Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Görün kimlər kimləri məsuliyyətə cəlb edir? (Yeni səs yazısı)

6A22910A-1FD4-4D61-BC36-56302094F7A6_cx21_cy6_cw73_mw1024_s_n_r1Son günlər Milli Təhlükəsizlik Nazirliyində və Rabitə və Texnalogiya Nazirliyində həbslər barədə xəbərlər gündəmdədir. Bu nazirliklərdə baş verən qanunsuzluq, korrupsiya faktları və xüsusən də MTN-də Akif Covdarovun barəsində adam oğurluğu və qətl törətməsi barədə ittihamlar bir daha subut etdi ki, bu hakimiyyəti təmsil edənlər boğaza qədər kriminalın içindədirlər. Belə ki, Akif Covdarova irəli sürülən ittiham dünəni və ya 3-4 gün ərzində baş vermiş adam oğurluğundan və ya qətl hadisəsindən bəhs etmir, bu hadisələr bu şəxsin işlədiyi dövrlərdə törətdiyi hadisələrdir. Deməli, hakimiyyət bu hadisələrdən xəbərdar imiş, lakin A.Covdarov bunlara lazım olduğundan buna göz yumurmuşlar və ya özləri sifariş verdikləri adamlar idi, indi Covdarovun istifadə müddəti bitdiyindən bunların hamısını yazdılar Covdarovun ayağına.. Eyni ssenari Hacı Məmmədov əməliyyatında da baş vermişdir, Daxili İşlər Nazirliyində nə zir-zibil var hamısını yazdılar Hacı Məmmədovun ayağına.

Bunu yazmaqda məqsədim, əlimə daş alıb, heçdə “vurulmuş” MTN-ni daşlamaq deyil, sadəcə baş verənlərə aydınlıq gətirmək istəyirəm… Belə ki, nə Vergiləri, nə Fövqalada İşləri, nə Gömrüyü və ya digərləri heçdə MTN-dən və ya Rabitə Nazirliyindən fərqlənmir yəni heçdə geri qalan parazitlər deyillər. İlham Əliyev televiziya vasitəsi ilə camaata “Məlik Məmməd” nağılı danışmaqla deyil, hər kəs bilir ki, bu şəxsin ətrafı hamısı qati cinayətkarlardılar.

MTN-nin əməkdaşlarının həbslərini və evlərində axtarışları DİN-nin BMCMİ və Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi həyata keçirdir. Bu həbsi həyata keçirənlərlə MTN-nin Akif Covdarovunun və ya başqasının nə fərqi var?… Yoxsa bunlar “aydan arı sudan durudular”?. Heçdə yox!!! Yuxarıda da qeyd etdiyim kimi hamısı eyni parazitdir.

Onu qeyd edim ki, BMCMİ (Bandotdel) deyilən bir quruma bütün alçaqlığa qadir olan əməkdaşlar təyin edilirlər. Orada işləyənlər çoxu ailə qədri bilməyən, şərəfini paqona və pula görə ortaya qoyanlardılar. Mən bunun şahidi oldum, Rüstəm adında bir şərəfsiz, öz ailəsinin qədrini bilməyən alçaq, küçə söyüşləri ilə və bandit üslubu ilə insanla danışmağa qadir olması bu onun bir subutudur ki, onun ətrafında olanlar yəni bu orqanda işləyənlər heçdə bu şəxsin səviyyəsindən geri qalmırlar!  Bunlar banditlərlə mübarizə aparmaq əvəzinə, özləri ölkədə reketlik və banditliklə məşğuldurlar.  Yəni adları üstündədir “Bandotdel”.

Qaldı ki,  Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə bu idarə ölkə rəhbərliyi tərəfindən tapşırılmış bütün alçaqlıqların icraçısıdır. Bildiyiniz kimi siyasi məhbusların əksəriyyəti bu idarə tərəfindən saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub qanunsuz həbs edilmişdilər. Bu idarə heçdə Bandotdeldən fərqlənmir. Bütün maxinasiyalar və qətl hadisələri açıq olmasına baxmayaraq, məhz bu idarə tərəfindən süni şəkildə sənədləşdirilib bağlı saxlanılır.

Bunu oxuduqda biləcəksiz ki, bu hakimiyyət heçdə xalq üçün çalışmır və istənilən qurum boğaza kimi çirkab içindədir!

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 22.11.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: