HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Saytın elektron poçtuna daxil olmuş məktubda deyilir ki, Nardaran qəsəbəsində yaşayanlar acınacaqlı vəziyyətdədir. Neçə evə su gəlmir. Insanlar soyuqdan xəstələnib, dərman almağa, həkimə getməyə pulları yoxdur. Maddi baxımdan vəziyyət çox çətindir. Insanlar təkcə çörəyi güclə alırlar. Camaat açıq-aşkar ölümə doğru gedir. Hamı qəm-qüssə içindədir, nə edəcəklərini və dərdlərini kimə deyəcəklərini bilmirlər.
Şəhərə gedən marşrutlar əvvəl Ziyarətgahın qarşısına qədər işləyirdi. Camaat işə, uşaqlar da dərsə rahat gedib gəlirdilər. Amma avtobuslar indi Nardaranın girəcəyinə qədər buraxılır. Əhali də məcburdur işə getmək üçün ən azı, iki kilometr yolu bu soyuqda piyada getmək məcburiyyətindədirlər.
Bir sözlə hakimiyyət Nardaranda yaşayanları məhv etmək qərarına gəlib. Sanki bu ərazidə yaşayanlar ermənilərdir… 23 il ərzində bir qarış torpağı ermənilərdən azad edə bilməyən hakimiyyət bugün Nardaranı blokadada saxlayaraq, bu bölgədən olan şəxsləri düşman elan edib. Əlbətdə, bu belədə olmalıdır! Ölkənin başında oturanın qanında erməni qanı olduqda, nəinki Nardaran bir az sonra bu hakimiyyətin getməsini istəyən hər bir bölgə blokadada olacaq!
Tural Məhərrəmov