HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Abandoned clothes of victims are out of the Bataclan concert hall the morning after a series of deadly attacks in Paris, November 14, 2015. REUTERS/Charles Platiau
Tarixinin ən qanlı terror hücumunu yaşayan Fransa hadisənin şokunu hələ üzərindən atmış deyil.
Dünyanın ən çox ziyarət edilən şəhəri Paris hücumlardan sonra səssizliyə büründü. Kimiləri təhlükəsizlik səbəbiylə qadağan baxmayaraq Respublika Meydanında toplanaraq ölənlər xatirəsinə çiçək buraxdı. Birlik və bərabərlik mesajı verən prezident Francois Hollande elan etdiyi üç günlük yas bu gün başladı.
Francois Hollande bu gün müxalifət partiya liderləriylə də bir araya gələcək.
Hadisəni işıqlandırmaq üçün bütün təhlükəsizlik vahidləri səfərbər oldu. Hücumdan sonra başlayan geniş diametrli istintaqda bu ana qədər iki təcavüzkarın şəxsiyyəti təsbit edildi. Təcavüzkarlardan birinin Courcouronnes adlı Paris ətrafında doğulmuş olan 29 yaşındakı İsmayıl Mustafa olduğu bildirildi.
Paris Prokurorluğu söz mövzusu adamın 2010-ci ildə radikal qrupların fəaliyyətləri əlaqəsinin təsbit edildiyini ancaq hər hansı bir cinayət qeydinin olmadığını açıqladı. Polis qaynaqları isə təcavüzkarın 2014-ci ildə Suriyada bir müddət yaşadığını ifadə etdi. İsmail Mustafa adlı təcavüzkarın yenə Paris yaxınlarında yaşayan atası ilə qardaşı nəzarətə alındı. İkinci təcavüzkarın isə Suriya pasportuna sahib olduğu ifadə edildi ancaq adı açıqlanmadı.
129 adamın öldüyü 352 adamın yaralandığı hücumu terror təşkilatı işidi boynuna götürdü. 80 adamın vəziyyətinin ağır olduğu ifadə edilərkən ölü sayını artmasından narahatlıq edilir.
Avropada ən ölümcül terror hücumlarının xronologiyası
2 Avqust 1980 %% Bologna, İtaliya: 85 ölü
19 İyun 1987 %% Barselona, İspaniya: 21 ölü
15 Avqust 1998 %% Omagh, Şimali İrlandiya: 29 ölü
11 Mart 2004 %% Madrid, İspaniya: 191 ölü
7 İyun 2005 %% London, İngiltərə: 56 ölü
22 İyul 2011 %% Oslo, Norveç: 77 ölü
7 Yanvar 2015 %% Paris, Fransa: 17 ölü
10 Oktyabr 2015 %% Ankara, Türkiyə: 105 ölü
13 Noyabr 2015 %% Paris, Fransa: 128 ölü