Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

İmprotex oğurluq avtomaşınları təzə adı ilə satdırır…

040200111404Bütün sahələrdə  korrupsiya yolu ilə saxtakarlıqlara göz yumduğu kimi biznes sahəsindədə bu yolla hakimiyyət Azərbaycanda vaxtı keçmiş ərzaq məhsullarının təzələnməsi və yenidən satışa çıxarılması, xaricdə tullantı malların Azərbaycanda yeni adı altında satılmalarına və sair maxinasiyalara göz yumur.

Saytımıza bugünlərdə yeni bir məlumat daxil olub. Məlumatda avtomobil biznesinə toxunulur. Burada xüsusəndə keçmiş Əmək və Sosial müdafiə naziri Fizuli Ələkbərova məxsus, lakin həyat yoldaşı İradə Ələkbərovanın sədrlik etdiyi bahalı maşın satışı ilə məşğul olan İmprotex Holdinqin  BMW, Rolls Royce, Bendley satış mərkəzlərində baş verən maxinasiyalar və burada satılan avtomaşınların ölkədən kənara çıxa bilməməsi iddia olunur.

89544_srcŞirkət barədə qısa məlumat:

 İmprotex holdinqi 1991-ci ildə təməli qoyulmuşdur, “Sputnik” adı altında turizm sahəsi üzrə fəaliyyətə başlamışdır. Sonradan turizm sahəsi şəxalənib biznes sahəsinidə əhatə edib. Hal-hazırda İmprotex Holdinq Azərbaycanda ən böyük, nüfuzlu holdinqlərdən biridir. Azərbaycanda ilk Aviaşirkət (İmAir) fəaliyyətinə start verən holdinqlərdən biridir.

1998-ci ildən başlayaraq Almaniyanın nüfuzlu avtomobil istehsalı olan BMW və MİNİ şirkətlərin Azərbaycanda rəsmi distributoru (İmprotex Motors) kimi fəaliyyətə başlamışdır. Eyni zamanda dünya bazarında böyük nüfuza malik Rolls Royce və Bendli şirkətlərinində avtomobillərinin rəsmi distributoru olmuşdur. 2005-ci ildən Almaniyanın “MAN Truck & Bus AG” yük avtomaşınlarının rəsmi distributoru olaraq holdinqin daha bir qolunu “Improtex Trucks&Buses ” adı altında artırmışdır. Bunlardan başqa Improtex Marine & Sporta Facilities (Yamaha Motor LTD motosikl, istirahət yaxtalarının, idman maşınları satışı), Improtex Distribution Center (kosmetika və məişət əşyaları satışı) adları altında  holdinqin qollarıda mövcuddur.

Daxil olan məlumata görə bu şirkət avtomobil satış mərkəzlərində təzə adı altında satdırdığı avtomaşınların 90% İnterpolda axtarışında olan “uqon” avtomaşınlardır…

Məlumatda qeyd olunur ki, bu avtomaşınlar ölkənin ərazisini tərk edə bilməzlər. Belə ki, həmin avtomaşınlar xaricdə oğurluq maşın kimi axtarışdadırlar. İddiada xüsusə o da qeyd olunub ki, avtomobillərin hamısı “dvoynikdir”.

Belə halın baş verməsi onu deyir ki, ölkədə tam özbaşınalıqdır. Hüquq Mühafizə Orqanlarının buna göz yumması da onu deyir ki, Fizuli Ələkbbərov yuxarı səviyyədə “işini həll edib”. Ona görə də həmin avtomaşınları ölkədən kənara çıxmasına icazə verilmir.

1440134304_sinMəlumatda o da qeyd olunur ki, bir neçə ay bundan qabaq Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi (Bandotdel) Beynəlxalq Banka borcu olanların həbsini həyata keçirdikdə, həbs olanların içərisində Fizuli Ələkbərovun oğluda olubdur. Lakin qısa müddətdə oradan azad olunub. Qısa müddətdə azad olunmasını isə yuxarı səviyyədən gələn göstərişlə bağlayırlar.

Bunu da vurğulayım ki, İsmayıllı hadisələrinin baş verməsini səbəbkarı məhz Fizuli Ələkbərovun oğlu idi. Bu gədənin hayıxmış hərəkəti nəticəsində bugünə kimi siyasi məhkumlarımız İlqar Məmmədov və Tofiq Yaqublu məhkumluq həyatı yaşayırlar.

Yazıda adı keçən hüququ və fiziki şəxslərin hər birinə cavab haqqı tanıyır və onların mövqelərini də işıqlandırmağa hazırıq… (info@edaletsizlik.com)

Tural Məhərrəmov

14.12.2015

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 09.12.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: