Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ölkə tam iflasa doğru gedir…

socarAzərbaycanda neft hasilatının maya dəyəri 25 dollardan aşağıdır. Bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun İsveçrənin SRF kanalına bildirib: sitat “Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir”. Çox maraqlıdır. Daha doğrusu, maraqlı etirafdır.

Çünki hasilatın xərcinin üstünə nəqliyyat xərclərini əlavə etsək görürük ki, Azərbaycan neftinin bir barreli 30-35 dollara başa gəlir. Dünya bazarında neftin bir barreli isə 30 dollardır. Deməli, Azərbaycan prezidenti 30 dollar maya qoyub neft çıxardır və onu bazarda 30 dollara satır. Yaxşı alverdir, aldım qoz, satdım qoz…Bu qədər əziyyətə dəyərmi? Neft hasilatını davam etdirməyin mənası varmı? Yox, mənası yoxdur.

Bu fakt Azərbaycan hökumətinin ilişdiyi böhranın təxmin edildiyindən daha dərin və daha mürəkkəb olduğunu göstərir. Əslində bu, iflasdır. 22 illik soyğunçuluq Azərbaycanı iflasa çatdırıb və hökumətin bu bataqlıqdan çıxmaq üçün nə səriştəsi, nə planı, nə də həvəsi var. Oliqarxiya rejimi taladığı milyardları ölkəyə qaytarmaq əvəzinə, xalqın son qəpiyini soyub böhrandan çıxmağa üstünlük verir. Daxili qoşunların köməyi ilə…Amma əbəs yerə…

Mirzə Xəzər

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 26.01.2016 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: