Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

AzTV yə çıxarmaq üçün Hacı Talehə işgəncənin hər növünü edirlər…

 

11028005_1489731464657900_2253811744733830712_nGör bu miskin aşiqi sərpa soyarlar, ağrımaz” (Nəsimi).

İki aydır, yenə azərbaycanlı aşiq diri-diri soyulur. Özü də Samirədə yox, Bakıda, öz evimizdə! Düz iki aydır! İki aydır, qanunsuz olaraq, o, “bandotdel“də saxlanılır. Ağlagəlməz işgəncələr verilir. Daxili orqanlarının neçəsi və nə cür sıradan çıxarılıb,bilmirik.

Neçə sümüyü qırılıb, o da naməlum.

Qanun yol versə də, evi ilə, körpə balaları ilə bir kəlmə danışmasına icazə vermirlər. Qanuna da zülm edirlər, Tale Bağırzadəyə də.

Onun üçün yemək, paltar götürülmür. Davamlı işgəncə altında saxlandığı barədə söz söhbətlər hər gün artmaqdadır. Deyirlər, onu elektrikə verib, öz əleyhinə ifadə almaq, AzTV–yə çıxarmaq istəyirlər, hələ ki, bacarmırlar. Amma nə qədər dözə biləcək? Bilmirəm. Asan deyil. Barmağınıza bir tikan batanda ciyərinizin necə yandığını birdüşünün, bu aşiqin isə sözün hər iki mənasında, ciyərləri parçalanıb.

Və bu dəhşət bizim gözümüzün qabağına baş verir! Hamımız bu dəhşəti unutmaq istəyirik. Unudulasıdırmı?

Bu gün fədakar vətənsevər Tale Bağırzadənin günahsız yerə, 3-cü dəfə həbsəatılmasının iki ayı tamam olur.

Təkcə həbs günü baş verənlər yox, ondan əvvəl və sonra güc strukturlarının davranışı Tale Bağırzadənin günahsızlığını sübut edir.

İşgəncələr, vəkillə görüş imkanının məhdudlaşdırılması, heç bir açıqlama verilmədən “Bandotdel“də saxlanılması, ailə üzvlərilə görüş verilməməsi, evə zəng etmək hüququnun əlindən alınması, sovqat, geyim qəbul edilməməsi… Sizcə bütün bunlar qərəzin əlamətləri deyilmi? İki aydır gərgin zəhmətə, montaj–şantaja baxmayaraq, güc orqanları 7 vətəndaşımızın həyatına son qoyan o səriştəsiz əməliyyatın videosunu ortaya çıxara bilmirsə, deməli, çox da düşünməyə ehtiyac qalmır.

azererurotimes.com

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 29.01.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: