Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Daxili İşlər Orqanlarında yüksəlmək üçün pillə-pillə şərəfsizlik məktəbini keçmək lazımdır…

DIN_kollegiya_290710_5Bu məqaləmdə polis əməkdaşlarına rəhbərlik tərəfindən edilən daxili təziqlər, DİO-da gedən çirkin oyunlar  və onların haradan qaynaqlanması barədə açıqlama vermək istəyirəm.
Bildiyiniz kimi 3 il 6 ay DİO-da müxtəlif vəzifələrdə işləmişəm. Təyin olunduğum ilk gündən daxili işlər strukturu ədalətsiz, insanların hüquq və azadlığını pozan struktur kimi məndə təssəvür yaratdı. Belə ki, işə başladığım gün Tovuz rayon Polis Şöbəsinin rəisi Vaqif İsmayılovun qəbulunda olduqdan sonra əməliyyat müşavirəsinə (iclasa) girdik. Şöbənin rəisi polis zabitləri ilə alçaldıcı formada danışırdı, sanki hər bir polis zabitinin taleyi bunun əlindədir. Bir-bir polis zabitlərini qaldırıb həftə ərzində gördükləri işləri soruşduqda, təhqir edir və şöbəyə məlumat və iş gətirməyən əməkdaşları polisdən uzaqlaşdırmaqla hədələyirdi. Bağırıb söyüşlə danışıb, sonra isə acıq edib müşavirə otağını tərk etdi. Bundan sonra ikinci ssenari başladı, rəis müavini Zəfər Zeynalov “gül” ağzını açdı, o başladı işçiləri təhqir etməyə. Bir sözlə ilk gün mən özümü bir anlıq zooparkda, rəisi və onun müavinlərini heyvanları əhilləşdirən, polis əməkdaşlarını isə bir anlıq zooparkda olan heyvanlar kimi hiss etdim. Bu müşavirə bitdikdən sonra nə iş görəcəyimi öyrənmək üçün kadr üzrə inspektorun yanına getdikdə, bir vətəndaşı şöbənin dəhlizində ölümcül döyən polis zabitini gördüm, sonradan bildim ki, həmin şəxsi döyən cinayət axtarış bölməsinin rəisidir. Xidmətimin ilk günündən mən anladım ki, polis vəzifəsi xəyalımda canlandırdığım kimi o qədərdə gözəl peşə deyilmiş.
  Polisdə işlədikcə insan orada olan abu-hava günü-gündən onu dəyişir, belə ki  polis əməkdaşı öz yoldaşlıq etdiyi polis əməkdaşından da çəkinir, şöbə rəisi əməkdaşların içərisində elə qorxu yaradır ki, heç bir polis digər polis yoldaşına etibar etmir. Bir məsəl var, deyirlər: canavar canavarla hər zaman üz üzə yatar. Bu məsəli Azərbaycan polis sisteminə şamil etmək olar. Ən təəcüblüsü odur ki, DİN-i polis rəisinə elə bir səlahiyyətlər verib ki, polis rəisi insanın nəinki iş həyatını hətta talehinidə həl edə bilir, buna görə də polisin bütün şəxsi heyyəti bir-biri ilə yoldaşlıq münasibəti qurmağa belə çəkinir. Təsəvvür edin ki, rəis prinsip apardığı polis əməkdaşını DİN-dən gətizdirdiyi yoxlama nəticəsində 10 gün ərzində polis orqanından kənarlaşdıra bilir. Əgər həmin şəxs ona qarşı təhlükə yaradası biridirsə, həbs etmək üçün qondarma ittiham belə irəli sürdürə bilir.
Polis işçisinə 1 gündə olsa istirahət hüququndan istifadə etməyə icazə verilmir. Gündəlik qanunsuz həbslərlə, dinlə və ya siyasətlə məşğul olan insanları nəzarətdə saxlamaqla təlimatlandırılırlar. Əgər hansısa əməliyyat müvəkkilinin və ya sahə müvəkkilinin sahəsində siyasi dairələr və ya dini xadimlər toplantı keçiribsə həmin polis əməkdaşı bundan xəbərdar deyilsə, rəis onu həmin vəzifədən kənarlaşdırır və ya ən ağır cəza tədbiri tətbiq edir. Bir sözlə hər bir polis işçisi çox təəcüblü və qorxunc “atmosfera”dadır, psixoloji təziq altındadır. Bir misal var: “Meşə çaqqalsız olmaz”. Təbii ki, bundan xoşlanalarda var, əsasda rəisin yaxın çevrəsində olanlar və  pul qazanmağa şərait yaratdıqları bəzi şəxslər. Birdə var 2-ci qrup insanlar ki, ikiüzlü, rəisin yanında yaxşı olmaq üçün polis əməkdaşları arasında gedən söhbətləri rəisə və ya onun yaxın çevrəsinə söz daşıyanlarda daxildir. Bildiyimiz kimi helə insanlar 5 manata görə ailəsini belə qurban verməyə hazır olanlardılar.  Buna görədə polis əməkdaşları arasında  psixoloji durum hər zaman gərgindir. Belə qanunsuzluqlara qarşı çıxan polis əməkdaşını isə, özləri gündəlik etdikləri, kiçik nöqsanları bağışdanılmaz nöqsan kimi qeyd edib, intizam tənbehi üzərinə yağdırırlar. Sonradan isə DİO-dan xaric edirlər.
Mən fikirləşirdim ki, ola bilsin ki, bu kimi hal təkcə Tovuz polis şöbəsində baş verir. Xidmət yerimi Şəki şəhər-rayon polis şöbəsinə PPX-nin komandiri vəzifəsinə dəyişdikdən sonra bundanda betər “möcüzələrlə” və vəhşiliklərlə qarşılaşmağa başladım, polis rəisi Azad Məmmədov polis şöbəsinə gətirilən insanların əksəriyyətini özü şəxsən döyürdü, qapazdayıb və təpiklədikdən sonra əli ayağı yorulduqda, soymayıb, dubinka gətizdirib, dubinka ilə döyürdü. İnsanı elə acımasız döyürdü ki, insan al qana bulanırdı, ayağa durmağa halı olmurdu. Sonradan isə müstəntiqlərə göstəriş verirdi ki, şöbənin iş saatını pozma (AR CM-nin 221 m.xuliqanlıq) ilə sənədləşdirsinlər. Şikayətdən söz düşəndə deyirdi: hara şikayət edir etsin, söyüşlə deyirdi nə edəcək ki? Həqiqətəndə şahidi olurduq həmin vətəndaşlar şikayət etməsinə baxmayaraq, nazirlik həmin şikayətlərə biganə yanaşır. Azad Məmmədov Vasif Talıbov və Vilayət Eyvazovla yaxın qohum olduğundan 1 telefon zəngi ilə 3 gün içərisində istədiyi kadr dəyişikliyi edə bilirdi, ona görədə polis əməkdaşları ondan çox çəkinirdilər. Polis zabiti başqa rayona keçmək istədikdə ondan rəisin xasiyyətnaməsi tələb olunur. Azad Məmmədov xasiyyətnaməni azı 500 manata satırdı. Buna baxmayaraq, polis zabitləri bunun şərəfsizliyini götürməyib vəzifəsindən imtina edib, aşağı vəzifəyə gedirdi. Şöbədə elə bir vəziyyət yaranmışdır ki, hər kəs bu şöbədən necə aralaşmasını fikirləşirdi, təki bu şərəfsizin rəhbərliyi altında işləməsin. Hər hansı polis işçisinin kiçik və ya böyük nöqsanı olduqda, intizam tənbehi ilə hədə gəlib, 1000-2000 manatını kadr üzrə inspektoru  və ya bütün maliyyə məsələləri ilə məşğul olan yaxının vasitəçiliyi ilə alırdı. Polis serjantlarından isə orqandan xaric etmə adı ilə bu məbləği alırdı. Çox vaxt xidməti otağında polis serjantlarını döyürdü.  Şərəfini pula satan, söyüşkən, ağzını danışığını bilməyən tərbiyəsizin biri idi. Bir sözlə Azada baxıb Vaqifə şükür etdim. Əməliyyat müşavirələrində polis zabitlərinin ailəsinə söyür, təhqir edir və aşağlayırdı. Vaqif İsmayılov heç olmuya tək polis əməkdaşlarını aşağlayırdı, Azad isə öz müavinlərinidə. Əxlaqsız kəlmələr işlədərək, özünə günü-gündən dahada nifrət qazandırırdı.
Nazirlik tərəfindən şöbəyə ayrılan maliyyəni özünkiləşdirirdi, həmin iş üzrə ayrılan pulu isə şəxsi heyətdən hər ay 100 manatdan pul yığılırdı. Bundan başqa hər ay nazirlikdən müxtəlif bəhanələrlə polis şöbəsinə yoxlamalar göndərilir. Həmin yoxlamanın “yola salınması” üçün bütün şəxsi heyətdən pul yığılır ( ən azı zabitdən 80-200 manat, serjantdan isə 50-100 manat). Elə ay olurki 2-3 yoxlama birdən gəlir. Bir sözlə maaşın üzərinə hələ pul qoyub canını qurtara bilmirsən. Bundan imtina etdikdə isə cəza tətbiq edirlər. Novruz və Yeni il bayramında isə hər bir əməkdaşdan azı 150 manat yığılıb nazirliyə bayram sovqatları göndərilir.
1358158804_aksiyaYevlax RPŞ-də gündəlik müşavirələr müxalif partiyalarla mübarizə, mitinqlərə gedənlərin qarşısını almaq üçün avtovağzalda, dəmir yol vağzalında mülki paltarda postlar təyin edilməsi, mitinqdən sonra mitinqdə iştirak edənlərin fotoları rayon polislərinə dağıdılaraq hərə öz sakininin ailə üzvləri ilə söhbətlər aparılması üçün disklər paylanılırdı. Bu disklər DİN-i tərəfindən rayon polis şöbələrinə dağıdılırdı. Hansı sahə inspektoru və ya əməliyyat müvəkkilinin xidməti sahəsindən həmin mitinqlərdə iştirak edən olduğu müəyyən edildikdə, bu sahəyə baxan hər iki əməkdaş intizam tənbehi ilə cəzalandırılır və bu hal yenidən təkrarlanarsa orqandan xaric edilməklə hədələnirdilər.
Mən 3 rayon polis şöbələrində işlədiyimdən orada olan çirkin oyunları qeyd etdim. Bu oyunlar bütün rayon polis şöbələrində baş verir. Belə ki, Ramil Usubovun təyin etdikləri bütün polis rəisləri bir psixologiyaya malik, qəddarlıqla seçilmiş savadsız biriləridilər. Nəinki rəislər, ümumiyyətlə mənliklərini və insaniyyətliklərini vəzifəyə görə qurban verən polis əməkdaşları vəzifələrində irəli çəkilirdilər. Bir sözlə DİO-da yüksəlmək üçün pillə-pillə şərəfsizlik məktəbini keçmək lazımdır. Artıq rəisliyə vaxt çatdıqda tam şərəfsiz biri olmalısan ki, səni o vəzifəyə təyin etsinlər.
Polisdə şərəflə xidmət edən hər bir polis əməkdaşları əlnən sayılan qədərdir, sadəcə  ailəsinin ehtiyaclarını ödəyə bilmək üçün məcbur olub, bu şəraitdə işləyirlər.
1347342510_untitled-2Minlərlə savadlı və bacarıqlı, öz biliyinə akademiyanı, universiteti bitirmiş kadrlar var . Ancaq həmin kadrların savadını və işini mənimsəyərək, savadsız rəislər öz işləri kimi qələmə verirlər.
Niyə rəislər özləri xalqın qarşısına çıxmırlar, Sizlərin arxasında gizlənib, mikrafonla qışqırırlar? Bu Cinayətkar Hakimiyyətin bugünə kimi nəfəs almasının başlıca günahkarı Siz polislər olmasını bilirsinizmi? Ancaq qarşılığında Sizlərə nə verirlər? Söyüş və təhqir!!!
TURAL MƏHƏRRƏMOV

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 14.11.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: