Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Ailə üzvlərimdən imtina edirəm.. Səbəb: onların dəfələrlə girov götürülmələridir…

1424282105_2942Açıq şəkildə elan edirəm mən ailə üzvlərim yəni anam, qardaşlarım və bacımdan imtina edirəm!!! Səbəb: mənə görə dəfələrlə onların həbs edilməsidir. Mən qeyd etmişəm yenə qeyd edirəm: bu kimi təziqlər məni heçdə geri çəkindirmir əksinə mənə daha da ruh verir!!!

Bloqumda məqalələr yerləşdirdiyimə görə Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə ailə üzvlərim bugün yəni 11.11.2015-ci il tarixdə saat 10:30 radələrində məcburi Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsinə aparılmışlar.
Onsuzda ailə üzvlərimlə 6 aydır ki, soyuq münasibətdəyik. Səbəb: eyni hal 06.05.2015-ci il tarixdədə baş vermişdir. Bütün ailə üzvlərim Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi tərəfindən girov götürülmüşdür. Qardaşım Toğrul Məhərrəmov 3 gün Bandotdeldə saxlanılıb, işgəncələrə məruz qalmışdır. Mənimlə əlaqə yaradan “Bandotdelin” Rüstəm adlı şərəfsiz əməkdaşı mənim ailəmi öldürməklə, əxlaqsız hərəkətlər edərək, youtube.com yerləşdirməklə hədələmişdir.
Bildiyiniz kimi Azərbaycanda şah qanun olduğu üçün bunlar əlindən gələn şərəfsizliyi edirlər. Rüstəm adlı şərəfsizin sözlərindən açıq məlum olurdu ki, bunlar bütün şərəfsizliyə qadirdilər. Həmin hadisən sonra mənə açıq aydın oldu ki, Daxili İşlər Nazirliyində Hacı Məmmədov “peşka” imiş, hələdə onun vəzifəni bir çoxları icra edir… Necə deyillər: “Balıq başdan iylənər”. Nə qədər ki bu strukturu Ramil Usubov, Vilayət Eyvazov kimi şəxslər idarə edir daim bu strukturda Hacı Məmmədovlar mövcud olacaq.

Tural Məhərrəmov

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 11.11.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: