HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Bugün mətbuatda oxudum ki, Ramil Usubov Yevlax rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinini vəzifəsindən azad edib, Qazax rayon Polis Şöbəsinə rəis təyin edib.
Əvvəllər də bu şəxsin hansı “yuvanın quşu” olması barədə bir neçə məqalələr yazmışdım.
Bu şəxs Yevlax rayonuna təyin olunduğu gündən Yevlax rayonunda bütün faişəxana fəaliyyəti ilə məşğul olan restoranlar açıq şəkildə fəaliyyətə başlatdırdı. Sonradan narkotiklərin dövriyyəsinidə əlinə cəmləşdirib, Yevlax şəhərini narkotiklərin açıq bazarına döndərmişdir.
Şöbədə baş verən bütün alçaqlıqlar bunun əli edilirdi. Hər zaman özünü kənarda tutmasına baxmayaraq, hər kəs bilirdi ki, bu alçaqlığın başında Natiq Həsənov durur. Bir sözlə bu insan puldan ötəri hər şeyə qadir olan birisidir. İndidə Ramil Usubov belə şərəfsizi Qazax rayonuna rəis təyin edib.
Çox təəsüflə qeyd edim ki, Azərbaycanda polis rəislərinin çoxu bu kimi keyfiyyətlərinə görə irəli çəkilirlər. Hər kəs bilir ki, hansı polis işçisi alçaqlığı ilə tanınır onun vəzifədə yüksəlmək şansı yüksəkdir. Ramil Usubovun kadr siyasəti bundan ibarətdir!
Tural Məhərrəmov