Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Mədət Quliyev MTN-ni Pentersiar xidmətlə dəyişik salıb…

8Kf0xMf5krcNBugün saytımızın elektron poçt ünvanına Milli Təhlükəsizlik Nazirinin birinci müavini postuna təyin edilən Mədət Quliyev və onun ətrafında baş verənlərlə bağlı geniş bir yazı daxil olub. Biz həmin yazıda səslənən fikirlərin mötəbərliyi haqqında tam bilgiyə malik deyilik. Amma insanların ifadə azadlığını və eyni zamanda qeyd edilənlərin sabah yeni bir Eldar Mahmudovun yetişməsinə gətirib çıxara biləcəyini əsas götürüb materialı olduğu kimi oxucularımızın nəzərinə şatdırmağı məqbul bildik. Bununla bərabər yazıda adı keçən hər bir şəxsə də cavab haqqı tanıyır və onların mövqelərini də işıqlandırmağa hazırıq…

Həmin məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:

Eldar Mahmudov Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edildikdən sonra gözlənilmədən onun yerinə Penitensiar Xidmətin rəisi, general Mədət Quliyev gətirildi. Bəs, Mədət Quliyev hansı xidmətlərinə görə belə mühüm posta təyinat aldı? Axı, MTN dövlətin bel sütunlarından biri sayılır və vəzifəsi ölkə üçün mümkün mili təhlükələri önləməkdir. Mədət Quliyevin belə mühüm posta təyinatı nələri dəyişəcək?

Suallar çoxdur, lakin cavablar azdır. Daha dəqiq ifadə eləsək, Mədət Quliyevin keçmişinə nəzər yetirilərsə, habelə onun MTN-ə rəhbər təyin olunmasından sonra apardığı kadr siyasətinə diqqətlə baxılarsa, bu nazirlikdə durumun Eldar Mahmudov dönəmindən heç nə ilə fərqlənməyəcəyi aydın görünür. Ona görə ki, MTN-in birinci müavini postunda əyləşmiş Quliyev faktiki olaraq nazirliyi intihara aparır. Belə davam edərsə, dövlətin də durumu yaxşı olmayacaq.

 Keçək Mədət Quliyevin keçmişdəki işlərinə və hazırkı təyinatlarına.

 Qeyd edək ki, MTN-in birinci müavini olan sözügedən şəxs uzun müddət DİN-in müxtəlif idarə və şöbələrində çalışıb. Daha sonra etimad göstərilərək, İnterpolun rəisi və DİN-in Mühafizə Polisində rəis postlarına təyinatlar alıb. Ardından isə Penitensiar Xidmətinin rəisi vəzifəsinə gətirilib. Bu qədər böyük bir yol keçmiş şəxsin əksər məziyyətləri onun belə mühüm postları tutmasına imkan verməsə də, şəxsi keyfiyyətləri və səriştəsi daha ciddi fəsadlar üçün yol aça biləcək səviyyədədir.

 Bildirək ki, Mədət Quliyev xarakter etibarı ilə xudbin, heç kimi bəyənməyən, yerlipərəst və psixi problemi olan bir şəxs kimi təqdim olunur. Onu tanıyanlar deyirlər ki, Quliyev ümumiyyətlə, özünü qabarıq fonda göstərmək üçün az qala ən ali yerdə dayana biləcəyini də iddia edə bilər. Məsələn, onun hisslərə qapılaraq, bəzən 11, bəzən 15, bəzən 19, hətta 24 nəfəri öldürdüyünü deməsi kimsədən gizlin deyil. Üstəlik, bu qədər insanı öldürdükdən sonra həmin ailələrin onunla qan düşmənçiliyi apardığını da iddia edir. Hətta ölən şəxslərin baş daşlarına onun adını yazdırdığını da vurğulayaraq, övladlarına Mədət Quliyevdən qisas almalarını vəsiyyət etdiklərini deyir. Normalda ağlı başında olan birinin bu cür ifadələr işlətməsi mümkün deyil. Yəni, heç bir vəzifəli şəxs adam öldürdüyünü önə çəkərək, bundan fəxrlə danışmaz. Belə hallar yalnız psixi problemləri olan şəxslər tərəfindən dilə gətirilə bilər ki, Mədət Quliyev də kənardan belə görsənir.

Mədət Quliyevin kadr məsələlərində də davranışları normal anlaşılan deyil. Çünki MTN kimi mühüm bir nazirliyə həbsxanalara nəzarət edən şəxslərin gətirilməsi heç də uğurlu tapıntı sayıla bilməz. Belə ki, Mədət Quliyev Milli təhlükəsizlik nazirinin birinci müavini təyin ediləndən dərhal sonra, əvvəllər bu nazirlikdə şöbə rəisi işləmiş, Hacı Məmmədov olayları zamanı xidməti vəzifəsinə məsuliyyətsiz yanaşmış və bu səbəbdən də işdən çıxarılmış Sahib Nağıyevi yenidən nazirliyə mühüm posta qaytarıb. Əslən Gəncədən olan Nağıyevin MTN-in Aparat rəisinin müavini təyin edilməsi ilə paralel ona polkovnik rütbəsi də verilib. Bu azmış kimi, Mədət Quliyev uşaqlıq dostu olan Sahib Nağıyevə bütün kadr məsələlərini həvalə edib. İşin ən biabırçı tərəfi odur ki, Sahib Nağıyevin apardığı kadr islahatı artıq nazirlikdə ciddi narazılıqlara da səbəb olmağa başlayıb. Və bəla da burasındadır ki, Mədət Quliyevin özü ilə gətirdiyi həbsxana rəisləri gələcəkdə MTN üçün heç də Eldar Mahmudovun kadrlarından fərqli perspektiv vəd etmirlər. Yəni, çox keçməz MTN-də Mədət Quliyevin «Sübahir Qurbanovları», «Akif Çovdarovları» və ya başqaları peyda olmağa başlayacaq.

 Mədət Quliyevin digər təyinatlarına da baxaq. Sözün həqiqi mənasında biabırçılıqdır və bunun MTN üçün hansı fəsadlar verəcəyini indidən görmək elə də çətin deyil:

– Tağızadə İmran Surxay oğlu: Polkovnik rütbəsindədir. Hazırda MTN-in Əməliyyat Sənədləşdirmə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Penitensiar Xidmətin (PX) əməliyyat-rejim idarəsinin rəisi vəzifəsinin müvəqqəti  icraçısı vəzifəsində işləmiş İmran Tağızadə, bundan əvvəl Mədət Quliyevin köməkçisi işləyib. Sözügedən şəxs PX-də işlədiyi dövrdə kriminal qrupların rəhbərləri ilə olduqca yaxşı münasibətlər qurub. Məsələn, onun «Lotu Quli» kimi tanınan Nadir Səlifovla yüksək səviyyədə münasibətlərə sahib olması İmran Tağızadəni Türkiyədə ev sahibi edib. Dəqiq məlumatlara görə, Səlifovun adamları İstanbuldakı «Rozmarin evləri» adlandırılan yaşayış kompleksində Tağızadəyə mənzil hədiyyə ediblər. «Lotu Quli» ilə Tağızadə arasında münasibətləri quran və əlaqələndirən şəxs isə 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi Murtuz Sadıxov olub.

– Zaur Aydın oğlu Əliyev: Polkovnik rütbəsi daşıyır. Mədət Quliyevin əmriylə MTN Kadrlar Baş İdarəsində İdarə rəisi vəzifəsinə təyin olunub. Zaur Əliyevin qardaşı Eldar Mahmudovun kassiri kimi tanınan, MTN Kadrlar Baş İdarəsinin rəsi, general-mayor Əlimusa Əliyevin bacanağıdır. Yəni, bundan sonra da mahiyyət dəyişməyəcək. Bildirək ki, Mədət Quliyev DİN Baş Mühafizə İdarəsinin rəisi olduğu dönəmdə Zaur Əliyev Sabunçu rayon Mühafizə şöbəsinin rəisliyindən Baş İdarənin Kadrlar üzrə inspektoru vəzifəsinə yüksəldilib. Bundan sonra, qeyd olunan İdarəyə rüşvətlə işəgötürmə halları geniş vüsət almağa başlayıb. Mədət Quliyev Pentenisianar Xidmətin rəsi təyin olunduqdan sonra Zaur Əliyevi Kadrlar İdarəsinin rəis əvəzi vəzifəsinə təyin edib və bu qurumda da rüşvətlə işədüzəltmə prinsipi hakim kəsilib.

Onu da vurğulayaq ki, Zaur Əliyev Mədət Quliyevin kassiri kimi tanınır. Və bütün maliyyə əməliyyatları onun tərəfindən aparılır.

 – Oqtay Atakişiyev. Mədət Quliyev bu şəxsi  MTN-in Maddi Texniki Təminat Baş İdarəsinin rəis köməkçisi vəzifəsinə təyin edib. Keçmişi isə tamamilə bataqlıqdan ibarətdir. Belə ki, Oqtay Atakişiyev əvvəllər DİN Təchizat İdarəsində işləyib, daha sonra Pentenisiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəində sex rəisi vəzifəsində çalışıb. Atakişiyev cəzaçəkmə müəssisələrində olan bütün dəzgahları, dəmir-metal konstruksiyalı, avadanlıqları “metallom” kimi sataraq, mənimsəyib. Bu azmış kimi, Penitenisar Xidmətin təmir-tikinti işlərini aparmaqla da, ciddi korrupsiya hallarına yol verərək, külli miqdarda pullar qazanıb. Öz işinin «ustası» olan sözügedən şəxs mənimsədiyi pulları da evində saxlamayıb. Və onları “Yeganə” şadlıq sarayının yaxınlığındakı bir-birinə yanaşı olan 3 ədəd 5 mərtəbəli binaların altındakı obyektləri satın alıb. Orada isə tikiş sexi, yeməkxana, mağazalar açaraq, əlavə gəlir mənbəyinə çevirib.

 – Fuad Əliyev: Bu şəxs də Penitensiar Xidmətdən MTN-ə transfer olunmuş şəxslərdən biridir. Hazırda nazirliyin xidmət və təhcizat işləri ilə məşğul olan “Servis+” MMC-yə rəhbəri kimi fəaliyyət göstərir.

 Yuxarıda adlarını sadaladığımız şəxslər təyinat almış şəxslərdir. Amma Mədət Quliyevin perspektivdə MTN-i «cəza briqadası»na çevirmək üçün düşündüyü başqa bir planı daha var. O da Penitensiar Xidmətdə əlindən heç bir iş gəlməyənləri nazirliyə doldurmaqdan ibarətdir. Elə bu səbəbdəndir ki, bu bacarıqsızlar «ordusu»nun nümayəndələrinin bütün şəxsi işləri MTN-ə gətirilib. Və onların heç birinin nümunəvi bir işi olmayıb. Siyahıya diqqət edək:

 – Araz Sabir oğlu Rzayev: Polkovnik-leytenantdır. Hazırda Penitensiar Xidmətin Tərbiyə Müəssisəsinin rəisdir. Ciddi mənbələrdən əldə olunan məlumatlara görə, Mədət Quliyev öz əmlakının bir hissəsini onun adına sənədləşdirib. Üstəlik, daha mübhəm məsələlər də ona həvalə olunub. Məsələn, Mədət Quliyevin qeyri-qanuni münasibətdə olduğu Könül adlı qadına nəzarət, onun maddi ehtiyaclarının qarşılanması Araz Rzayevə tapşırılıb.

 – İlqar Məmmədov: Polkovnik-leytenantdır. Bu şəxs Penitensiar Xidmətin Avtomobil və Energetika bölməsinin rəisidir. İlqar Məmmədov yarıtmaz fəaliyyəti ilə Penitensiar Xidmətin avtomobil xidmətini bərbad vəziyyətə salıb. Bu azmış kimi, o, xidmət əməkdaşları arasında dələduz kimi ad çıxarıb.

Bu şəxsin əsas işi Mədət Quliyev üçün əlavə gəlir mənbələri yaratmaq və bəzi köçürmə yolu ilə daxil olan pulları nağdalaşdırmaqdan ibarətdir. Məsələn, İlqar Məmmədov Gəncə Maşınqayırma Zavodunun Qaradağ rayonundakı filialına nəzarət edir. Bu filialın əsas funksiyalarından biri avtomobil və maşınların təmirini həyata keçirməkdir. Əslən Gəncədən olan Məmmədov, həm də Mədət Quliyevin qohumu olduğu üçün belə vacib yerə təyinat alıb. «Uğurlu işlərindən» biri də Pentensiar Xidmətinin avtomobil təsərrüfatına ayrılan pulları həmin filial vasitəsiylə, təmir adıyla nağdlaşdırmasıdır. 

Eyni zamanda, İlqar Məmmədova Mədət Quliyevin qeyri-qanuni nigahda olduğu Zəhra İsmayılovaya nəzarət də həvalə edilib. O Zəhra İsmayılova ki, onun atası Rauf İsmayılov məhz Mədət Quliyevin təhdidlərindən ürəyi partlayıb ölüb. Həm də Mədət Quliyevin azyaşlı uşağının anasıdır.

 – Mədət Quliyevin MTN-ə gətirmək istədiyi şəxslərdən biri də 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Əli Əmirovdur. Əslən Gəncədən olan Əli Əmirov az aşın duzu sayılmır və onun həbsxanadan davamlı olaraq pullar yığdığı hər kəsə məlumdur. Paralel olaraq bu şəxs bütün kolon rəislərini də himayəsində saxlayaraq, onlardan yığdıqlarını Quliyevə çatdırmaqla tanınır. Elə bu səbəbdəndir ki, 6-cı kolonun rəisi oktyabr və noyabr aylarında bütün həbsxana rəislərindən pulları yığaraq, keçmiş rəisinə çatdırıb.

 – Mədət Quliyevin Məntəqə Tipli Kolonundakı kassiri də yaxın vaxtlarda MTN-də mühüm vəzifə sahibi ola bilər. Penitensiar Xidmətin sözügedən kolonundakı əməliyyat bölməsinin işçisi olan Namir adlı şəxs bütün hesablara şəxsən nəzarət edir. Və mütəmadi olaraq toplanan pulları lazımi ünvana çatdırmaqla ad çıxarıb.

Bütün bunlar da aydındır. Bəs, Mədət Quliyev həqiqətənmi «süddən çıxmış ağ qaşıq»dır? Bunu iddia etmək dəlilik olardı. Çünki generalın saysız-hesabsız mənzilləri, obyektləri var. Və onların siyahısını yaxın günlərdə mətbuat üçün açıqlayacağıq. Buna qədər isə bir şeyi diqqətinizə çatdıraq ki, Mədət Quliyev əmlak məsələsində təkcə Azərbaycanla kifayətlənməyib. Onun Türkiyədə bir neçə mağazası və evləri var.

 Bu əsnada bir şeyi diqqətinizə çatdıraq ki, Mədət Quliyevin MTN-ə gətirdiyi və gətirməyə çalışdığı şəxslərin heç bir ədliyyə naziri Fikrət Məmmədov tərəfindən əmrlə işə götürülməyiblər. Bir qədər ətraflı izah edək. Adları sadalanan şəxslər Penitensiar Xidmətdə məhz Mədət Quliyevin verdiyi daxili əmr əsasında işləyiblər. Yəni, ədliyyə naziri Fikrət Məmmədov onların bu vəzifələrə təsidiq olunması ilə bağlı heç bir əmr verməyib. Bir sözlə, havada olan adamlar dünən Penitensiar Xidmətdə, bu gün isə MTN-də mühüm postlara sahib olurlar. 

 Mədət Quliyevin növbəti «strateji planı» isə Penitensiar Xidməti əlində saxlamaqdır. Və bunun üçün o maraqlı addımlar atır.  Həmin maraqlı addımlardan biri də Nizaməddin Cəlilovun Penitensiar Xidmətə rəis gətirilməsi ilə bağlıdır.

Qeyd edək ki, Cəlilov Azərbaycanda az sayda şəxslərdən biridir ki, 8 il ərzində mayor rütbəsindən general-mayor rütbəsinə qədər yüksəlib. Belə ki, Nizaməddin Cəlilov 1995-2005-ci illərdə Rabitə Nazirliyində təminat-təhcizat idarəsində çalışıb. 2005-ci ildən Ədliyyə Nazirliyində işə düzəlib və kapitan rütbəsindən birbaşa mayora çevrilib. 2013-cü ildə isə general-mayor rütbəsinə sahiblənib. Bu rütbəni də məhz Mədət Quliyev sayəsində əldə edib.

P.S. Bu bilib, yazdıqlarımızın çox cüzi bir hissəsidir. Belə davam edərsə, Azərbaycan xalqı hələ uzun illər Eldar Mahmudovun atasına rəhmət oxuyacaq. Davamı olacaq…

edaletsizlik.com

email ünvanımız: info@edaletsizlik.com

Mədət Quliyev MTN-ni Pentersiar xidmətlə dəyişik salıb…” üzərində 2 şərh

  1. Mədət Quliyev pulunun olduğunu gizletmeyibki. 2003 cü ildə Heydər Əliyevin vefatindan derhal sonra LiderTv ye verdiyi müsahibede anılarıni danısıb. Gəncədəki əməliyatlardan sonra yarali olduğunu və bir müddət sonra H.Əliyevin ona 1 milyon dollar hediya etdiyini özü deyib, obyekt ve evlər almaq üçün yetərlidir. Bu onu rüşvət xor etmirki? Kadırlara geldikde PX meyem işə yaramazlar yeridir? Quliyev öz kadırlarını ətrafina toplayir, MTNi Mahmudovun kadırlarından təmizləyir. Atilan böhtanlarında əsassız olduğunu düşünürəm.

  2. Elnare
    14.12.2015

    Tam dəqiqliyi ilə yazılıb

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 12.12.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: