Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Yevlax rayon polis şöbəsində qanunsuz həbsxana fəaliyyət göstərir.

img_0905Yevlax rayon Polis Şöbəsinin rəis müavini və İctimai Təhlükəsizlik Bölməsinin rəisinin Narkotik vasitənin rayon ərazisində dövriyyəsi və Polis Şöbəsində qanunsuz gizlin müvəqqəti saxlama yeri saxlamaları barədə yazmaq istəyirəm. Onuda qeyd edim ki, Əfqan Qurbanov bundan əvvəl uzun müddət Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyirdi.İndi yerdəyişmə edərək keçib İTB-nin rəisi vəzifəsinə. Bu yerdəyişmə nəticəsində narkotiklərlə mübarizə işinə nəzarət də faktiki olaraq Əfqan Qurbanovun və xidmət üzrə rəis müavini Natiq Həsənovun əlində cəmləşib. Bu şəxslərin hər ikisi eyni xasiyyətə malik insanlardır, yəni pula görə hər bir şeydən keçməyə hazır olan biriləridir. Hər ikisi  narkotiklərin satışına şərait yaradan, fahişələrə krışalıq edən şəxslərdəndirlər. Son vaxtlar yeni yaranmış, güclü narkotik vasitə olan spaysın  rayonda satışını məhz Natiq Həsənovla, Əfqan Qurbanov təşkil və “krışalıq”edir.

Yevlax RPŞ-də daha  bir faktıda nəzərinizə çatdırmaq istəyirəm, polis şöbəsində qanunsuz həbs kamerası var. Polis şöbəsinin inzibati binasının arkasını keçdikdə sağ tərəfdə uzun illərdir istifadəsiz qalan istilik qazanxana binasında, setkaya çəkilmiş, qapısı qıfılla bağlanan 5-6 nəfərlik 3 kamera fəaliyyət göstərir.  Həmin bu yeri “obezyanka” adlandırıllar və bu qanunsuz həbs kameraları hal-hazıra kimi rəis müavini Natiq Həsənovun və Əfqan Qurbanov İTB-nin rəisi təyin olunduqdan sonra hər ikisinin nəzarətindədir.
Lakin bu faktı Daxili İşlər Nazirliyi bilməsinə baxmayaraq buna şərait yaradır və bu insanların cinayət əməli ilə məşğul olmalarına göz yumur.

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 23.11.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: