HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Bu gün bir şad xəbər aldıq. Həbsdə olan siyasi məhbuslardan biri Arif Yunus Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həbs qətiimkan tədbiri ona alternativ ev tusdaqlığı qətiimkan tədbiri ilə əvəzləndirilib məhkəmə zalından onu azad ediblər. Elə bilməyin ki, məhkəmə onun günahsızlığını, ona qarşı irəli sürülən ittihamların bəraiti ilə bağlı qərarı qəbul edib. Əlbətdə ki, xeyr!!!
Arif Yunusun səhəti həddən artıq ağır vəziyyətdə olduğundan və bu ağır vəziyyətdə həbsdə müalicəsi mümkünsüz olduğundan, hakimiyyət bu addımı atmağa məcbur olub.
Ən maraqlısı odur ki, tanınmış siyasi məhbusun səhhətində ciddi nöqsanlar olması ilə bağlı Penitensiar Xidmətin Baş Tibb İdarəsi məhkəməyə təqdimat verib. Onuda qeyd edim ki, bu qurum bugünə kimi heç bir siyasi məhbus barədə belə bir təqdimat verməyib və ümumiyyətlə bu qurum çox nadir hallarda belə təqdimatlar verər.
Kriminal hakimiyyət xalqımızın milli mənəvi dəyərlərini heçə sayaraq, insanları oğula, həyat yoldaşına, qardaşa görə insanlara bu kimi əzablar verir. Bu insan 1 il 3 ay həyat yoldaşının siyasi baxışlarına görə qanunsuz həbs edildi və bu hala gətirilib, ölüm ayağında azad etdi.
Allah bütün siyasi məhbuslarımızın qapısını açsın…
Tural Məhərrəmov