HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Noyabrın 13-də Fransanın paytaxtı Parisdə dəhşətli terror aktları törədilib. Hadisə yerli vaxtla saat 21 radələrinə təsadüf edir. Terrorçular Parisdə ölkə başçısı Fransua Ollandın da tamaşaçısı olduğu Fransa-Almaniya futbol qarşılaşmasının getdiyi stadionun yaxınlığında üç partlayış tərdiblər. Ümumilikdə Parisin müxtəlif yerlərində eyni vaxtda yeddi hücum təşkil olunub. Restoranlardan bir az aralıdakı konsert zalında da terrorçular içəri daxil olaraq 100 nəfəri girov götürüblər. Məlumatlara görə, konsert zalında 1500 nəfərədək adam olub.
Yeddi terror aktı nəticəsində 160 yaxın ölü sayı barədə məlumatlar yayılıb. Çoxlu sayda yaralının olduğu və insan tələfatının arta biləcəyi də deyilir.
“Parisdəki terror aktlarının arxasında İŞİD dayanır”.
Bunu Fransa prezidenti Fransua Olland deyib.
Dövlət başçısı qeyd edib ki, bu, müharibə aktıdır və bu hücumların arxasında terrorçu ordu, İŞİD, cihadçılar dayanıb: “Onlar Fransanın, bizim bütün dünyada qoruduğumuz dəyərlərin əleyhinədirlər”.
Qeyd edək ki, Paris prokurorluğunun məlumatlara əsasən, baş vermiş terror aktları nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.
Ölkədə üç günlük matəm elan olunub.
Abandoned clothes of victims are out of the Bataclan concert hall the morning after a series of deadly attacks in Paris, November 14, 2015. REUTERS/Charles Platiau