Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

ŞOK XƏBƏR. Nardaranda 2 polis işçisi öz yoldaşlarının gülləsinin qurbanı olub… İddia: Hökümət öldürtdürüb

1448723202_58c8e64c1544a29ff651930db70836a8Vəli Rzayev şərti adı altında bir polis zabiti azereurotimes.com saytının elektron poçt ünvanına Nardaranda baş vermiş hadisə ilə bağlı daxili İşlər nazirinin ünvanına geniş izahlı müraciət ünvanlamışdır.

Həmin müraciəti olduğu kimi nəzərinizə çatdırırıq:

«Nardaranda» EV MÜHASİRƏYƏ ALINIB SƏS GÜCLƏNDİRİCİLƏRLƏ TƏSLİM OLUNMAQ TƏLƏB OLUNMALIYDI. Bunu edibsiz? Axı onların əlində girovlar olmayıb… Hücum etmək üçün heç bir əsas və səbəb olmayıb…

Nardaran Əməliyyatıyla bağlı Ramil Usubova polis zabiti Vəli Rzayev (ad şərtidir və məlum səbəblərə görə təqdim olunmur) tərəfindən açıq məktub:
Hörmətli cənab nazir!

Sizin şəxsiyyətinizə böyük hörmətim var!
Mən 10 ildən artıqdır polis sıralarında zabit kimi xidmət edirəm. Dəfələrlə müxtəlif əməliyatlarda iştirak etmişəm.

Bir vətəndaş kimi həmdə polis işcisi kimi Nardaranda ölən 2-si polis olmaqla 7 vətəndaşımızın ölümü mənidə sarsıtdı. İctimayətdə və hətta polis əməkdaşları arasında gəzən söz söhbətlərdə belə bir fikir dolaşır ki, 2 polis əməkdaşı hakimiyyət tərəfindən öldürülüb. Əslində mən buna inanmıram heç inanmaqda istəmirəm. Lakin xüsusi əməliyyatın nə olduğunu çox gözəl bilən bir polis işcisi kimi Nardaran əməliyyatını və nəticələrini qiyabidə olsa analiz edərkən bəzi şübhələr təbii olaraq yaranır. İndi biz polisləri yalnız bir sual maraqlandırır. Əməliyatda öldürülən polis əməkdaşları Vüqar Nəsibov və İsmayıl Tağıyev hansı şəraitdə və kimin tərəfindən öldürülüb? Hakimiyyətə qarşı yaranmış şübhələri dağıtmaq üçün əməliyyatın video çəkilişini geniş ictimayyətə təqdim olunması çox vacibdir. Buna görədə bütün Azərbaycan polisinin adınnan cənab nazir Ramil Usubovdan xahiş edirəm Azərbaycan polisinə hörmət əlaməti olaraq Nardaran əməliyyatıyla əlaqədar, real əsaslara söykənən və videofaktla aydınlıq gətirməklə bağlı göstəriş verəsiniz.
Əməliyyat çəkilişi təqdim olunmadığı halda ictimayyətin hakimiyyət haqqında olan ehtimallarına heç bir şübhə qalmır və belə bir qənaətə gəlmək olar ki həqiqətəndə 2 polis zabiti hakimiyyətin göstərişiylə öldürülüb.

Yazıda adı keçən şəxslərin hər birinə cavab haqqı tanıyır və onların mövqelərini də işıqlandırmağa hazırıq… (info@edaletsizlik.com)

ŞOK XƏBƏR. Nardaranda 2 polis işçisi öz yoldaşlarının gülləsinin qurbanı olub… İddia: Hökümət öldürtdürüb” üzərində 2 şərh

  1. elvin
    17.12.2015

    Allah. Rehmet elesin her ikisine. Esasda Vuqara!!!Gul kimi oglan vaxtinnan evvel getdi

    • Ramin
      27.12.2015

      Vaxtindan evvel he4 ne olmur,Shukur meslehetine Allaxin,her kesin oz qederi var,onlarin da qederi bura qeder imish,Cemi dunyasini deyishenlere rehmet olsun!!!

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 14.12.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: