Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

ABŞ Azərbaycan hakimiyyətinə qarşı sərt sanksiyaya qərar verib – Sənədin tam mətni

aliyev-obama-kollajABŞ Konqressinin Helsinki Komissiyası ölkəmizdə repressiyalara son qoyulması, ölkənin demokratiyaya keçidinin təmin olunması məqsədilə Azərbaycan hökumətinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlayıb. Konqressdə müzakirəyə çıxarılacaq “Azərbaycan Demokratiya Aktı 2015” adlı qanun layihəsini təqdim edirik:

ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət məqsədlərinin təşviqi Azərbaycanda qanunun aliliyinin gücləndirilməsi, insan haqlarına hörmət vasitəsilə həyata keçirilməlidir.

Bir çox sahələrlə bağlı ABŞ və Azərbaycanın qarşılıqlı maraqları, bu ölkələr arasında əməkdaşlıq var. Lakin Birləşmiş Ştatların Azərbaycanla daha geniş miqyasda əməkdaşlığını bu ölkədə insan hüquq və azadlıqlarının, demokratik idarəetmə prinsiplərinin və standartlarının pozulması ciddi şəkildə çətinləşdirib. Halbuki, Azərbaycan ATƏT və digər çoxsaylı beynəlxalq təşkilatlara üzv olmaqla, həmin standartlara riayət etmək barədə öhdəliklər götürüb.

Ötən il dekabrın 5-də Azərbaycan hakimiyyəti araşdırmaçı jurnalist, eyni zamanda, “Azadlıq” radiosunun əməkdaşı olan Xədicə İsmayılovanı həbs elədi. Ona qarşı “intihar həddinə çatdırma” ittihamı irəli sürüldü. O, məhkəməyə qədər istintaq müddətində həbsdə saxlanıldı və zaminə buraxılmadı. Dekabrın 26-da isə Azərbaycan hökuməti “Azadlıq” radiosunun Bakı ofisinə hücum elədi və radionun fəaliyyətini dayandırdı. Xədicə az qala, bir ilə yaxın məhkəməyə qədər həbsdə saxlanıldı. “Hökumətin şahidi” sayılan şəxs istintaqla əməkdaşlıqdan imtina edəndən sonra ona qarşı yeni, orijinal ittihamlar irəli sürüldü. Hökumət son nəticədə onu mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadədə ittiham etdi. O, 7 il 6 ay azadlıqdan məhrum edildi və hazırda da həmin cəzanı çəkməkdədir. “Azadlıq” radiosunun Bakı bürosunun yenidən fəaliyyətinə isə imkan verilmədi.

ABŞ Dövlət Departamentinin hesabatından da görünür ki, Azərbaycan hökuməti ifadə, mətbuat azadlığı ilə bağlı öz qanunlarına hörmət etmir. Hakimiyyət söz azadlığını, medianın müstəqilliyini məhdudlaşdırmaqda davam edir. Bu ölkədə jurnalistlər hədə-qorxu ilə üzləşir, döyülür, həbs olunur.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycan Avropa və Mərkəzi Asiyada jurnalistlərin həbsinə görə lider ölkələrdəndir. Eyni zamanda, dünyada ən çox senzura tətbiq olunan beş ölkədən biridir.

Azərbaycan hökuməti ATƏT-ə üzv olmaqla üzərinə azad və ədalətli seçki keçirmək öhdəliyi götürüb. Azərbaycanda 1992-ci ildən bəri keçirilən seçkilərin heç biri ATƏT-in minimal standartlarına da cavab verməyib. Prezident və parlament seçkiləri demokratik seçki standartlarına hörmətsizlik nümunəsinə çevrildi; hakimiyyətin ifadə, birləşmə, toplaşma kimi əsas azadlıqları tapdaması ilə yadda qaldı. Azərbaycanda seçki zamanı baş verənlər hakimiyyətin siyasi rəqabətə dözümsüzlüyünü göstərir.

ABŞ Dövlət Departamentinin hesabatına əsasən, Azərbaycan hökuməti məhkəmə sistemindən fərqli fikirdə olan dinc etirazçıları cəzalandırmaq üçün istifadə edir. Bu ölkədə qanunsuz və siyasi motivli həbslərin sayı artıb. Bu adamlara və onların ailə üzvlərinə qarşı qanunsuzluğa yol verən vəzifəli şəxslər isə cəzasız qalıb.

Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıqlar Komissiyasının 2015-ci il üzrə hesabatına görə, Azərbaycan vətəndaşlarında dini tolerantlıq hissinin güclü olmasına baxmayaraq, hökumətin dini azadlıqlara münasibəti pisləşməkdə davam edib. Hesabatda göstərilir ki, hakimiyyət dini azadlıqları məhdudlaşdırmaq üçün 2009-cu ildə qəbul olunmuş qanundan istifadə edib, eyni zamanda, dini zəmində cərimələrə, polis reydlərinə, saxlanma və həbslərə əsas yaradıb. Hesabatda bu zəmində həbs olunmuş 44 dindarın adı var.

Hesabatda bildirilir ki, Azərbaycanda dini azlıqlar üçün şərtlər pisdir, əksər protestant məzhəblərin hüquqi statusu yoxdur.

Azərbaycan hakimiyyəti həmçinin siyasi müxalifət, müstəqil QHT-lər, jurnalistlərin özlərinə və ailə üzvlərinə qarşı hədə-qorxu, zorakılıq, işdən qovulma, ölkədən çıxışa qadağa qoyulma vasitəsilə qisas almaqla fərqli fikirli adamları susdurmağa çalışıb.

Həbsdəki müxalifətçilərə və fəallara qarşı ilkin həbs zamanı, eləcə də türmədə amansız münasibət göstərilib. Döyülmə halları baş verib, ailələrilə görüşlərinə imkan yaradılmayıb, hüquqi və tibbi yardımla təmin olunmayıb.

Bunlar Birləşmiş Ştatların siyasətidir:

– Azərbaycanda stabil və demokratik hökumətin təşviqi vasitəsilə ABŞ-ın regionda təhlükəsizlik və iqtisadi maraqlarını təmin etmək;

– Azərbaycandakı bütün siyasi məhbusların qeyd-şərtsiz dərhal azadlığa buraxılmasına çağırmaq;

– Azərbaycan xalqının, tanınmış beynəlxalq insan haqları təşkilatlarının demokratiya istəklərinə dəstək vermək;

– Azərbaycanda demokratik institutlara və qanunun aliliyinə dəstək vermək;

– Azərbaycanı çoxtərəfli beynəlxalq öhdəliklərinə uyğun vəziyyətə gətirmək üçün digər ölkələr və beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT-lə sıx işləmək;

– Azərbaycan hökumətinin ABŞ-a münasibətini nəzərə alaraq, bu ölkə ilə bağlı siyasətə yenidən baxmaq.

Azərbaycan hökumətində təmsil olunanlara qarşı viza qadağası

Dövlət katibi və daxili təhlükəsizlik naziri adları aşağıda sadalanan şəxslərə viza verilməsindən imtina etməlidir:

– Azərbaycan hökumətində yüksək vəzifə tutan şəxslər və onların ailə üzvləri;

– Azərbaycanın yüksək rəhbərliyində təmsil olunanlarla əlaqələr sayəsində əhəmiyyətli maliyyə vəsaiti əldə edən şəxslər;

– seçkini saxtalaşdıranlar;

– insan haqlarını pozanlar;

– korrupsiya ilə məşğul olanlar;

– demokratik institutların fəaliyyətinə imkan verməyənlər;

– Azərbaycanın demokratiyaya keçidinə maneə yaradanlar;

– müstəqil mətbuat orqanlarına, jurnalistlərə, hüquq müdafiəçilərinə, müxalif və dini qruplara qarşı repressiyalarda əli olan hüquq-mühafizə orqanları və məhkəmə sisteminin təmsilçilərinə.

Viza qadağası Azərbaycan hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı fəaliyyət göstərən nümayəndələrinə aid edilmir.

Kreditlər və investisiyalara qadağa

– Humanitar mallar, kənd təsərrüfatı və tibbi ləvazimatlar istisna olmaqla, Azərbaycana borcların, kredit zəmanətlərinin, sığortanın və digər analoji maliyyə yardımının dayandırılması.

Çoxtərəfli maliyyə yardımı

ABŞ üzv olduğu maliyyə təşkilatlarında öz imkanlarından istifadə edərək, Azərbaycana humanitar məqsədlər istisna olmaqla, digər maliyyə yardımlarının (o cümlədən texniki yardımlar və qrantlar) dayandırılmasını təmin etməlidir.

Aktivlərin dondurulması

Konqress hesab edir ki, bu akt qüvvəyə minəndən sonra ABŞ prezidenti Azərbaycan hökumətində təmsil olunan yüksək vəzifəli məmurların və onların ailə üzvlərinin, ali rəhbərliklə yaxın əlaqələri olan şəxslərin, eləcə də seçki saxtakarlığında, korrupsiyada, demokratik institutların sıradan çıxarılmasında, ölkənin demokratiyaya keçidinin qarşısının alınmasında əli olan şəxslərin aktivlərinin dondurulmasını təmin etməlidir.

Qadağalar dərman preparatları, tibbi avadanlıqlar, ərzaqdan ibarət humanitar yardımlara aid edilməməlidir.

Cəza

Müəyyən olunmuş bu qadağa və məhdudiyyətləri pozan istənilən şəxslərin Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına əsasən cəzalandırılması təmin edilməlidir.

Sanksiyaların aradan qaldırılması

Azərbaycan hökumətində təmsil olunan şəxslər, eləcə də onların yaxınlarına qarşı tətbiqi nəzərdə tutulan sanksiyalar yalnız aşağıdakı məsələlər həllini tapacağı hallarda aradan qaldırıla bilər:

– Siyasi, dini və ya ifadə azadlığından istifadə etdiyinə görə həbsxanaya salınmış şəxslər azad edilməlidir;

– Siyasi müxalifət, dini qruplar, müstəqil QHT-lər, gənclər təşkilatları və müstəqil mətbuata qarşı təqib və repressiyaların bütün formaları dayandırılmalıdır;

– ATƏT standartlarına uyğun olaraq, azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılmalıdır.

Çoxtərəfli əməkdaşlıq

Konqress hesab edir ki, ABŞ prezidenti bu Aktda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün digər ölkələr, xüsusən Avropa dövlətlərinin dəstəyini təmin etməlidir.

Hesabat

Bu Akt qəbul ediləndən 90 gün sonra ABŞ prezidenti sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması ilə bağlı vəziyyəti, həmçinin aşağıdakı məsələləri əks etdirən hesabatı Konqressin müvafiq komitəsinə təqdim etməlidir:

– Azərbaycan hökumətinin ölkədə internet üzərində nəzarət və ya senzuranın tətbiqi məqsədilə başqa dövlətlərdən texniki avadanlıqlar alması, təlimlər keçməsi;

– Prezident İlham Əliyev və digər yüksək vəzifəli hökumət təmsilçilərinin şəxsi aktivləri və sərvəti.

– Bu hesabat ümumilikdə gizli olmamalıdır, amma müəyyən məxfi əlavələr ola bilər.

Dəqiqləşdirmə

Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri deyəndə kimlər nəzərdə tutulur:

– Prezident, baş nazir, baş nazirin müavinləri, nazirlər, dövlət komitələrinin sədrləri, icra başçıları, dövlət şirkətlərinin rəhbərləri, Prezident Administrasiyasının üzvləri.

Azərbaycan hökumətinə aid olan digər şəxslər:

– Şəxsən və ya dolayısıyla Azərbaycanda azadlıqların boğulmasında əli olan şəxslər, o cümlədən hakimlər, prokurorlar, peşə birlikləri və tədris müəssisələrinin rəhbərləri, korrupsiyaya bulaşmış digər şəxslər.

– Hakimiyyətin siyasətinin müəyyənləşdirilməsində və ya həyata keçirilməsində birbaşa və ya dolayısıyla iştirak edən, bununla da beynəlxalq aləmin qəbul etdiyi insan haqları standartlarına qarşı çıxan şəxslər.

Azadlıq qəzeti

ABŞ Azərbaycan hakimiyyətinə qarşı sərt sanksiyaya qərar verib – Sənədin tam mətni” üzərində 2 şərh

  1. eldar
    20.12.2015

    Çoxdan tedbiq edilmeliydi. Gec de olsa

  2. eldar
    20.12.2015

    Allah xeyir versin

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 18.12.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: