HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
İnandığım bir yoldaşın məlumatına əsasən, Tale Bağırzadə həbs olunduğu gün birbaşa Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinə aparılıb. Hal-hazırda onun orada saxlanılması gizli saxlanılır.
Eyni zamanda məlumatda deyilir ki, ona “Bandotdel”də işgəncələr verilir ki, ölkədə terror aktları təşkil edəcəyini desin və bunu televiziya vasitəsi ilə xalqa çatdırsınlar.
Bildiyiniz kimi bu qurum işgəncələr yolu ilə insanları hər bir izahat yazmasına məcbur edə bilir. Hal-hazırda ona məxsus facebook səhifəsi “Bandotdel” tərəfindən kodu öyrənilərək, bağlanılıb.
Qanunvericiliyə görə teror aktları və kütləvi ixtisaşlar üzrə işlər Milli Təhlükəsizlik Nazirliyi səlahiyyətindədir. Lakin bildiyiniz kimi bu qurumu yox halına gətirdiklərindən bu işi hal-hazırda Bandotdelə həvalə ediblər.
Məlumatın ciddiliyinə inanıb paylaşıram.
edaletsizlik.com
Allah Talehe sebr ve dözüm versin! Haksızlara lenet etsin.