HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Interpol Təfəkkür Universitetinin Kiyev filialının rektoru olmuş, hal-hazırda Almaniyada mühacir həyatı yaşayan Riyad Əliyevin saxta ittihamlarla interpol xətti ilə beynəlxalq axtarışa verilməsini bugündən dayandırıb.
Belə bir hal keçmiş millət vəkili, hal-hazırda Almaniyada mühacir həyatı yaşayan Hüseyn Abdullayevdədə baş vermişdir. Belə ki, o da interpol xətti ilə axtarışa verilib və sonradan interpol həmin axtarışı ləğv etmişdir.
Bundan başqa məni interpol xətti ilə axtarışa verib, İsveç hökümətindən mənim ekstradisiya olunmağımı xahiş etmişdilər. Nəticə: İsveç Höküməti Azərbaycanın xahişini rədd etdi (burada oxuya bilərsiz).
Bir sözlə bu hakimiyyət özünü gülünc vəziyyətə qoyub. Bunlar anlamırlar ki, insanı axtarışa verməklə subut edirlər ki, bu insan hakimiyyət tərəfindən təqib olunur.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyanın 1-ci maddəsinə əsasən “qaçqın” terminin ümumi məzmununa görə irqi, dini, vətəndaşlıq əlamətlərinə, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunmasına tamamilə əsaslandırılmış təhlükə yarandığı üçün vətəndaşı olduğu ölkədən kənara çıxan və bu ölkənin müdafiəsindən istifadə edə bilməyən və ya bu təhlükələr səbəbindən belə müdafiədən istifadə etmək istəməyən; və yaxud müəyyən bir ölkənin vətəndaşlığına malik olmayan və belə hadisələr nəticsində özünün ilkin adi yaşayış yerinin mənsub olduğu ölkədən kənara çıxan, bu cür təhlükələrin qorxusundan ora qayıda bilməyən və ya qayıtmaq istəməyən” hər bir şəxsə şamil edilir.
Bugünlərdə də Azərbaycan Baş Prokurorluğu belə bir məlumat yaydı ki, İnqlab Kərimov barəsində axtarış elan edilib. İnqlab Kərimov Fransada siyasi mühacir statusu alıb. Siz bu ağılsızlığı etməklə hansı nəticə əldə edəsiniz? Mənə o maraqlıdır… Yuxarıda sadaladığım şəxslər barədə nə əldə etmisizsə, elə bu şəxs barəsindədə onu əldə edəcəksiniz.. Bunu özünüzdə gözəl bilirsiniz! Sadəcə özünüzü gülünc vəziyyətə qoymaqdan xoşhallanırsınız.
Dünya qarşısında özünüzü gülünc vəziyyətə qoymaq bir kənara, Azərbaycanımızın adını ləkələyirsiniz… Bəsdirin Azərbaycanın adına ləkə gətirdiyiniz!
Bilin ki, siz bunları etməklə, bizi burada zəiflətmək əvəzinə, dahada gücləndirir və etibarımızı yüksəldirsiniz!
Tural Məhərrəmov