki, onun və atası Heydər Əliyevin dövründə formalaşan parlament çağırışları məhz icra hakimiyyəti tərəfindən formalaşdırılıb. Əks təqdirdə o, parlamentdə təmsil olmanı hökümətlə iş birliyində olmaq kimi qələmə verməklə, bundan öz opponentini aşağılamaq üçün arqument kimi istifadə etməzdi.

İkincisi, Milli Məclisin son 23 ildəki fəaliyyəti təhlil edilərsə, məlum olar ki, onun heç bir müstəqil mövqeyi olmayıb. Azərbaycan parlamentində qəbul edilən qanunların mütləq əksəriyyətinin lahiyələri Prezident Aparatından daxil olur və onların müzakirəsi “xala, xətrin qalmasın” deyə aparılır, sonda məmunca olduğu kimi qəbul edilir. Azərbaycan parlamentinin prezident aparatından fərqli mövqe nümayiş etdirmə ilə bağlı bircə dənə də olsun fakt yoxdur. Əlbəttə iddia edilə bilər ki, hər iki orqan YAP-nın nəzarəti altındadır və bu məhz belə olmalıdır. Prinsipial siyasi məsələlərlə bağlı bununla bəlkə də nəzəri cəhətdən razılaşmaq olar. Amma fərqli mövqeylə nəinki siyasi, heç texniki, hüquqi və s. məsələlərlə bağlı da ortada bircə nümunə yoxdur. Bu onun göstəricisidir ki, Milli Məclis faktiki olaraq nəinki dövlət hakimiyyətinin hansısa qolu funksiyasını daşıyır, onun hətta beşinci təkər olma şansı mübahisəlidir.

Belə olduğu təqdirdə sual olunur: Azərbaycanın indiki ağır iqtisadi durumunda Milli Məclis kimi nəhəng bir aparata hər ay milyonlarla vəsait xərcləməyə dəyərmi?

Ölkədə demokratik mahiyyət daşıyan təsisatlar yoxdur. Ən adi insan hüquq və azadlıqlarına hörmət qoyulmur. Ölkə avtoritar inzibati metodlarla idarə olunur. Ali dövlət icra strukturlarında korrupsiya və rüşvətxorluq və bu istiqamətdə mütəşəkkil cinayətkarlıq (keçmiş MTN-nin iş metodu və orada baş verənlər bu və ya digər formada digər strukturlarda bu gün də davam edir) hökm sürür. Bunların hər hansı birinin Milli Məclisdə müzakirəsi qeyri-mümkündürsə, onun varlığı və yoxluğu əhali üçün heç bir əhəmiyyət kəsb etmirsə, Milli Məclis üzvünün icra strukturları qarşısında bir qəpiklik hörməti yoxdursa (axırıncını deputatların özləri deyir), bu boyda nəhəg bir aparatı saxlamağa dəyərmi? Bu aparat xalqın boynunda oturub, mənasız yerə dövlət büdcəsindən maliyələşdirilir. Bununla dövlət büdcəsi həy ay milyonlarla vəsait itirir.

Ona görə də Milli Məclisin buraxılması və qanunverici orqan olaraq onun fəaliyyətinin ölkədə demokratik təsisatlar qurulana qədər dayandırılması günümüzün ən vacib və düzgün addımlarından biri olardı…

Ataxan Abilov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 30.01.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: