HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Yevlax rayon Polis Şöbəsinin rəis müavini və İctimai Təhlükəsizlik Bölməsinin rəisinin Narkotik vasitənin rayon ərazisində dövriyyəsi və Polis Şöbəsində qanunsuz gizlin müvəqqəti saxlama yeri saxlamaları barədə yazmaq istəyirəm. Onuda qeyd edim ki, Əfqan Qurbanov bundan əvvəl uzun müddət Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyirdi.İndi yerdəyişmə edərək keçib İTB-nin rəisi vəzifəsinə. Bu yerdəyişmə nəticəsində narkotiklərlə mübarizə işinə nəzarət də faktiki olaraq Əfqan Qurbanovun və xidmət üzrə rəis müavini Natiq Həsənovun əlində cəmləşib. Bu şəxslərin hər ikisi eyni xasiyyətə malik insanlardır, yəni pula görə hər bir şeydən keçməyə hazır olan biriləridir. Hər ikisi narkotiklərin satışına şərait yaradan, fahişələrə krışalıq edən şəxslərdəndirlər. Son vaxtlar yeni yaranmış, güclü narkotik vasitə olan spaysın rayonda satışını məhz Natiq Həsənovla, Əfqan Qurbanov təşkil və “krışalıq”edir.
Tural Məhərrəmov