HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Azərbaycanda neft hasilatının maya dəyəri 25 dollardan aşağıdır. Bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun İsveçrənin SRF kanalına bildirib: sitat “Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir”. Çox maraqlıdır. Daha doğrusu, maraqlı etirafdır.
Çünki hasilatın xərcinin üstünə nəqliyyat xərclərini əlavə etsək görürük ki, Azərbaycan neftinin bir barreli 30-35 dollara başa gəlir. Dünya bazarında neftin bir barreli isə 30 dollardır. Deməli, Azərbaycan prezidenti 30 dollar maya qoyub neft çıxardır və onu bazarda 30 dollara satır. Yaxşı alverdir, aldım qoz, satdım qoz…Bu qədər əziyyətə dəyərmi? Neft hasilatını davam etdirməyin mənası varmı? Yox, mənası yoxdur.
Bu fakt Azərbaycan hökumətinin ilişdiyi böhranın təxmin edildiyindən daha dərin və daha mürəkkəb olduğunu göstərir. Əslində bu, iflasdır. 22 illik soyğunçuluq Azərbaycanı iflasa çatdırıb və hökumətin bu bataqlıqdan çıxmaq üçün nə səriştəsi, nə planı, nə də həvəsi var. Oliqarxiya rejimi taladığı milyardları ölkəyə qaytarmaq əvəzinə, xalqın son qəpiyini soyub böhrandan çıxmağa üstünlük verir. Daxili qoşunların köməyi ilə…Amma əbəs yerə…
Mirzə Xəzər