Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

ŞOK XƏBƏR. Nardaranda 2 polis işçisi öz yoldaşlarının güllələməsi ilə bağlı yeni müraciət… 2-ci hissə

4CF3D4C1-0F5E-4473-ADB4-880CACB1C7D7_w900_sVəli Rzayev şərti adı altında bir polis zabiti  saytın elektron poçt ünvanına (info@edaletsizlik.com) Nardaranda baş vermiş hadisə ilə bağlı daxili İşlər nazirinin ünvanına 2-ci geniş izahlı müraciət ünvanladı. 14.12.2015-ci il tarixdə bu şəxsin bir müraciətini  təqdim etmişdik.

Həmin müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:

Bu dəfə mən sizə sadəcə adınızla müraciət edirəm. “Cənab” və “nazir” sözünü sizə yaraşdırmıram. Çünki Ramil Usubov siz cinayətkarsınız.

1 ay əvvəl mən sizə müraciət etdim. Hətta DİN-in elektron poçt ünvanına məktub göndərdim. Mən sizdən xahiş etdim ki, Azərbaycan polisinə hörmət əlaməti olaraq Nardaran hadisələrinin əməliyyat çəkilişini ictimayyətə təqdim edəsiniz. Xahişimiz yerinə yetirilmədi. Azərbaycan polisinə qoyduğunuz hörmət budurmu?
Polis əməkdaşlarımızın öldürülməsiylə bağlı ehtimallarımız doğru çıxmış kimi görünür.

Xüsusi QEYD: Ramil Usubov, Nardaran əməliyyatının video çəkilişini təqdim etməməyiniz, həbs olunan Nardaran sakinlərinin və yaralanan şəxslərin xüsusi izolyasiya rejimində tam 100 faiz təcrid olunmuş vəziyyətdə saxlanılması, vəkillə görüşə icazə verilməməsi, məhbus yox əsir kimi saxlanılması bir daha bizə əsas verir düşünək ki, nardaranlıların silahı olmayıb və siz törətdiyiniz qətliamın sirlərinin ictimayyətə çıxmasından ehtiyatlanırsınız.

“Öldürülən polislərin yerində məndə ola bilərdim” fikri hər bir polis işcisini narahat etməyə bilməz. Bununlada hakimiyyət polisin yanında etibarını itirmiş halına gəldi. Nardaran əməliyyatından sonra biz polis işciləri anladıq ki hakimiyyət öz çirkin niyyətinə çatmaq üçün istənilən polis işcisini qurban verə bilər. Nardaran əməliyyatının məsuliyyəti sizin üzərinizdədir. Polis əməkdaşları və 5 nəfər dinc sakin sizin göstərişinizlə öldürülüb. Əməliyyat öncədən belə planlaşdırılıb.
Ramil Usubov bildiyimə görə siz əslən Xocalıdansiz. Xocalı qətliamı xalqımızın qan yaddaşıdır. Qırğını törədənlər xalqımızın bağışlanmaz düşmənləridir. Amma siz Ramil Usubov Azərbaycan xalqına 2 dəfə artıq düşmənsiz. Çünki sizin əliniz Azərbaycan xalqının qanına batdı. Siz qatilsiniz. Xalqımız bunu unutmayacaq. Buna görə siz mütləq cavab verəcəksiniz. Sizin başcılıq etdiyiniz Nardaran əməliyyatında 7 nəfər Azərbaycan oğulları öldürüldü.Ailələri başsız qaldı. Nardaranlıların silahlı olmağını sübut etmək üçün 7 ailəni başsız qoymağa lüzum yox idi. Əməliyyatı başqa cürdə planlaşdırmaq olardı. Ramil Usubov artıq sizin şəxsiyyətiniz bizə bəllidir. Siz tarixdə qatil nazir kimi həkk olundunuz.
Ramil Usubov unutmayın ki Azərbaycan xalqı və biz polislər qeyrətimizi itirməmişik və heçdə sizin düşündüyünüz kimi avvam deyilik. Hər şeyi çox yaxşı anlayırıq.
Sözümün sonunda demək istəyirəm ki sizə olan sonsuz nifrətimizi bir gün əməlimizdə görəcəksiniz və Azərbaycan polisinin silahları fürsət düşən kimi mütləq sizə və hakimiyyətə tərəf çevriləcək.

Yazıda adı keçən şəxslərin hər birinə cavab haqqı tanıyır və onların mövqelərini də işıqlandırmağa hazırıq… (info@edaletsizlik.com)

edaletsizlik.com

ŞOK XƏBƏR. Nardaranda 2 polis işçisi öz yoldaşlarının güllələməsi ilə bağlı yeni müraciət… 2-ci hissə” üzərində 4 şərh

  1. Geri bildiriş: Ramil Usubova müraciət: “Nardaran əməliyyatının məsuliyyəti sizin üzərinizdədir” – Mirzə Xəzərin Səsi

  2. Naile
    27.12.2015

    Ay prezident bunu oxuda azad xalq soz azadliginada malikdir.bu kimdiki kiminse ailesini yox etmekle hedeleyir.nufuzlu sexsler kimdi anlamiram.o nufuzlu sexlerde unutmasinlarki xalqin sayesunde adam olublar.o oturduqlari kreslolari dedesi evlerinden getirmeyibler.xalqin sayesinde adam olub xalqi beyenmirler.her ne olur olsun kimse kiminse heyatini yox elemek haqinda bu qeder asanliqla danisa bilmez.hec kim duyani tutub durmayacaq haminiz bir gun oleceksiniz o dunyayada ozunuzle altinizi xalqdan yigdiginizi aparmiyacaqsiniz.o elediyiniz emmelere allahin onunde cavab verende o gunahsiz olanlar size baxib sadece sizin indiki kimi cammata gulub cekdiyiniz kimi onlarda gulub kececekler.unutmayin ay nufuzlu sexsler siz bu dunyada 80ve ya 90il qalacaqsanizsa orda hemiseliksiz ordan o terefe gedis yoxdur.insan olmaqdan cox adam olmag lazimdir.

  3. Naile
    27.12.2015

    Seniki azerbaycanli sexsin olmagina utaniram ay ermeni soylu.seni ermeniden ne ferqin sozun var turalla hell et anasini bacisini ermeni kimi qatib zorlamaqla hedeliyirsense senin onlardan hec bir ferqin yoxdur.o sehid ogullarimiz olduyune senin kimisi olseydide azerbaycanin basini yere soxmasaydii.seni kimi yaltaq olmaqdansa hec olmamaq daha yaxsidir.yeqinki evinide haram corekle dolandirirsan.utan dediklerinden.emin olki sen azerbaycan kisisi deyilsen.ona goreki oz xalqinin qadinini zorlamaqla hedeliyirsen.kisi deyibde ortada bosuna gezme.danisdigindan ve dediklerin utan.azerbaycaq qadini senin kimilerinin ugrunda namusunu qoruyub esir dusmemek ucun canlarindan kecdilerki senin kimi serefsiz gunahsiz qadinlari olumle ve lut soyundurmaqla zirlanmaqla hedelesin.ar olsun senin kimisinin.azerbaycan qadini emin olki senin kimi kisiden daha namuslu ve sereflidir.

  4. mina
    28.12.2015

    bos yere 7 insanin qani axidildi.allah bu zulmu goturmez.men azerb.polislerine nifret edirem,amma sen deme icerisinde namuslulari da varmis.demek hele yasamagina deyer.eziz polisler,siz ancaq insanliga xidmet edin,pul ucun alcaqliga el atmayin,onsuz da haqq yerinde qerar tutacaq

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 27.12.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: