HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Fransada mühacir həyatı yaşayan Inqlab Kerimov barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 214-2-ci (Terroçuluğa açıq çağırışlar) maddələri ilə cinayət işi başlanmışdır. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb. Məlumatda o da qeyd olunub ki, İnqlab Kərimov axtarışa verilib.
Mən hesab edirəm ki, bununla da Kriminal Hakimiyyət onun mübarizəsinin effektliyini subut etdi.
Əziz mübariz qardaşlar!
Təklif edirəm İnqlab Kərimovun çəkdirdiyi şəklin birinidə biz çəkdirəyin və eyni statusu bizdə yazağın, hamını versinlər axtarışa.
Guya məni verib nə əldə etdilər ki, İnqlab Kərimovuda verib nəsə əldə edələr?
Onuda qeyd edim ki, hal hazırda mühacirlərdən Riyad Əliyev və Tural Məhərrəmov (yəni mən) rəsmi olaraq interpolun axtarışındadırlar.
Tural Məhərrəmov