Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

 Novruzəli Məmmədov reablitasiya olunarmı?

 Avropada mühacir həyatı yaşayan, hüquqşünas Ataxan Abilov feysbukda Novruzəli Məmmədovun qətli ilə bağlı maraqlı açıqlama ilə status paylaşıb. Ataxan Abilovun statusunu olduğu kimi nəzərinə çatdırıram:

Hansı nəticə olacağından asılı olmayaraq bölüşdüyüm statusda sözü gedən müraciətin edilməsini məqbul bilirəm. Rafiq bəy, müraciəti isti-isti sabah da göndərə bilərsiniz. Əlavə materilları sonra da təqdim etmək olar. Rəhməttik Novruzəli Məmmədovun vəkili Ramiz Mamedovla əlaqə saxlayın. Ramiz müəllimin bu işdə sizə əsaslı köməyi dəyə bilər.
Professor Novruzəli Məmmədovun və onun iki övladının öldürülməsilə bağlı məsuliyyət bir başa dövlət başçısı olaraq İlham Əliyevin üzərindədir. Azərbaycanın bir ziyalı ailəsi məhf edildi, tifaqı dağıdıldı. İlham Əliyev ölkə prezidenti olaraq məsələnin üstünə getməli, bu işdə əsil cinayətkarları göstərməlidir. Əks təqdirdə o, bu məsuliyyəti bölüşməkdə davam edəcək. Hesab edirəm ki, normalda prezidentin də bu məsələdə marağı yüksək olmalıdır.Məlumatı olmayanlar üçün deyim ki, 68 yaşlı Novruzəli Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda şöbə müdiri işləyib. O, Talış Mədəniyyət Mərkəzinə də rəhbərlik edirdi və Tolışi Sədo qəzetinin baş redaktoru idi. 2007-ci ilin fevralında Novruzəli Məmmədov səbəbi izah edilmədən Milli Təhlükəsizlik Nazirliyinə (MTN) aparılmış və ona ilk olaraq polisə tabe olmama ilə bağlı 15 günlük inzibati həbs qərarı verildi. Həmən müddəti o, qanunsuz olaraq MTN-də saxlanıldı. Halbuki 65 yaşı tamam olmuş kişilər barəsində inzibati həbs cəzası təyin etmək İnzibati Xətalar məcəlləsinin 30-cu maddəsinin tələbləri ilə qadağan olunur. İnzibati həbs müddəti bitən kimi ona Azərbaycan Respublikası (AR) CM-nin casusluq formasında dövlətə xəyanət ittihamı elan olundu. Onun böynuna nəyin bahasına olursa-olsun İrana cəsusluq ittihamı qoymaq istəyirdilər.

İstintaq müddəti ərzində Novruzəli Məmmədova elan olunmuş casusluq ittihamı özünün təsdiqini tapmadı. Ekspertlər deyirlər ki, Azərbaycan Elmlər Akadeiyasının bir işçisini İranın xüsusi sidmət orqanlarıla əlaqələndirmə o vaxtlar Azərbaycan hökümətinə lazım idi. Bununla Azərbaycan iqtidarı dünyanın demokratik dövlətlərinə, o cümlədən ondan demokratik islahatlar tələb edən Qərbə vermək istədiyi “Azərbaycana demokratiya vermək olmaz, İran burada fəal şəkildə işləyir” mesajını əsaslandırmaq istəyirdi.

Novruzəli Məmmədov psixi cəhətdən xəstə olan bir şahidin ifadəsinə (Hilal Məmmədovun həbsində də həmin şahiddən istifadə edildi) əsasən 24 iyun 2008-ci il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməsinin hökmü ilə boş zalda Azərbaycan Respublikası CM-nin 274-cü maddəsilə (dövlətə xəyanət) 10 il müddətinə azadlıqdan məhrum etmə çəzasına məhkum edildi. MTN cəza çəkmə müəssəsində də ondan əl çəkmədi. Ağır işgəncələrdən sonra o, 17 avqust 2009-cu il tarixdə şəhid oldu.

N.Məmmədovdan başqa onun ailə üzvləri ardıcıl olaraq təqiblərə məruz qaldı. İstintaq zamanı ona ərzaq payı aparan oğlanları bir neçə dəfə amansızcasına döyüldülər. 08 sentyabr 2007-ci il tarixdə onun böyük oğlu Kamran bu təziqlərdən dünyasını dəyişdi. Onun kiçik oğlu Emil oktyabr 2007-ci il tarixdə vəhşicəsinə döyüldü. N.Məmmədov barəsində hökmün çıxmasına 7 gün qalmış ona təsir etmək məqsədilə kiçik oğlu evinin yanından maşına salınaraq Səbail rayon polisinə aparıldı və tutularaq cinayət məsuliyyətinə cəlb edildi. Səbail rayon məhkəməsinin hökmü ilə onun oğlu narkotik vasitə saxlamağa görə təqsirli bilindi. 25 sentyabr 2009-cu il tarixdə N.Məmmədovun yas mərasiminin 40-dan qayıdan həyat yoldaşı və oğlu avtomobil qəzasına düşdü. Qəzadan aldığı xəsarətlər nəticəsində çox keçmir Emil də dünyasını dəyişir. Tək qalmış ana mühacirət etməyə məcbur olur.

Yeri gəlmişkən onu da deyim ki, o vaxtlar məndən Novruzəli müəllimin əleyhinə nəyin bahasına olursa-olsun MTN ifadə almaq istəyirdi. Mənə hər cür təziq var idi. Qarşıma da iki yol qoymuşdu: ya kişinin üzünə durub azadlıq; 2) ya da onunla birlikdə həbs. Mənə hər hansı formada müdafiə olunmağın prespektivsizliyi tam aydın olandan sonra 3-cü yolu seçdim. Çantamı götürüb mtnçiləri Allaha tapşırmaqla Azərbaycandan getdim.

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 25.10.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: