HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6
Bloqumda məqalələr yerləşdirdiyimə görə Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə 40 nəfərə yaxın polis işçisi sanki terorist tutmağa gəlib, yaşlı anamı bugün yəni 11.11.2015-ci il tarixdə saat 10:30 radələrində məcburi Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinə aparıblar.
Saat 18:00
Ailə üzvlərim rəhbərlik ilə görüşdürülüb sonra sərbəst buraxılıblar. Aparılmalarında məqsəd mənim kim tərəfindən öyrədilməm və nəyə görə saytda məqalələr yazmağımla bağlı suallar verilib.
Cavab olaraq bildirirəm ki, məni heç kəs öyrətmir. Siz nə qədər bu kimi şərəfsizlikləri davam etdirəcəksiz, məndə daimi sizi ifşa edici məqalələr yerləşdirəcəm…
Tural Məhərrəmov