Ədalətsizliklə Mübarizə

HAKİMİYYƏTİN MƏNİMSƏNİLMƏSİ XALQA QARŞI ƏN AĞIR CİNAYƏTDİR. AR-nın Konstitusiyası m. 6

Hansı qazet və saytlar MTN-ə işləyirlərmiş. SİYAHI

скачанные файлыİstintaq iki baş redaktora cinayət işi açıb, Habil Vəliyev və Surxay Əliyevə arvad paltarı geyindirib, rəqs etdirəcəklər Bir neçə gün bundan əvvəl MTN-in nəzarətində bir qrup reket mətbuat nümayəndəsinin olması barədə məlumat yayılmışdı. Həmin məlumatda deyilirdi ki, MTN-in aparıcı fiqurları, hazırda həbsdə olan general və polkovniklər bir qrup “mətbuat nümayəndəsinə” aylıq pul verməklə, onların rəhbəri olduğu sayt və qəzetlərdə ayrı-ayrı iş adamları, məmurlar barədə məlumat yerləşdirirmişlər. Lakin bu barədə yazan media orqanları həmin “baş redaktor”ların adlarını açıqlamamışdı. AZEREUROTİMES.COM-un əldə etdiyi dəqiq məlumata görə, MTN-lə əlaqəli olub, onların sifarişlərini yerinə yetirən həmin mətbuat orqanları və şəxslərin adları artıq istintaqa məlumdur. Yaxın günlərdə bununla bağlı onların Baş Prokurorluğa çağırılaraq, istintaqa cəlb ediləcəyi gözlənilir. Buna səbəb isə faktiki MTN işi ilə bağlı araşdırma aparan orqana hər şeyin tam məlum olmasıdır. Üstəlik, dəqiq faktlara söykənərək, onlara konkret ittiham irəli sürtüləcək. AZEREUROTİMES.DE-nin dəqiqləşdirmələrinə görə, MTN-lə işbirliyi içində olan sayt və qəzet rəhbərləri aşağıdakılardır: — Rəhim Hüseynov: Mətbuat Şurasının əsas fiqurlarından biri, MŞ-nin sədri Əflatun Amaşovun “kassiri”. Bu şəxs də MTN-lə sıx əlaqədə olan şəxsdir və bir çox təlimatları alaraq, onları müxtəlif mətbuat orqanlarında yerləşdirməklə məşğul olub. — Habil Vəliyev: “Gündəlik Bakı” qəzetinin baş redaktoru. MTN-in Anti Terror İdarəsinin rəis müavini İlqar Əliyevin əsas adamlarından biri sayılır. Onun əliylə indiyə qədər ölkənin ən nüfuzlu nazirləri, məmurları və iş adamları barəsində xeyli sayta kompromat materiallar yerləşdirilib. Sonuncu belə “əməliyyat” isə Təhsil Nazirliyi ilə bağlı olub. Belə ki, həmin nazirliklər bağlı kompromat materiallar Habil Vəliyevin qəzetində yayımlanıb. — Surxay Əliyev: “Bizim Dövr” qəzetinin təsisçi və baş redaktoru. Bu adam Habil Vəliyevlə kirvədir və MTN-lə sıx əlaqəsi var. Özünü daha çox MTN rəhbərinin müavini Hilal Əsədovun adamı olaraq təqdim etsə də, əsasən həbsdə olan polkovnik İlqar Əliyevin əlində pul alırmış. Bir çox priton və otellərə “krişalıq” edərək, rayon məmurlarını şantajla təhdid edərək, pul qoparmaqla ad çıxarıb. Hətta ən kritik məqamlarda belə araya MTN-in girməsi ilə problemləri çözülüb. Bu adamın əsas “sağ əli” Hikmət adlı şəxsdir. Qəzetdə redaktor olaraq çalışır. Əsasən şantaj işlərini o həyata keçirir. Rəhim Hüseynovla birləşərk bir sıra obyektlərə “krişalıq” etdiyi də məlumdur. — Anar Həsənli: Müxalifet.az saytının rəhbəri. Vaxtıyla “Hürriyət” qəzetinin baş redaktoru olub. İlqar Əiiyevin ən sadiq adamlarından biridir. Hətta İlqar Əliyev həbs olunandan sonra Anar Həsənli saytında yazmışdı ki, guya, MTN ATM-in rəis müavini həbs olunmayıb və hazırda iş başındadır. Son günlərə qədər MTN-lə bağlı bir cümlə belə yazmayıb. — Teylor Fətişoğlu: İdeologiya.az saytının rəhbəri. Mətbuatdan heç bir xəbəri olmayan şəxs. İlqar Əliyevin ən sadiq adamlarından biri. Bir neçə dəfə dələduzluq üstündə həbs olunub və hər dəfə də “krişaları” tərəfindən köməklik göstərilərək, azadlığa çıxıb. Rəhim Hüseynovun bütün “qara” işlərini də həyata keçirən biridir. — Ələsgər Rüstəmov: Yeniaxtaris.az saytının rəhbəri. Bircə gün Qarabağ müharibəsində iştirak etmədən, özünü “Qarabağ qazisi” kimi təqdim edən dələduz baş redaktorlardan biridir. MTN-də əsasən kiçik ranqlı əməliyyat işçiləri ilə əməkdaşlıq edib. Aylıq 250 manat pula öz yaxın dostlarını belə satan biri kimi ad çıxarıb. Məmurları və iş adamlarını şantaj etməklə pul qazanır. Əsasən də MTN-in verdiyi tapşırıqları yerinə yetirir. Habil Vəliyevin əlinin altında fırlanan gədələrdən biridir. Habil, Surxay və Rəhimin əliylə mətbuata gətirlib. Onu mətbuata gətirməkdə məqsəd qumarxanaların, fahişəxanaların yerini öyrənib, sonra da MTN-ə ötürməkdir. Sonuncu belə “əməliyyat” nəticəsində bir neçə iş adamı guya, “qumarxana” işlətməsi adı ilə MTN tərəfindən həsb olunaraq, pulları alınıb. — Asəf Quliyev: Unikal qəzetinin baş redaktoru. İlqar Əliyevin mediadakı əsas adamlarından biri sayılır. Onun məmurlara qarşı bir sıra sifarişli yazılar yazdığı bildirilir. Qeyd edək ki, bizə çatan məlumatlarda siyahıda adı olan baş redaktorlardan biri haqqında daha ilginc bir xəbər yer alır. Həmin məlumata görə, “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev və “Bizim Dövr” qəzetinin baş redaktoru Surxay Əliyevin durumu daha ağır olacaq. Məlumatlara görə, bu şəxslərin həbsi artıq qətiləşib və onlar bir sıra maddələrlə ittiham olunacaqlar. Ən əsası isə Habil Vəliyevlə Surxay Əliyevə həbsxanada arvad paltarı geyindiriləcəyi barədə verilən bilgilərdir. Mənbənin iddiasına görə, bir xeyli əvvəl Habil Vəliyevə haqqında yazdığı məmurlardan biri qadın paltarı geyindirərək, qarşısında oynadıb. Həmin vaxt arxayın olduğu MTN zabitləri belə onu xilas edə bilməyiblər. Məlumatda o da deyilir ki, Habil Vəliyev həmin vaxt tanınmış baş redaktorlardan birinin yanına gələrək, ondan kömək istəyib. Və yalvarıb ki, arvad paltarında məmur qarşısında rəqs etməsini videoya çəkiblər və yaymaq istəyirlər. Həmin baş redaktor da araya girərək, Habil Vəliyevi biabırçılıqdan qurtarıb. Belə ki, video görüntüləri adı bizə məlum olan, lakin etika xatirinə çəkmədiyimiz məmurdan alaraq, məhv edib.
 Riyad Əliyev

Şərhini yaz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

Məlumat

This entry was posted on 21.10.2015 by .

Bizimlə əlaqə

+46727221262

Köhnə yazılar (aylarla)

Bu bloqu izləmək və yeni yazılarla əlaqədar bildirişləri e-poçt yolu ilə almaq üçün e-poçt ünvanınızı daxil edin.

Digər 1. 113 izləyiciyə qoşulun

Bandotdel şərəfsizliyi

%d bloqqer bunu bəyənir: