Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Aviasiya sahəsində külli miqdarda yeyinti. Korrupsiya faktları…

azal Tanınmış hüquqşünas Aslan İsmayılov feysbukda Aviasiya sahəsində yüksək məbləğdə yeyinti(korrupsiya) faktları ilə bağlı maraqlı status paylaşıb. Aslan İsmayılovun statusunu olduğu kimi nəzərinə çatdırıram:

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dünən Sumqayıtda etdiyi çıxışına diqqətlə qulaq asdım. Prezident bəyan etdi ki, siyasi iradə var, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır və aparılacaq. Kim sahibkarlığa mane olursa o, Vətənə xəyanət edir. Ən əsası Prezident ictimaiyyətə yenə müraciət etdi ki, qanunsuzluqlar barədə dərhal xəbərdarlıq edin, tədbir görüləcək. Ölkədəki real vəziyyət məni bir daha çaş-baş saldı. Buna baxmayaraq, bu günə qədər ‪#‎AZAL‬ ilə bağlı yazılarımı kənara qoyub yeni araşdırma aparmaq qərarına gəldim.

Bu günlərdə Baş Nazirin müavini Abid Şərifov çıxışında qeyd edib ki, son 10 ildə Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar ayrılıb. Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib. Bundan başqa, helikopter və təyyarə parkları yenilənib, ölkəyə ən müasir təyyarələr gətirilib.

Abid müəllimin nəzərinə çatdırmaq istəyirəm ki, 2005-ci ildən bu günə qədər aviasiyada ən böyük tikinti proyekti olan Heydər Əliyev adına Hava Limanının Yeni Terminalının tikinti dəyəri 125 milyon ABŞ dolları olmuşdur. Qeyd etdiyiniz Helikopter Parkı 17 milyon 800 min, Təyyarə Parkı isə 26 milyon, Karqo Terminalı isə 15 milyon ABŞ dollarına başa gəlmişdir. Bu rəqəmləri mən özümdən deyil, proyektləri həyata keçirən MNG tikinti şirkətinin rəsmi saytından əldə etmişəm. Bundan başqa 2006-cı ildə Gəncə, 2008-ci ildə Lənkəran, Zaqatala və 2011-ci ildə Qəbələ Hava Limanları istifadəyə verilmişdir. Hətta bütün hava limanlarının tikinti qiymətlərini Bakı Hava Limanının Yeni Terminalı dəyərində hesablasaq belə nəticədə 750 milyon ABŞ Dolları alınar. Digər tikinti işlərinizi də əlavə edərək bu qiyməti 1 milyarda çatdıraq.

Yeni alınan təyyarələrə gəldikdə isə, bu günə AZAL-ın donanmasına rəsmi saytında aşağıdakılar daxildir:

Airbus 319 – 85.8 milyon ABŞ dolları – 3 ədəd
Airbus A320 – 97 milyon ABŞ dolları – 7 ədəd
Airbus A340-500 – 261.8 milyon ABŞ dolları – 1 ədəd
Embraer ERJ 190-100 – 47 milyon ABŞ dolları – 4 ədəd
Embraer ERJ 170-100 LR – 28.5 milyon ABŞ dolları – 2 ədəd
Boeing 757 – 80 milyon ABŞ dolları – 4 ədəd
Boeing 787-8 Dreamliner – 218.3 milyon ABŞ dolları – 1 ədəd (C.Əsgərov hava limanında bu təyyarəni yallı rəqsinin müşayəti ilə qarşılayıb)

Bütün qiymətlər təyyarələri istehsal edən şirkətlərin rəsmi saytlarından götürülmüşdür. Nəzərinizə çatdırım ki, təyyarələrdən Boeing 757-nin istehsalatı artıq 2004-cü ildə dayandırılmışdır. Bunu və bütün digər təyyarələrin 2005-ci ildən sonra alındığını (bu barədə isə dəqiq bilgi yoxdur) nəzərə alsaq bütün donanmanın dəyəri 1 milyard 661 milyon 500 min ABŞ Dolları edir. Cahangir Əsgərovun iştahını nəzərə alaraq bu qiyməti də yuvarlaqlaşdırıb 2 milyard edək.

Bəs yerdə qalan 13 milyard hara gedib? Bu dəhşətli yeyintinin qarşısında bu günə AZAL-ın yenə də 500 milyon AZN borcu var. Bu borcu isə yenə dövlət büdcəsi hesabına, yəni bizim hesabımıza ödəyəcəklər. Vətəndaşlarımız isə AZAL-ın soyğunçuluq siyasətinin nəticəsində əziyyətlərə qatlaşaraq məcburən Gürcüstana gedib, oradan xarici ölkələrə səfər edirlər. C.Əsgərov hava nəqliyyatına aid işlə məşğul olan bütün biznesi və biznesmenləri məhv edib. Azərbaycana turist axınının, biznes mühitinin inkişafı isə birinci hava yollarından asılıdır.

Mən özüm şəxsən ölkənin Baş Prokuroru Zakir Qaralova 22 iyul 2015-ci il tarixdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki (AZAL) korrupsiya faktlarının araşdırılmasına dair ƏRİZƏ ilə müraciət etmişəm (şərhdə). Hələ həmin ərizədə C.Əsgərovun başçılığı ilə dövlətdən su qiymətinə alınan təyyarə yanacağının on min tonlarla xaricə satılması, digər ölkələrə hava uçuşu açmağımızın əvəzində isə ora olan uçuşların başqa yerlərə satmaqları (Lufthansa Azərbaycana həftədə dörd dəfə uçur, əvəzində AZAL ora uçmur. Bəs həmin uçuşların nəyin hesabına və neçəyə başqa ölkələrə verilib), xarici hava yollarının hansı şərtlərlə ölkəmizə uçmaları, ölkəyə ucuz hava yollarının buraxılmaması, peşəkar azərbaycanlıların vəzifələrindən uzaqlaşdırıb, yerlərinə ağacanyanların, yelizarovların təyin edilməsi, onlar vasitəsilə etdikləri qanunsuzluqları barədə qeyd etməmişəm. Təkcə Batumidə tikilən C.Əsgərovun ailəsinə məxsus Gazelli Mehmanxanasının proyekt dəyəri 33.5 milyon ABŞ dollarıdır. Bu siyahını uzatmaq da olar.

Bütün bunlardan sonra Prezidentin dəfələrlə təkrar etməsinə baxmayaraq Baş Prokuror Zakir Qaralov bu cinayətləri bilib niyə bəyan etmir? Ölkə büdcəsinə vurulan bu dəhşətli zərərə görə kim məsuliyyət daşıyacaq? Yoxsa yenə MTN-dəki kimi gözləyir ki, sonra bütün rəhbər heyətin cinayətkar olmasını, onlar haqqında cinayət işlərinin qaldırılmasını bəyan etsin? Axı iş adamlarının mütəmadi olaraq qara maskalılar tərəfindən MTN-ə aparılması, onların var-dövlətini, evlərini satıb, banklardan kredit götürüb rüşvət vermələrini, intihar həddinə çatdırıldıqlarını bütün ölkə bilirdi.

P.S. Mən həqiqətən ölkədə xaos olmasını bütün varlığı ilə İSTƏMƏYƏN adamam. Arzulayıram ki, Prezidentin dedikləri real həyata keçirilsin. Ancaq, Baş Prokurorun susqunluğu içimə yenə şübhə salır.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 26.10.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: