HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Etibarlı mənbədən daxil olmuş məlumamta görə Hacı Tale hələdə “bandotdeldə” qanunsuz olaraq saxlanılır. Məlumat üçün qeyd edim ki, Cinayət Prosesual Qanunvericiliyinə görə 48 saatdan artıq müstəntiqin səlahiyyəti yoxdur saxlanılan şəxsi həbsdə saxlasın. Lakin bildiyiniz kimi Azərbaycanda şah qanun olduğundan, qanunu heçə sayaraq Hacı Tale Bağırzadə barədə həbs qətiimkan tədbiri seçilmədən Bandotdeldə saxlanılır.
Bundan başqa bildirilir ki, işgəncələr zamanı Hacı Talein burnunu vurub qırıblar. Bandotdelin işgəncə növlərindən biri olan ayağının altına gündəlik döyüllər. Buna görə Hacı Tale yeriyə bilmir və onu məhkəməyə məhz buna görə apara bilmirlər.
Mənə maraqlı olan odur ki, Hacı Tale azadlıqda olduqda, minlərlə mömin qardaşları onun başına yığışıb, ona dəstək olurdular. Bugün onlar hara yoxa çıxıblar? Nəyə görə qalxıb qardaşlarına Bandotdeldə verilən işgələrə yox demirlər? Bundan ötəri onlara yol göstərən Hacı Talehmi lazımdır?
edaletsizlik.com