Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Heç bir xalq bütövlükdə heç bir cinayətdə günahkar sayıla bilməz. Günahkar həmişə siyasətçilərdir.

205767_1993134392338_3714733_nAvropada siyasi mühacir həyatı yaşayan Mübariz Əzimli Fransada baş vermiş terror aktına belə reaksiya verdi:

Paris hadisələri ilə əlaqədar peyda olan bir çox fikirlər məni bir daha bu barədə yazmağa vadar edir.

Dünyada heç bir xalq bütövlükdə heç bir cinayətdə günahkar sayıla bilməz. Günahkar həmişə siyasətçilər, ideoloqlar, rejimlərdir. Bəşər tarixi məhz bu bucaq altında dəyərləndirilməlidir. Əks halda bir millətik dediyimiz Türkiyə türkləri ilə, Azərbaycan türkləri Osmanlı-Səfəvi düşmənçiliyini əbədiyyətə qədər davam etdirməlidir. Amma bu gün biz qardaşıq, elə orta əsrlərdə də qardaş olmuşuq, sadəcə iki dövlət, fatehlər heç cür dünyanı bölə bilmirdi.

Baxış bucağını genişlətsək, bizim heç bir xalqla, hətta indi konfliktdə olduğumuz ermənilər, farslar və ruslarla da xalq olaraq heç bir problemimiz yoxdur. Bu xalqlar özlərinə azad, demokratik, firavan dövlət qurduqları zaman aramızda heç bir problem olmayacaq. Bunun parlaq nümunəsi Avropadır – baxın, yüzilliklər boyu bir-birinin qanını içməyə hazır olan alman və fransız xalqları, bütün problemləri bir kənara qoyaraq, birləşərək bu gün AB-nə liderlik edirlər. AB-nin içində saysız-hesabsız həll olunmamış problemlər var – Sileziya, Şərqi Prussiya, Strassburq və s. və i. Amma xalqlar hər bir insana bir dəfə verilən həyatı mənasız konfliktlərdə məhv etməmək, insan kimi yaşayaraq, həyatdan zövq almaq xatirinə bütün bu problemləri unudub, bu günlərini yaşayır, övladlarının gələcəyini qururlar.

Beləliklə, hər bir siyasətçinin, ziyalının, vətənpərvərin xalqı üçün edə biləcəyi – ona azad, demokratik, firavan bir cəmiyyət qurmağa yardım etməkdir. Dünyanın bütün xalqları özlərinə bu tip cəmiyyət qura bilsələr, inanıram ki, bir gün belə də olacaq, bizim gözəl xalqımız da bütün qonşu xalqlarla mehriban qonşuluq şəraitində xoşbəxt yaşayacaq. Çalışaq o günü tez gətirək!

edaletsizlik.com

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 15.11.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: